Xalida Rzayeva

Xalida Rzayeva Təhsil idarəçisi, Məktəbəqədər təhsil eksperti, Uşaq inkişafı mütəxəssisi, Ailə konsultantı,Təlimçi

👉 Uşağınıza hər şeyi öyrətmək istəyirsiniz… yoxsa onun həyatda möhkəm dayanmasını?Düzünü desək, hamımız istəyirik ki, uş...
21/04/2026

👉 Uşağınıza hər şeyi öyrətmək istəyirsiniz… yoxsa onun həyatda möhkəm dayanmasını?

Düzünü desək, hamımız istəyirik ki, uşağımız hər şeyi bilsin, hər şeyi bacarsın…

Amma 0–6 yaş başqa mərhələdir.Bu dövrdə əsas məsələ “çox şey öyrənmək” yox, düzgün təməl qurmaqdır.

Uşaq əvvəlcə bunları bacarmalıdır:– özünü ifadə etmək– oynamaq– gözləməyi öyrənmək– hisslərini tanımaq– ətrafı anlamaq

Bunlar olanda, qalan hər şey daha asan gəlir.

Əks halda nə görürük?uşaq tez yorulur, ağlayır, dinləmir, oyuna qoşula bilmir…və biz düşünürük ki, problem var.

Əslində isə problem yox, tələsmək var.

Bir az yavaşlayaq…Uşağa hər şeyi yox, doğru olanı vaxtında verək 🤍

QOĞALIN NAĞILI 🙂Biri vardı, biri yoxdu…Günlərin bir günü ana, uzaqlarda oxuyan qızlarının yanına yola düşməyə hazırlaşdı...
04/04/2026

QOĞALIN NAĞILI 🙂

Biri vardı, biri yoxdu…

Günlərin bir günü ana, uzaqlarda oxuyan qızlarının yanına yola düşməyə hazırlaşdı. Qızına soruşdu: “Sənə nə gətirim?”
Qız düşündü və dedi: “Ürəyim qoğal istəyir… Bilirəm, haradan alsan da olar, amma sənin bişirdiyinin dadını heç nə verməz…”

Elə o an, gecənin bir aləmində mətbəxdə bir nağıl başladı…
Un, süd, yumurta,yağ və sevgi bir-birinə qarışdı. Əllər yoğurdu, ürək qatıldı… Qoğalar sobada bişdi, yanaqları qızardı, sonra pəncərənin önündə sərinləməyə qoyuldu.

O qoğalar - Bir evin qoxusu idi. Bir uşaqlığın xatirəsi idi…

Qoğallar səssizcə çamadana yerləşdilər. Uzun bir yolun yolçusuna çevrildilər… ✈️

Və mən o an düşündüm…
İnsan harada olursa olsun, uşaqkən anasının əlindən daddığı o ləzzəti ömrü boyu özü ilə daşıyır. Bu, sadəcə dad deyil… bu, bağlılıqdır, güvəndir, doğmalıqdır…

Mənim də anamın əli ilə bişən yeməklərin qoxusu hələ də mənimlədir… Onun yoxluğunda belə, o dad, o istilik içimdə yaşayır 🤍

Bu gün yağış dayanmadan yağdı… ☔️Şəhərdə tıxaclar, çətinliklər… Amma düşünürəm ki, bu, təbiətin problemi deyil. Təbiət y...
27/03/2026

Bu gün yağış dayanmadan yağdı… ☔️
Şəhərdə tıxaclar, çətinliklər… Amma düşünürəm ki, bu, təbiətin problemi deyil. Təbiət yağışı bizə bolluq və bərəkət kimi bəxş edir.

Bu axşam bizim idman günümüz idi. Daxildə bir səs deyirdi: “Hava soyuqdur, yollar çətindir, bəlkə bu gün evdə qalaq…”
Amma digər səs qalib gəldi: “Heç bir hava maneə deyil.”

Geyindik, yola çıxdıq. Yağışı izləyə-izləyə onun gözəlliyini gördük, söhbət etdik, musiqi dinlədik və məşqə gəldik.

Düşünürəm ki, uşaqlara ötürdüyümüz ən vacib şeylərdən biri – tənbəlliyin alternativi olan intizamdır.
Bu mənim yanaşmamdır. Bəlkə hamıya uyğun deyil, amma mən belə seçim edirəm.

