19/03/2026
Şagirdlərimiz peşəkar səhnədə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərinin ifasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dəyərlərimizi qoruyaq: keçmişdən gələcəyə yurdum mənim” tamaşası təqdim olunub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş etdirilən tamaşanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər və ictimaiyyət nümayəndələri izləyiblər.
Tədbirdə məktəbimizin 9j sinif şagirdi Bayramov Nəzər, 10b sinif şagirdləri Həsənli Şükran, Rzayev Ərəstun, Hüseynli Zöhrab, 11b sinif şagirdi Zöhrablı Hüseyn iştirak ediblər.
Şagirdlərimizi uğurlu çıxışlarına görə təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!