montessori_center_of_baku

montessori_center_of_baku Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from montessori_center_of_baku, School, Baku, Azerbaijan, Baku.

Uşağın özünəinamını artıran 5 Montessori ifadəsi1. “Özün cəhd et. Ehtiyacın olsa, mən yanındayam.”Beləliklə, uşaq dəstəy...
08/09/2026

Uşağın özünəinamını artıran 5 Montessori ifadəsi

1. “Özün cəhd et. Ehtiyacın olsa, mən yanındayam.”
Beləliklə, uşaq dəstəyi hiss edir, eyni zamanda böyüyün onun bacarıqlarına güvəndiyini anlayır.

2. “Özün seçim edə bilərsən.”
Seçim etmək imkanı uşağın müstəqilliyini və öz həyatına nəzarət hissini inkişaf etdirir.

3. “Nə qədər səy göstərdiyini görürəm.”
Nəticəni qiymətləndirmək əvəzinə, uşaq öz səylərini və öyrənmə prosesini dəyərləndirməyi öyrənir.

4. “İlk dəfədən alınmadı — bir daha cəhd edək.”
Uşaq anlayır ki, səhv etmək öyrənmənin bir hissəsidir və onun nəyisə bacarmadığını göstərmir.

5. “Səncə, bunu necə həll edə bilərik?”
Hazır cavab vermək əvəzinə, böyüyün uşağa özü həll yolu axtarmaq və öz gücünə inamını inkişaf etdirmək imkanı verməsi vacibdir.

MONTESSORİ MƏRKƏZİ | ЦЕНТР МОНТЕССОРИ
01/09/2026

MONTESSORİ MƏRKƏZİ | ЦЕНТР МОНТЕССОРИ

UŞAĞIN BƏDƏNİNİN NƏYƏ EHTİYACI VAR?1. Komanda oyunuBirgə oyunlar zamanı uşaq razılığa gəlməyi, növbəsini gözləməyi, başq...
07/08/2026

UŞAĞIN BƏDƏNİNİN NƏYƏ EHTİYACI VAR?

1. Komanda oyunu
Birgə oyunlar zamanı uşaq razılığa gəlməyi, növbəsini gözləməyi, başqalarının maraqlarını nəzərə almağı və özünü kollektivin bir hissəsi kimi hiss etməyi öyrənir.

2. Ayaqyalın gəzmək
Ayaq pəncəsi vacib hissiyyat orqanıdır. Uşaq müxtəlif səthlər üzərində ayaqyalın gəzdikdə tarazlıq hissi, hərəkət koordinasiyası inkişaf edir və ayaq əzələləri möhkəmlənir.

3. Zülalla zəngin qidalar
Zülal əzələlərin, beynin və sinir sisteminin əsas tikinti materialıdır. O, uşağın sağlam böyüməsinə, aktiv gündən sonra bərpa olunmasına və oyun, eləcə də öyrənmə üçün enerjisini daha uzun müddət saxlamasına kömək edir.

4. Hər gün sərbəst hərəkət
Uşağın hər gün qaçmağa, dırmaşmağa, tullanmağa, əşyalar daşımağa, maneələri aşmağa və ətraf mühiti araşdırmağa ehtiyacı var.

5. Böyüklərlə birlikdə gündəlik işlər
Gülləri sulamaq, tozu silmək, sadə qəlyanaltı hazırlamaq, paltarları yığışdırmaq kimi işlər iri və incə motorikanı möhkəmləndirir, koordinasiyanı inkişaf etdirir və uşaqda öz bacarığına inam yaradır.

“Mən bunu özüm edə bilərəm.”

MƏKTƏBƏQƏDƏR UŞAĞINIZA BU İFADƏLƏRİ ÖYRƏDİN:1. Mən səhv etdim. Bir də cəhd edə bilərəm?Uşaq başa düşür ki, səhv etmək no...
23/07/2026

MƏKTƏBƏQƏDƏR UŞAĞINIZA BU İFADƏLƏRİ ÖYRƏDİN:

1. Mən səhv etdim. Bir də cəhd edə bilərəm?
Uşaq başa düşür ki, səhv etmək normaldır. çevik düşüncə tərzi formalaşır.

2. Zəhmət olmasa, bunu dayandır. Bu, mənə xoş deyil.
Uşaq öz şəxsi sərhədlərini nəzakətlə, amma qətiyyətlə ifadə edir.

3. Bağışlayın, mənim sözüm var.
Bu, söhbətə söz kəsmədən, qışqırmadan, kimisə narahat etmədən qoşulmaq bacarığıdır.

4. Sən bitirəndən sonra növbə mənim ola bilər?
Növbəsini gözləməyi bacaran uşaq başqasının gördüyü işə də hörmət etməyi bacarır.

5. Mən özüm cəhd etdim, amma mənə kömək lazımdır.
Uşaq anlayır ki, kömək istəmək zəiflik deyil. Bu, düşüncə yetkinliyinin göstəricisidir.

Bu ifadələri adi bağçalarda öyrətmirlər.

Onları şeir kimi əzbərləmirlər.

Onlar uşağın düzgün hazırlanmış bir mühitdə yaşaması nəticəsində təbii şəkildə yaranır.

