28/02/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində qalib olmuş "Ailəm məktəbdə valideyn-məktəb əməkdaşlığında yeni baxışlar" layihəsinin bağlanış tədbiri keçirildi. İsmayıllı Rayon Təhsil Sektorunda baş tutan tədbirdə layihə rəhbəri Şahid Muradlı layihənin məqsədi, mərhələləri və görülən işlər haqqında məlumat verdi. Metodist Rəşid Məmmədli layihənin önəmi barədə dəyərli fikirlər səsləndirdi. Sonda layihə çərçivəsində keçirilən müsabiqələr zamanı fəallığı ilə seçilən valideyn və şagirdlərə təltifnamələr təqdim olundu.