28/04/2026
25 aprel 2026 tarixində əziz Ələmdar müəllimin rəhbərliyi ilə tələbələrimizlə birlikdə vaxtilə Hqcı Zeynalabdin Tağıyevin evi olmuş, hazırda isə Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olundu. Muzeydə tələbələrimiz Daş dövründən başlayaraq müasir dövrə qədər uzanan eksponatlarla tanış oldular.
Bu cür səfərlər tələbələrimizin dünyagörüşünün genişlənməsində və tarixə olan marağının artmasında mühüm rol oynayır.
Ekskursiyanın təşkili üçün Ələmdar müəllimə təşəkkürlərimizi bildiririk!
Hörmətlə Tarix klubu!
26/02/2026
The Khojaly Genocide is considered one of the most horrific crimes committed against the civilian population of Azerbaijan during Armenia’s war of aggression. On the night of February 25–26, 1992, Armenian armed forces violated international law by attacking the besieged city of Khojaly, shelling civilians with heavy military equipment and razing the city to the ground.
As a result of this tragic crime, 613 Azerbaijani civilians were killed. Among them were 63 children, 106 women, and 70 elderly people. Eight families were completely annihilated; 25 children lost both parents, and 130 children lost one parent.
During the events, 487 people were seriously injured, and 1,275 were taken hostage. The fate of 150 hostages — including 68 women and 26 children — remains unknown to this day. The organizers of the Khojaly tragedy were the political and military leadership of Armenia, while the perpetrators included Armenian armed forces, Armenian armed groups in Nagorno-Karabakh, and personnel of the former Soviet Army’s 366th Motor Rifle Regiment.
This massacre was a premeditated and brutal act of mass violence carried out with the intent to completely destroy the local population. Civilians attempting to flee the burning city were shown no mercy. Many were ambushed and killed on roads and in forests. The Khojaly tragedy is remembered as a mass killing of civilians and is often mentioned alongside other atrocities such as Khatyn, the Holocaust, My Lai, Lidice, Babi Yar, Rwanda, and Srebrenica.
The Khojaly genocide was committed with the aim of intimidating the Azerbaijani people, breaking their will to resist, and eliminating part of the Azerbaijani population of Nagorno-Karabakh. According to the Resolution of the Milli Majlis of February 24, 1994, February 26 was officially declared the Day of the Khojaly Genocide.
26/02/2026
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq mühasirədə olan Xocalı şəhərinə hücum etmiş, ağır hərbi texnika ilə dinc əhalini atəşə tutmuş və şəhəri yerlə-yeksan etmişdir. Bu dəhşətli cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
Hadisələr zamanı 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur. Xocalı faciəsinin təşkilatçıları Ermənistanın siyasi və hərbi rəhbərliyi, icraçıları isə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti olmuşdur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib. Bu faciə dinc əhalinin kütləvi qətliamı kimi tarixdə Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Srebrenitsa kimi soyqırımları ilə bir sırada çəkilir.
Xocalı soyqırımı Azərbaycan xalqını sarsıtmaq, mübarizə əzmini qırmaq və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək məqsədilə törədilmiş kütləvi qırğınlardan biridir. Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilmişdir.
23/01/2026
Qədim Yunan Mifologiyası: Tanrılar və Əfsanələr Dünyası
Yunan mifologiyası sadəcə köhnə hekayələr toplusu deyil; o, qədim yunanların kainatı, insan təbiətini və təbiət hadisələrini anlamaq üçün yaratdıqları möhtəşəm bir dünyadır. Bu miflər fəsillərin dəyişməsindən tutmuş insan duyğularının mürəkkəbliyinə qədər hər şeyi izah edən dinin, incəsənətin və sosial quruluşun təməli idi. Olimpiya tanrıları, cəsur qəhrəmanlar və qorxunc canavarlarla dolu olan bu əfsanələr tale, ədalət və qürur kimi universal mövzuları işləyir. Bu gün belə dildə, ədəbiyyatda və kinoda bu qədim əfsanələrin izlərini görmək mümkündür.
Bu ilahi aləmin mərkəzində Olimp dağının hökmdarı, tanrıların atası Zevs dayanır. Əlində ildırım, yanında isə əzəmətli qartal ilə təsvir olunan Zevs səmanın, ildırımın və ədalətin tanrısı idi. O, atası Kronosu devirərək kainatın idarəsini ələ keçirmiş və nizam-intizamın qoruyucusuna çevrilmişdi. Zevs həm xalqın himayədarı, həm də andların keşikçisi kimi tanınsa da, o, həm də çılğın xarakteri və yer üzündəki macəraları ilə məşhurdur. Onun rolu həm tanrılar, həm də insanlar arasında hikmət və sarsılmaz güclə asayişi təmin etmək idi.
