06/10/2022
5 oktyabr - Müəllimlərin Peşə Bayramı münasibəti ilə məktəb liseyin UBR Elnarə Məmmədova Nizami RİH Gənclər və İdman Idarəsi tərəfindən "Təşəkkürnamə " ilə təltif olunmuşdur.Xatırladaq ki,Elnarə müəllimə II Vətən Müharibəsi Qazisi Vasif Əliyevin anasıdır.Qazimizin timsalïnda Allahdan bütün qazilərə şəfa,Şəhidlərə isə rəhmət diləyirik...
Pedoqoji kollektiv adından həmkarımızı ürəkdən təbrik edir,daha çox uğurlar diləyirik..
06/10/2022
5 oktyabr tarixində məktəb liseyin məzunu Şəhid Vüqar Cəfərovun şəhadətə ucalan günüdür...
Anım günündə şəhidin yaşamış olduğu binanın önündə onun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Nizami RİH müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və məktəb-liseyin rəgbərliyi,müəllim və şagird kollektivi iştirak edirdi.Şəhid Vüqar Cəfərov adına 6A sinif şagirdlərinin ürəklə söylədikləri vətənpərvərlik şeirləri hər kəsi kövrəltdi...Açılışdan sonra bulaq qarşısına gül dəstələri düzüldü...
Ruhun şad olsun ...
29/10/2021
29 oktyabr tarixində 70 Nli məjtəb liseyin 6 Ə sinif şagirdləri Ana dili fənn müəllimi Qənbərova Nəzakət müəllimin təşkilatçılığı ilə "Vətən oğulları-unudulmazdır " adlı vətənpərvərlik mövzusunda,Şəhidlərin əziz xatirəsinə həsr olunmuş dərs təqdim etmişlər.Şagirdlər böyük ehtiramla onlar haqqında çıxışlar və şeir parçaları söyləmişlər.
29/10/2021
Tədbirlər planına əsasən Zəfər bayramına həsr olunmuş silsilə tədbirlər,dərslər,görüşlər və s kimi işlər davam etməkdədir.
27 oktyabr tarixində 5-11 ci sinif şagirdləri arasında bədii qiraətin inkişafı və vətənpərvərlik hissinin artırılması məqsədilə " Yürü köksündə Vətən yürü,Azərbaycan əsgəri " adlı şeir müsabiqəsi keçirildi.Münsiflər iştirakçıları musabiqə şərtlərinin uyğunluğunu nəzərə alıb, öz seçimlərini etmişlər.
29/10/2021
26-29 oktyabr tarixində 5-9 cu siniflərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təlimə Dəstək Mərkəzinin metodiki dəstəyi ilə 2020-2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarınln mənimsənilməsindəki çətinliklərin aşkarlanması məqsədilə Azərbaycan dili, Riyaziyyat və Xarici dil(ingilis) fənləri üzrə diaqnostik qiymətləndirmə keçirilmişdir.Ana dili və Ingilis dili üzrə mətn dinləmə olmuşdur.
27/10/2021
25.10.2021-ci il tarixində 2-4-cü siniflərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təlimə Dəstək Mərkəzinin metodiki dəstəyi ilə 2020-2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarınln mənimsənilməsindəki çətinliklərin aşkarlanması məqsədilə Azərbaycan dili və Riyaziyyat fənləri üzrə diaqnostik qiymətləndirmə keçirilmişdir.
22/10/2021
70 Nli məktəb liseyin 2 E sinfi Texnologiya dərsindən " Masada süfrə mədəniyyəti " adlı mövzuya ibtidai sinif müəllimi Musayeva Arzu və sinif şagirdlər ilə birgə əyanilik gətirildi.Bu maraqlı dərs şagirdlərə masa etiketi,davranış qaydalarını öyrənilməklə yanaşı xoş anlar da yaşadib.
18/10/2021
70 Nli məktəb liseyin ibtidai sinif müəllimi Məmmədova Naibə müəllim və 1 D sinif şagirdləri dərsdən sonra yeni təmirdən istifadəyə verilən Bakı Zoopark heyvanat bağçasına gəzinti təşkil edərək, maraqlı asudə vaxt keçirmişlər.
Fidan balaların sevincinə səbəb olan bu məkan,müasir tələblərə uyğun şəkildə yaradılmış akvarim, yeni heyvanlar və s kimi gözəllikləri ilə yaddaqalan xatirəyə çevrilmişdir.
18/10/2021
18 oktyabr Müstəqilliyin bərpası günüdür...Məhz bu gün millət olaraq ayıldıq,birləşdik yumruğa döndük...Məhz bu gün-Dəmir yumruğun təməli qoyuldu...
70 Nli məktəb lisey bu tarixi günə həsr olunmuş təşkilati saatlar,divar qəzetləri və s kimi işlər təqdim etdi...
12/10/2021
Tədbirlər planına əsasən 70N li məktəb lisey
" Qənimətlər parkı " na ekskursiya təşkil edilmişdir.Məktəb liseyin 6 Ç sinfinin şagirdləri və sinif rəhbəri Şərifova Bəsti müəllim bu gəzintidən çox məmnun qayıtmışlar.