Məhz belə bir mühiti Casa dei Bambini-də yaratmışıq.

Ödənişsiz görüşünə yazılın — və uşaqlarımızın necə danışdığını öz qulaqlarınızla eşidin.

Övladınız  7 yaşı yoxdursa, bu 4 bacarığı yoxlayın.Bu bacarıqlar onun məktəbdə nə qədər asan oxuyacağını, nə dərəcədə mü...
14/07/2026

Övladınız 7 yaşı yoxdursa, bu 4 bacarığı yoxlayın.

Bu bacarıqlar onun məktəbdə nə qədər asan oxuyacağını, nə dərəcədə müstəqil və özünəinamlı olacağını müəyyən edir.

1. Uşaq ayaqqabı bağını bağlaya bilirmi?

Bu, sadəcə məişət bacarığı kimi görünə bilər. Amma əslində aşağıdakıların inkişafını göstərir:
✔️ incə motorika
✔️ hər iki əlin koordinasiyası
✔️ diqqətin cəmlənməsi
✔️ səbri

2. Uşaq bir ayaq üstündə hoppana bilirmi?

Bu, aşağıdakıların inkişaf göstəricisidir:
✔️ tarazlıq hissi
✔️ bədənini idarə etmə bacarığı
✔️ beynin mürəkkəb hərəkət tapşırıqlara hazırlığı

3. Uşaq öz növbəsini gözləyə bilirmi?

Əgər yox, bu, “tərbiyəsizlik” demək deyil.

Bu bacarıq uşağa kömək edir:
✔️ başqalarını dinləməyə;
✔️ qaydalara əməl etməyə;
✔️ həmyaşıdları ilə sakit və ahəngdar ünsiyyət qurmağa.

4. Uşaq 2–3 mərhələdən ibarət tapşırığı yerinə yetirə bilirmi?

Məsələn:

👉 «Üzünü yu, dişlərini fırçala və yatağını yığ.»

Bu onun üçün çətindirsə, deməli, aşaqdakilar hələ də inkişaf edir:
✔️ işçi yaddaş;
✔️ diqqət;
✔️ hərəkətlərin ardıcıllığını yadda saxlayıb yerinə yetirmək bacarığı.

7 yaşa qədər uşağın beyni xüsusilə plastiklik xüsusiyyətinə malik olur.

Məhz bu dövrdə ömür boyu onunla qalacaq bacarıqları formalaşdırmaq daha asandır.

Daha sonrakı yaşlarda isə bunun üçün xeyli çox vaxt və səy tələb olunur.

Montessori Mühitimizdə uşaq sadəcə oynamır.

O, hər gün burada nələri öyrənir:
✨ müstəqil olmağı;
✨ diqqətini cəmləməyi;
✨ başladığı işi sona çatdırmağı;
✨ öz gücünə inanmağı.

Sizi Montessori Mərkəzimizə tanışlığa dəvət edirik.

Mühiti göstərəcək, müəllimlərlə tanış edəcəyik, suallarınızı cavablandıracağıq və məhz sizin övladınız üçün hazırda hansı bacarıqların inkişafının daha vacib olduğunu müəyyənləşdirməyə kömək edəcəyik.

5 yaşına qədər uşağın sinir sisteminə nə lazımdır?❤️ Hər gün 20–30 saniyəlik qucaqlaşmalar — uşağın həyəcanını azaldır v...
04/07/2026

5 yaşına qədər uşağın sinir sisteminə nə lazımdır?

❤️ Hər gün 20–30 saniyəlik qucaqlaşmalar — uşağın həyəcanını azaldır və ona təhlükəsizlik hissi verir.

🗣 Uşağın hisslərini adlandırın: “Sən kədərlənmisən”, “Sən əsəbiləşmisən”, “Sən sevinirsən”. Bu, uşağın özünü daha yaxşı tanımasına və hisslərini idarə etməyi öyrənməsinə kömək edir.

🍽 Ailə ilə birlikdə yemək vaxtı — uşağın ailə ilə bağlılığını gücləndirir və ünsiyyət bacarıqlarını inkişaf etdirir.

🤝 Valideynlərin mübahisədən sonra barışdığını görmək — sağlam münasibət modelinin formalaşmasına kömək edir.

🌱 Səhv etmək imkanı — məhz səhvlər vasitəsilə özünəinam və müstəqillik inkişaf edir.

👐 Sensor təcrübələr — su, qum, təbiət, yaradıcılıq və əllə görülən fəaliyyətlər uşağın sinir sisteminin ahəngdar inkişafına kömək edir.

🎯 Uşağın gələcəyinin təməli məhz həyatının ilk 5 ilində qoyulur.

Casa dei Bambini Montessori mühitində biz elə şərait yaradırıq ki, uşaq müstəqil, maraqlı və daxildən güclü bir şəxsiyyət kimi inkişaf etsin.

✨ Tanışlıq görüşünə gəlin və uşağın təbii potensialı qayğıkeş və peşəkar yanaşma ilə dəstəkləndikdə necə inkişaf etdiyini öz gözlərinizlə görün.

📩 Ekskursiyaya yazılın və uşağınızın inkişafı ilə bağlı fərdi məsləhət əldə edin.

Address

Baku, Azerbaijan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when montessori_center_of_baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category