Olimpin kraliçası və Zevsin xanımı olan Hera isə ailənin, qadınların və nikahın hamisi hesab olunurdu. Başında tacı və əlində krallıq əsası ilə təsvir olunan Hera cəmiyyətin ən mühüm sütunlarından biri olan evliliyin müqəddəsliyini qoruyurdu. Miflərdə çox vaxt onun qısqanclığı və sərtliyi ön plana çıxsa da, bu əslində onun ailə bağlarına və sadiqliyə verdiyi önəmin bir göstəricisi idi. Hera sadəcə bir ilahə deyil, həm də doğuşdan tutmuş məişət həyatına qədər bütün mühüm keçid mərhələlərinin rəhbəri idi. Onun varlığı Zevsin xaotik enerjisini tarazlayır, sivilizasiyanı birləşdirən sabitliyi və daxili gücü təmsil edirdi.
Yunan mifologiyası insan təxəyyülünün sonsuzluğunu və qədim dövrün fəlsəfəsini öyrənmək üçün əvəzolunmaz bir mənbədir.
20/01/2026
✨ Hörmətli tarixsevərlər!
🕯️20 Yanvar 1990-cı il Azərbaycanın müasir tarixində həm faciə, həm də milli oyanış günü kimi xüsusi yer tutur. Həmin gecə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı amansız qırğın törədildi və yüzlərlə günahsız insan şəhid oldu. Bu hadisə azadlıq uğrunda mübarizə aparan xalqın iradəsini sındırmaq məqsədi daşıyırdı, lakin əksinə, milli həmrəyliyi daha da gücləndirdi.
🇦🇿 Qanlı müdaxilə siyasi repressiya aktından daha çox, Azərbaycanın yüksələn milli azadlıq hərəkatını boğmaq cəhdi idi. İnformasiya blokadası yaradılmasına, şəhərdə fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, xalq kütləvi şəkildə bir araya gələrək şəhidlərin dəfn mərasimini böyük etiraz aksiyasına çevirdi. Bu proses SSRİ rəhbərliyinin real simasını dünya ictimaiyyətinə göstərmək baxımından mühüm tarixi dönüş nöqtəsi oldu.
🌐 20 Yanvar hadisələri Azərbaycan xalqının sarsılmaz mübarizə ruhunu ortaya qoydu və müstəqilliyə gedən yolu daha da sürətləndirdi. Bu faciə təkcə hüzn dolu bir xatirə deyil, həm də milli iradənin, azadlıq idealının və dövlətçilik düşüncəsinin formalaşmasına təsir edən mühüm mərhələ kimi dəyərləndirilir. Bu gün biz şəhidlərimizin xatirəsini ehtiramla anır, onların fədakarlığını dərin hörmətlə yad edirik.
15/12/2025
Yusif Məmmədəliyev: Neft Kimyasının Əfsanəsi
Azərbaycan elminin fəxri Yusif Heydər oğlu Məmmədəliyev neft kimyasını yeni dövrə daşıyan dahi alimimizdir. Onun katalitik reaksiyalar üzrə araşdırmaları sintetik kauçukdan yüksək oktanlı benzininə qədər sənaye üçün həlledici yeniliklər gətirdi. II Dünya müharibəsi zamanı tətbiq olunan kumol sintezi isə aviasiyanın taleyində mühüm rol oynayaraq alim adını tarixə yazdı.
Elmi və ictimai fəaliyyəti də eyni dərəcədə təsirli idi. Belə ki, Azərbaycan Elmlər Akademiyası yaradılarkən onun şəxsiyyəti əsas dayaqlardan biri kimi qiymətləndirildi, gəncliyində İrəvanda müəllimlik edərək azsaylı icmaların, ələxüsus qızların təhsilə qoşulmasına dəstək oldu və müharibə dövrü kəşfləri ilə Nobel mükafatına layiq olacaq səviyyəsində dəyərləndirildi.
Məmmədəliyevin elm kənar dünyası isə son dərəcə özünəməxsus idi. O fotoaparatını sanki laboratoriya dəftəri kimi gəzdirir, gördüyü hər kadra bir alim dəqiqliyi ilə yanaşırdı. Həmişə məktublarını kimya reaksiyaları ilə qafiyələndirərək ailəsinə xüsusi ovqat bəxş edir, hətta arxivində gizlənmiş musiqi notları onun düşüncəsində kimya ilə melodiyanın necə ahəng qurduğunu göstərirdi.
Yusif Məmmədəliyevin həyatı elmin gücünə, yaradıcılığın sonsuzluğuna və insanlara xidmətin dəyərinə inamın canlı nümunəsidir.
