UniDream

UniDream Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UniDream, Educational consultant, Mətbuat prospekti 25 (Elmlər metrosu yaxınlığı), Baku.

30/07/2026
🎉Tələbəmiz Ayan İslamzadəni Almaniyanın Hamburg Studienkolleg T-Kurs proqramına qəbul olunması münasibətilə təbrik ediri...
25/07/2026

🎉Tələbəmiz Ayan İslamzadəni Almaniyanın Hamburg Studienkolleg T-Kurs proqramına qəbul olunması münasibətilə təbrik edirik! 🇩🇪

Ayan yalnız attestat və B2 dil sertifikatı ilə, heç bir qəbul imtahanı vermədən bu proqrama qəbul olmağa nail olub.

Yeni təhsil həyatında ona uğurlar və bol nailiyyətlər arzulayırıq! 🎓✨

🎓 “Komfort zonamı tərk etmək həyatımın ən doğru qərarı oldu.”Bu dəfə hekayəsini bizimlə paylaşan tələbəmiz  Nəzrin dir.2...
16/07/2026

🎓 “Komfort zonamı tərk etmək həyatımın ən doğru qərarı oldu.”

Bu dəfə hekayəsini bizimlə paylaşan tələbəmiz Nəzrin dir.

2024-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini 84 GPA ilə bitirdikdən sonra qarşısında iki seçim var idi: Azərbaycanda işləmək və ya Almaniyada magistr təhsili almaq. O, çətin görünən ikinci yolu seçdi. Çünki məqsədi yalnız diplom almaq deyil, yeni mühitdə inkişaf etmək və özünü kəşf etmək idi.

🇩🇪 Almaniyanı seçməsində ailəsinin dəstəyi böyük rol oynadı. Eyni zamanda işləyərək IELTS imtahanına hazırlaşdı və müraciət prosesini uğurla tamamladı.

Nəticədə Rhine-Waal University of Applied Sciences universitetinin Biological Resources magistr proqramına qəbul aldı və 1 aprel 2025-ci ildə Almaniyaya köçdü.

Hazırda cəmi 21 yaşında magistr təhsili alır və qrupunda azərbaycanlı tələbə yoxdur. Bu addımı atarkən ən böyük dəstəyi valideynlərindən görüb.

💬 Nəzrinin sözləri isə hər şeyi ifadə edir:

“Mənim üçün uğurun ən gözəl tərəfi diplom və ya maaş deyil. Ən böyük uğur məni böyüdən insanların gözündə ‘Bəli, övladımız bacardı’ sevincini görə bilməkdir.”

Nəzrinə təhsil və karyera yolunda uğurlar arzulayırıq. 💛

✨ Bəlkə də növbəti uğur hekayəsini paylaşacağımız tələbə məhz siz olacaqsınız.

🎓 “Mən sadəcə dərsə başladım, qalan bütün prosesi UniDream idarə etdi.”Bu dəfə hekayəsini sizinlə bölüşən tələbəmiz Gülç...
14/07/2026

🎓 “Mən sadəcə dərsə başladım, qalan bütün prosesi UniDream idarə etdi.”

Bu dəfə hekayəsini sizinlə bölüşən tələbəmiz Gülçin Məmmədlidir. O, bakalavrın son kursunda olarkən Almaniyada magistr təhsili almaq qərarı verdi. Həmin dövr isə tələbələrin ən gərgin vaxtlarından biri idi: diplom işi, praktika, müdafiə, IELTS hazırlığı və gələcək planları...

Gülçin deyir ki, bütün bunların arasında ən böyük narahatlığı xaricdə təhsil prosesinin necə olacağı idi. Məhz buna görə də müraciət etməzdən əvvəl bir çox şirkətləri araşdırıb, hətta uğursuz təcrübə yaşamış tələbələrlə də danışıb. Daha sonra UniDream-a müraciət edib və prosesin onun üçün gözlədiyindən daha rahat keçdiyini bildirir.