Çünki bəzən istirahətdən daha dəyərli olan – verdiyin nümunədir. 🤍

Baharla birlikdə insan da yenilənir… 🌱Bu il Novruzun təbiəti oyandıran enerjisi ilə Ramazanın ruhu üst-üstə düşür — içim...
20/03/2026

Baharla birlikdə insan da yenilənir… 🌱

Bu il Novruzun təbiəti oyandıran enerjisi ilə Ramazanın ruhu üst-üstə düşür — içimizdə yeni həyat, yeni enerji və ruhun yenilənməsi doğulur. Ruhumuz yüngülləşir, zehnimiz açılır, inanmaq, çalışmaq və daha yaxşı olmaq üçün özümüzü hazırlayırıq.

Bayram axşamının o xüsusi ab-havasında arzu edirəm:
ürəyinizdəki istəklər cücərsin, ruhunuz təzələnsin, enerjiniz dolu olsun ✨

Qoy bu bahar sizə gözəllik, bolluq və daxili güc gətirsin.
Ən gözəl dəyişikliklər insanın daxilində başlayır…

Bayramınız mübarək! 🌿

Bəzən həyat uzun bir dəmir yolu kimidir — uzağa gedən, dönməz, amma istiqaməti olan bir yol.Ana olmaq isə sadəcə bu yold...
12/03/2026

Bəzən həyat uzun bir dəmir yolu kimidir — uzağa gedən, dönməz, amma istiqaməti olan bir yol.

Ana olmaq isə sadəcə bu yolda getmək deyil.
Ana olmaq – həm də birinin əlindən tutub ona yol göstərməkdir.

Uşaqlar bizim sözlərimizdən çox, addımlarımızdan öyrənirlər.
Onlar bizim düşüncələrimizdən, münasibətimizdən və daxili gücümüzdən istiqamət alırlar.

Ona görə də ən vacib şey uşağa yolu göstərməkdən əvvəl öz yolumuzu işıqlandırmaqdır.
İnkişaf edən, öyrənən, düşünən ana – uşağın gələcəyinə qoyulan ən güclü işıqdır. ✨

Pozitivliyə öz şəxsi yanaşmam barəsində danışmaq istəyirəm. Pozitivlik həyata baxışdır. Çətinliklər gələndə ən çox işə y...
25/02/2026

Pozitivliyə öz şəxsi yanaşmam barəsində danışmaq istəyirəm.

Pozitivlik həyata baxışdır. Çətinliklər gələndə ən çox işə yarayan daxili gücdür. Çünki pozitiv yanaşma məni stressin içində itirmir, əksinə, daha sakit və aydın düşünməyə kömək edir. Problemləri daha rahat və sağlam şəkildə həll etməyə imkan yaradır.

Mən pozitivliyi özümdə daim formalaşdırıram, inkişaf etdirirəm. Düşüncəmi dəyişdikcə, yanaşmam dəyişir. Yanaşmam dəyişdikcə isə həm öz sinir sistemimi qoruyuram, həm də münasibətlərimi.

Xüsusilə uşaqlarla münasibətdə pozitiv olmaq böyük gücdür. Çünki bir uşaq üçün valideyninin sakit, ümidli və pozitiv olması — ən böyük təhlükəsizlik və xoşbəxtlik hissidir. ✨

Uşaq Bağçasında Qida Təhlükəsizliyi – Körpələrin Sağlamlığı Bizim Əlimizdədir! 🍏🥦🍞Əziz valideynlər və bağça əməkdaşları,...
04/04/2025

Uşaq Bağçasında Qida Təhlükəsizliyi – Körpələrin Sağlamlığı Bizim Əlimizdədir! 🍏🥦🍞

Əziz valideynlər və bağça əməkdaşları, uşaqların sağlam və təhlükəsiz qidalanması bizim ən vacib prioritetimizdir! 👶❤️

Bağçaların mətbəxində qida təhlükəsizliyinə ciddi nəzarət edilməlidir :

✅ Təmiz və gigiyenik mühit – Mətbəxdə bütün avadanlıqlar mütəmadi dezinfeksiya edililməlidir.
✅ Yüksək keyfiyyətli ərzaqlar – Məhsulların təravəti və saxlanma şəraiti daim yoxlanılmalıdır.
✅ Düzgün bişirmə qaydaları – Yeməklər gigiyena və qida təhlükəsizliyi standartlarına uyğun hazırlanmalıdır.
✅ Personalın sanitariya qaydalarına əməl etməsi – Aşpazlar və mətbəx işçiləri mütəmadi olaraq qida gigiyenası təlimlərindən keçməlidir.

