Industrial Chemistry Research Laboratory of Baku State University

Industrial Chemistry Research Laboratory of Baku State University

Share

"Sənaye Kimyası" ETL-nin başlıca məqsədi Azərbaycanda kimya və kimya sənayesini populyarlaşdırmaqdır.

Photos from Industrial Chemistry Research Laboratory of Baku State University's post 04/04/2026

BDU-nun İCESCO-nun Biotibbi Materiallar kafedrasının saathesabı gənc müəllimi, Sənaye kimyası ETL-da tədqiqat işi yerinə yetirən və AR ETN NKPİ-nin elmi işçisi Fərqanə Əlizadə Maks Plank Kolloidlər və İnterfeyslər İnstitutunda "Structural color in polypeptides" mövzusunda 6 aylıq tədqiqat proqramı çərçivəsində öz tədqiqatlarını uğurla tamamlamışdır, ona növbəti işlərində uğurlar arzulayırıq👏🏻👏🏻👏🏻👏🏻


02/04/2026

25/03/2026

Laboratoriyamızın və ICESCO-nun Biotibbi Materiallar kafedrasının əməkdaşlarının (Ələkbər Hüseynzadə,
və Ülviyyə Həsənova) məqaləsi “Life” jurnalında (İF=3.4, Q1) çap olunub.
Tədqiqat işi mədə xərçəngində DODP-nin gen ekspressiyasına və oksidləşdirici stressə xərçəng əleyhinə təsirlərinin qiymətləndirilməsinə həsr olunmuşdur . Məqalənin tam mətni ilə aşağıda verilən linkdən tanış ola bilərsiniz:
https://doi.org/10.3390/life16040534


21/03/2026

Allah oruc və dualarınızı qəbul etsin 🙏🏻🌷


10/03/2026
07/03/2026

Əziz xanımlar, 8 Mart Beynəlxalq Qadınlar gününüz mübarək... 🌷


Photos from Industrial Chemistry Research Laboratory of Baku State University's post 06/03/2026

Bakı Dövlət Universitetinin Sənaye kimyası ETL, Biotexnologiya ETL və ICESCO Biotibbi Materiallar kafedrasında Ülviyyə Həsənova, Ələkbər Hüseynzadə və Nurlan Əmrahovun rəhbərliyi altında "Sabahın alimləri" müsabiqəsinin final mərhələsində iştirak edən layihələrdən:
1. Kimya istiqaməti üzrə Mehtiyeva Fərəh və Soltan Aylin tərəfindən yerinə yetirilmiş "Sinnamaldehid-azometin tandemi: fərdi molekulların İsveç Hərbi Bıçağına çevrilməsi fenomeni" xüsusi mükafatla təltif edilmişdir.
2. Biologiya istiqamətində isə Əsədli Banu və Xələfov Said tərəfindən yerinə yetirilən "GO-KİD" layihəsi üçüncü yerə layiq görülmüşdür.

Şagirdlərimizlə fəxr edirik və onlara gələcək uğurlarının davamını arzulayırıq.👏🏻👏🏻😊


Photos from Industrial Chemistry Research Laboratory of Baku State University's post 04/03/2026

Müsabiqənin ikinci günündən📷


Photos from Industrial Chemistry Research Laboratory of Baku State University's post 03/03/2026

“Society for Science” təşkilatı tərəfindən təşkil olunan və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi 3–5 mart 2026-cı il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunur.

Ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri müsabiqədə 9 istiqamət üzrə iştirak edəcəklər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt.

Bakı Dövlət Universitetinin Sənaye kimyası ETL, Biotexnologiya ETL və ICESCO Biotibbi Materiallar kafedrasında, Ülviyyə Həsənova, Ələkbər Hüseynzadə, Nurlan Əmrahov və Əlibala Əliyevin rəhbərliyi altında müsabiqənin final mərhələsinə üç istiqamətdə ümumilikdə 4 layihə qəbul olunmuşdur:
1. Kimya istiqaməti üzrə Mehtiyeva Fərəh və Soltan Aylin tərəfindən yerinə yetirilmiş "Sinnamaldehid-azometin tandemi: fərdi molekulların İsveç Hərbi Bıçağına çevrilməsi fenomeni"
2. Kimya istiqaməti üzrə Musayeva Fərəh və İsmayılova Zeynəb tərəfindən yerinə yetirilmiş "Flüor daşıyan benzoil xlorid əsaslı amidllər: sintez, antibakterial və in silico tədqiqatları"
3. Ekologiya istiqamətində Həsənzadə Şölə və Kərimli Mirsadiq tərəfindən yerinə yetirilən "İki mərhələli, İqtisadi və Səmərəli Su Təmizlənməsi"
4. Biologiya istiqamətinə isə Əsədli Banu və Xələfov Said tərəfindən işlənən "GO-KİD" layihəsi aiddir.

Şagirdlərimizə finalda uğurlar arzulayırıq👏🏻🏆


26/02/2026

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku
AZ1148