13/06/2026
13.06.2026-cı il tarixində Bakı şəhəri T.Abbasov adına 225 № li tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilmişdir. Məktəbin təşkilatı işlər üzrə direktor müavini Zenfira Nusalova çıxış mahnıları ilə XI sinifləri səhnəyə dəvət edərək tədbiri açıq elan etmişdir. Azərbaycanın dövlət himni səsləndirilmiş və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.Məktəbin direktoru Sevda Eminova öz çıxışında hər kəsi salamlayaraq XI sinifləri ürəkdən təbrik etmiş və onlara uğurlar arzu etmişdir. Eyni zamanda valideynər, ibtidai sinif müəllimləri və sinif rəhbərləri də öz təbrik və xoş arzularını çatdırmışlar.
Daha sonra XI-lər bir-birindən əsrarəngiz, milli-mənəvi dəyərləri əks etdirən, vətənpərvər ruhlu kompazisiyalar bütün tədbir iştirakçılarını feyziyab etmişlər.
Tədbir “Son Zəng” sədaları altında başa çatmışdır.