Kiçik fidanlarımızın sağlam böyüməsi üçün hər addımda diqqətli olaq ! 🌿✨

Siz də uşaq bağçalarında qida təhlükəsizliyi haqqında fikirlərinizi bizimlə bölüşün! 💬

🇦🇿🇫🇮Finlandiya ilə yanaşı bir sıra ölkələrin qatıldığı Beynəlxalq seminar  mütəxəssislərin maraqlı çıxışları ilə əhatə o...
12/03/2025

🇦🇿🇫🇮Finlandiya ilə yanaşı bir sıra ölkələrin qatıldığı Beynəlxalq seminar mütəxəssislərin maraqlı çıxışları ilə əhatə olundu.

Azərbaycan nümayəndəsi kimi Məktəbəqədər Təhsil üzrə mütəxəssis olaraq : “Beynəlxalq dostluq və əməkdaşlığın əhəmiyyəti. Finlandiya Təhsil sisteminə
inteqrasiya“ mövzusunda çıxış təqdim etdim.

Beynəlxalq dostluq və əməkdaşlıq, cəmiyyətlərin inkişafı üçün ən vacib amillərdəndir. Finlandiya uzun illərdir innovativ təhsil modeli və xüsusilə məktəbəqədər təhsil sahəsində uğurları ilə dünyada nümunəvi ölkə kimi tanınır.

Onların uşaqlara yönəlmiş, yaradıcılığı və fərdi inkişafı dəstəkləyən yanaşması, məktəbəqədər təhsilin yalnız akademik deyil, həm də sosial və emosional bacarıqların inkişafına yönəlməsi bütün dünya üçün dəyərli təcrübədir.

Azərbaycan olaraq biz təhsil sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm veririk.

Dostluq və əməkdaşlıq sərhəd tanımır. Təhsil sahəsində atılan addımlar gələcək nəsillərə daha parlaq, daha innovativ və humanist bir dünya qazandıracaq.

Qadın Pozitivliyi: Həyatı Rəngləndirən EnerjiQadın pozitivliyi – həyatın ən saf enerjisi, ən güclü motivasiyasıdır. Onun...
08/03/2025

Qadın Pozitivliyi: Həyatı Rəngləndirən Enerji

Qadın pozitivliyi – həyatın ən saf enerjisi, ən güclü motivasiyasıdır. Onun bir gülüşü günü işıqlandırar, bir sözü ruhlandırar, bir toxunuşu hər şeyi dəyişər.

🌸 Gülüşü – sevinc yayır.
💡 Düşüncəsi – ümid verir.
🔥 İradəsi – hər çətinliyi aşır.
🎨 Yaradıcılığı – dünyanı gözəlləşdirir.
💖 Sevgisi – hər şeyi məna ilə doldurur.

Qadınlar ətrafa yalnız gözəllik yox, həm də ruh yüksəkliyi, sevgi və müsbət enerji bəxş edirlər. Onlar hər şeyin yaxşı tərəfini görməyi bacarır, ən çətin anlarda belə ümid işığını qoruyurlar.

🌍 Dünyanı gözəlləşdirən qadın pozitivliyini yaşadaq və paylaşaq! ✨💖

İnsan özünü sevmək üçün nə etməlidir❓❓❓İnsan özünü sevmək üçün əvvəlcə özünü olduğu kimi qəbul etməlidir. Bunun üçün:✅ Ö...
14/02/2025

İnsan özünü sevmək üçün nə etməlidir❓❓❓

İnsan özünü sevmək üçün əvvəlcə özünü olduğu kimi qəbul etməlidir. Bunun üçün:

✅ Öz dəyərini anla – Başqalarının fikrindən asılı olmayaraq, sən dəyərlisən.
✅ Sərhədlər qoy – Sənə zərər verən insanlara və vəziyyətlərə “yox” deməyi öyrən.
✅ Özünə yaxşı bax – Sağlam qidalan, idman et, kifayət qədər dincəl.
✅ Daxili səsini dəyiş – Özünə qarşı mehriban və motivasiyaedici danış.
✅ Kiçik uğurlarını qeyd et – Hər addım səni daha güclü edir.
✅ Sevdiyin şeyləri et – Həyatdan zövq almaq haqqındır.

Özünü sev, çünki sən buna layiqsən! ❤️

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Xalida Rzayeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share