01/02/2022
Telc Alman dili sertifikatlarının üstünlükləri , imtahanlara hazırlıq müddətləri haqqında qısa məlumat.
Alman dilli ali təhsil müəssisələrində oxumaq üçün telc C1 və ya telc C1 Hochschule almaq zəruridir. Bu sertifikatın səviyyəsi Goethe-Zertifikat C1 dən daha yüksəkdir, hazırkı dövrdə telc C1 Hochschule TestDaF və DSH ilə tam eyniyyət daşıyır.
Telc C1 – C1+ və C2 səviyyəsinə dək dil biliklərinə zəmanət verən çox etibarlı bir sertifikatdır. Bu sertifikat təsdiq edir ki, ona sahib olanlar həcmli və mürəkkəb mətnlərin geniş spektrini başa düşə biləcəklər və mürəkkəb mövzuların ifadə olunmasında (şifahi danışıq vərdişlərinin tətbiqində), dəqiq, strukturlu şəkildə və müfəssəl bacarıqlar nümayiş etdirəcəklər.
Telc A1, A2, B1, B2, C1, C1 Hochschule və C2 səviyyə imtahanları 4 istiqamətdə aparılır:
• Schreiben (yazılı inşa)
• Hören (eşidib anlama testi)
• Sprechen(şifahi nitq testi)
• Lesen (oxuyub anlama testi)