03/12/2025
Dəyərli qrup üzvləri,Tarix Klubu olaraq, tariximizi yaxından tanımaq və zəfər ruhunu birlikdə yaşamaq üçün sizi Zəfər Muzeyinə səfərə dəvət edirik.
Gəlin, qəhrəman oğullarımızın yazdığı şanlı zəfər yolunu birlikdə kəşf edək!
📍 Məkan: Zəfər Muzeyi
⏰ Saat: 10:30
📅 Tarix: 6 dekabr
Qeyd: Qeydiyyatdan ilk keçənlərə üstünlük veriləcək.
Qeydiyyat üçün biodakı linkə keçid edə bilərsiniz.
02/12/2025
⚔️Əziz tarixsevərlər,
📜1337-ci ildə başlayan Yüzillik müharibə Avropa tarixində həlledici dönüş nöqtələrindən biri olmuşdur. İngiltərə və Fransa arasında 116 il davam edən bu münaqişə yalnız torpaq savaşı deyil, həm də siyasi hegemonluq uğrunda uzunmüddətli mübarizə idi.
📍Müharibənin başlama bəhanəsi İngiltərə kralının Fransa taxtına iddiası idi. Fransa kralı IV Filippin kişi varisi olmadığından, İngiltərə kralı III Eduard özünü həm də “Fransa kralı” elan edərək tac uğrunda iddia irəli sürdü.
Müharibənin əvvəlində fransızlar məğlub olmağa başladılar. İngilislər 1346-cı ildə Kresi döyüşündə fransız qoşunlarını məğlub etdilər. Kresi vuruşmasından sonra ingilislər 1356-cı ildə Puatye şəhəri yaxınlığında döyüş baş verdi. Say üstünlüyünə baxmayaraq dağınıq hərəkət etməkləri Fransızları məğlubiyyətə apardı. İngilis oxçularının yağış kimi yağdırdığı ox zərbələri altında fransız atlı qoşunlarının döyüş cərgələrinə qarışıqlıq düşdü. Fransız ordusunun döyüş yerinə yetişən əsas qüvvələri də darmadağın edildi.
🪖Daha sonra İngilislər və burqundlar 1428-ci ildə Orleanı mühasirəyə aldıqda bütün fransız xalqı Janna d’Arkın başçılığı altında işğalçılara qarşı mübarizəyə qalxdı. 1429-cu ildə Orleanın azad olunması ilə Yüzillik müharibədə dönüş baş verdi. Təəssüf ki, Jeanne d’Arc 1431-ci ildə düşmənlərin siyasi oyunları nəticəsində satılaraq kilsə məhkəməsində “cadugərlik”də günahlandırıldı və tonqalda yandırılaraq öldürüldü, lakin ölümü Fransanın qalibiyyət iradəsini daha da gücləndirdi.
Müharibə 1453-cü ildə Castillon döyüşü ilə başa çatdı.
Fransa qəti qələbə qazandı və İngiltərə qitədəki bütün torpaqlarını itirdi.
📚Bu münaqişə Avropada feodal dövrünün sonunu sürətləndirdi, milli dövlətlərin formalaşmasına zəmin yaratdı və müasir hərbi taktikanın əsaslarını qoydu.
30/11/2025
Əziz tarix sevərlər!
Wehrmacht-da Müsəlman diviziyaları 🪖:
1942-ci ildən etibarən 3-cü Reyx-də əsgər sayında böyük çatışmazlıqlar yaşanırdı ⚔️. Cəbhədəki boşluqları kompensasiya etmək, eləcə də partizan hərəkatlarını yatırtmaq üçün xarici muzdlulardan qoşunlar formalaşmağa başlandı. Bunların arasında Müsəlman diviziyalar mühüm rol oynayır 🕌.
Bosniyadan “Handschar” , Mərkəzi Asiyadan “Türküstan Legionu” və Qafqazdan “Azərbaycan Legionu” 🇦🇿 yaradılmışdır. Təxmini olaraq 15.000 nəfərdən ibarət olmuş “Azərbaycan Legionu” Ukrayna və Belarus cəbhə xəttində fəaliyyət göstərmişdir 🪖. Əsasən, motivasiyaları nasist fanatizmdən savayı, anti-Sovet xətti daşıyırdı 🚫☭ və din xadimlərinin (mollalar, müftilər) rolu danılmaz idi. Bəziləri repressiya maşınından qaçmış şəxslər olaraq sevdiklərinin intiqamını almaq ümidi ilə yaşayırdı ⚡.
