05/05/2021
Leonardo bir dənə də olsun avtoportretini saxlamamışdır.
Bir gün Leonardonun müəllimi Verrokko “Xaç suyuna salınan İsa” adlı rəsmi çəkmək üçün sifariş alır və ordakı mələklərdən birinin çəkilməsini müəllimi ona tapşırır. Bu qeyri – adi hal hesab olunurdu, çünki həmin dövrdə heç bir müəllim öz şagirdi ilə birlikdə rəsm əsəri işləmirdi. Mələklərin çəkilməsindən sonra müəllim Verrokko öz şagirdi Leonardonun işinə baxır və valeh olur. Çünki mələyin üzündəki məsumluq və saflıq onu həqiqətən cəzb edir və bundan sonra Verroko fırçasını atır, bir daha rəsm əsəri çəkmir. Müəllimin öz şagirdi qarşısında uduzması haqqında məlumatı isə Vazari öz yazılarında əks etdirmişdir.
Leonardo ilk dəfə bildirdi ki, nəyə görə səma mavi rəngdədi. O, “Bədiilik” adlandırılan kitabında yazırdı; “Səmanın mavi olmasının səbəbi havanın təmiz olan müəyyən hissəsi nəticəsində meydana gəlir, hansı ki, torpaqla göyün yuxarı qatı arasında qalmışdır”.
Deyilən sözlərə görə Leonardo solaxay biri olmuşdur. O, həm sağ, həm də sol əli ilə yazı yaza bilir və ikisini də işlədə bilirdi. Ancaq xatırladaq ki, deyirlən fərziyyələrə görə hətta bəzən o, iki əli ilə də eyni anda yazı yaza bilirmiş. Ancaq daha çox sol əlini istifadə edərək sağdan sola yazılarını yazmağa üstünlük verirmiş.
4. Leonardonun əsərlərinin toplusu Bill Gatesə 30 milyon dollara satıldı.
Bir nəzəriyyəyə görə, klounlar və musiqiçilər Mona Lizanı sənətçi üçün poz verəndə əyləndirirdilər.
Leonardo bir pervane, sualtı qayıq, dəzgah, tank, uçan maşınlar və bilyalı rulman layihələrini geridə qoyub.
Bədənin quruluşunu anlamaq üçün məşhur ixtiraçı cəsədləri parçalamağa başladı.
Məşhur amerikalı aktyor Leonardo DiCaprio'ya Leonardo da Vinçinin adı verildi.
̇ttifaqı_komitəsi