Ümumilikdə 180.000–200.000 Müsəlman nəfərlər Fransa sahillərindən ta Şərq əməliyyatları cəbhə xəttində xidmət etmişdirlər. Tarixin qaçılmaz sonluğunu dəyişmək iqtidarında olmasa belə ⏳, Almaniyanın çöküşünü gecikdirmək üçün bir cəhd idi.
27/11/2025
🛡️Kursk Döyüşü: İkinci Dünya Müharibəsinin Dönüm Nöqtəsi
⚡ İyul-avqust 1943-cü ildə Alman və Sovet orduları arasında dünyanın ən böyük tank döyüşü baş verdi. Almanların “Operation Citadel” planı Sovetləri darmadağın etmək üçün nəzərdə tutulmuşdu, amma Sovet müdafiəsi əvvəlcədən hazır idi və hücumları dəf etdi.
💥 Döyüşdə təxminən 6,000 Alman və 5,000 Sovet tankı iştirak etdi. Hər iki tərəf 4,000-dən çox top və minlərlə təyyarə itirdi. Sovetlər dərin müdafiə xətti, mina tarlaları və nasaz yollarla Alman hücumunu ləngitdi. Almanlar əks-hücum etmək istəsələr də, Sovet tankları və artilleriyası onları geri çəkilməyə məcbur etdi.
🌍 Kursk döyüşü İkinci Dünya Müharibəsində Şərq Cəbhəsinin dönüş nöqtəsi hesab olunur. Bu döyüşdən sonra Sovet ordusu təşəbbüsü tam ələ keçirdi və Alman qüvvələrinin irəliləməsi dayandırıldı. Kursk həm hərbi strategiya, həm də tank döyüşləri tarixində əvəzsiz bir nümunədir.
23/11/2025
Qanadlı Qusarlar
12 sentyabr 1683, saat 18:00, Vyana, Reç Pospolita. Osmanlı əsgərləri üçün şəhərə girməyə artıq bir maneə yoxdur, 2 ay mühasirədə qalmış paytaxtın nə divarları, nə də ac-yalavac əhalisi tab gətirəcək halda deyil. Ümid yalnızca polyak süvarilərinin sonuncu hücum dalğasınadır, yəni Qanadlı Qusarlara.
Qanadlı Qusarlar XVI-XVIII əsrlərdə təkcə Reç Pospolitanın yox, bütün Avropanın ən məşhur və güclü elit süvari alayı idi. Onların belə adlandırılmasının səbəbi zirehlərinin belinə taxdıqları, taxta və tükdən hazırlanmış qanadlar olmuşdur. Bu qanadlar həm süvariləri “ölüm mələy”inə oxşatmaqla düşmənə vahimə salır, həm də yırtıcı quş lələklərindən hazırlandıqları üçün hücum zamanı qəribə fışıltı səsi çıxarır, bununla da düşmən atlarını hürküdürdülər. İlkin olaraq sürgün edilmiş muzdlu Balkan döyüşçülərindən təşkil edilsələr də, sonralar tərkibi polyak zadəganlarından ibarət olmuş, ordu içində ciddi hərbi intizamla fərqlənmişlər.
Qanadlı Qusarların elit süvari dəstələri hesab edilməsi əbəs deyildi. Alay dəfələrlə özündən qat-qat böyük olan orduları məhv etmiş, ən ümidsiz anlarda “xilas mələy”inə çevrilmişlər. Bu döyüşlərdən biri olan və “Polyak Fermopil”i adlandırılan Hodovda 400 polyak süvarisi (bunlardan 100-ü Qanadlı Qusar idi) 40000 tatara qarşı vuruşmuş, altı saatlıq mübarizədən sonra kəndə sığınmağa məcbur qalmış, ox başlıqlarından güllə kimi istifadə edərək tatarları geri çəkilməyə vadar etmişlər. Özlərindən qırx qat böyük ordu ilə savaşmalarına baxmayaraq, tatarlar mindən artıq itki verdikləri halda qusarların itkisi yüzü keçmirdi.
Lakin XVIII əsrin başlanğıcı Qanadlı Qusarların sonunu gətirdi. Avropada yayılmağa başlamış odlu silahlar qarşısında qusarların yüngül zirehi və nizələri artıq öz təsirlərini itirirdi. Hərbi taktikalar dəyişir, süvari hücumları öz yerini uzaqməsafəli tüfəng və top atəşinə verməyə başlayırdı. Bir vaxtlar döyüş meydanına qorxu saçan qanadlar indi yalnızca dekorativ məqsəd daşıyır, festivallarda səhnələşdirilirdi.
Beləcə Qanadlı Qusarlar tarix səhnəsini tərk etsələr də, hünər və igidlikləri ilə bir polyak əfsanəsinə çevrildilər. Research: Amin Əsədullayev. Design: Ayxan Bədəlov