Onun sözlərinə görə, sənədlərin hazırlanması, universitet müraciətləri, qəbul prosesi, universitet hesablarının yaradılması və digər mərhələlər peşəkar şəkildə idarə olunduğu üçün o, diqqətini yalnız IELTS imtahanına və universitetdəki son semestrinə yönəldə bilib.

Bu gün isə Gülçin Almaniyada mühəndislik üzrə magistr təhsili alır.

Ən çox diqqətini çəkən məqamlardan biri isə təhsilin tamamilə praktiki yönümlü olmasıdır. O bildirir ki, dərslərdə real məlumatlar, real layihələr və peşəkar proqram təminatları üzərində işləyirlər. Bu yanaşma ona özünü artıq tələbədən çox gələcəyin mühəndisi kimi hiss etdirir.

🇩🇪 Niyə məhz Almaniya?

Gülçinin cavabı qısa və konkret oldu:

“Mühəndislik sahəsində Almaniya dünyanın ən güclü ölkələrindən biridir. Üstəlik dövlət universitetlərində təhsil ödənişsizdir. Mənim əsas hədəfim məhz Almaniya idi.”

Bu qərarında ailəsinin və nişanlısının dəstəyi də onun üçün böyük motivasiya olub.

Hazırda Gülçin universitet həyatına tam uyğunlaşıb və bildirir ki, dərslər çətin olsa da, öyrəndiyi biliklər və qazandığı praktiki təcrübə bütün zəhmətə dəyir.

🧡Biz Gülçinə səmimi fikirlərinə görə təşəkkür edir, təhsil yolunda ona daha böyük uğurlar arzulayırıq.

Bəlkə növbəti uğur hekayəsi məhz sizinki olacaq. ✨

🇩🇪 Almaniyadan qəbul aldı!ADA-da 1-ci kurs tələbəsi idi,amma kreditləri tələb olunan minimumdan az idi.Güclü nəticələr +...
18/03/2026

🇩🇪 Almaniyadan qəbul aldı!

ADA-da 1-ci kurs tələbəsi idi,
amma kreditləri tələb olunan minimumdan az idi.

Güclü nəticələr + düzgün universitet seçimi
və nəticədə Almaniyadan qəbul gəldi 🎯

Bəzən əsas məsələ çatışmazlıq deyil,
onu necə yönləndirdiyindir.

📞 +994 70 514 56 56

13/03/2026

🇩🇪 Mart deadline-ları sürətlə yaxınlaşır!

Almaniyada təhsil planlaşdıran tələbələr üçün bir çox universitetlərin müraciət tarixləri mart ayında bitir.

Bir çox tələbə bu deadline-ları gec öyrənir və müraciət fürsətini qaçırır.

Əgər sən də Almaniyada təhsil almağı düşünürsənsə, deadline-ları vaxtında izləmək və prosesi düzgün başlamaq ən önəmli addımdır.

📩 Ətraflı məlumat üçün bizə yaz:
📞 +994 70 514 56 56

13/03/2026

🇩🇪 Seminar: “Mənim Almaniyada təhsil arzum”.

Almaniyada oxumaq istəyirsən, amma haradan başlayacağını bilmirsən?
Studienkolleg, bakalavr, magistr və yay məktəbləri- hamısını bu seminarda danışacağıq.

📅 14 Mart
🕓 Saat 16:00

Əgər sən də Almaniyada təhsil arzusunu reallığa çevirmək istəyirsənsə, bu seminara gəl 🙂🇩🇪

📩 Qeydiyyat üçün bizə yazın
📞 +994 70 514 56 56

08/03/2026

“Leylini qoyma məktəbə getsin.”

Çünki Leyli məktəbə getsəyalnız oxumağı öyrənməyəcək…öz fikrini deməyi, öz yolunu seçməyi, öz həyatını qurmağı öyrənəcək. Bir qız oxuyanda təkcə bir insan dəyişmir… Bir ailə dəyişir. Bir gələcək dəyişir. Və bu gün artıq yüzlərlə Leyli oxuyur, xəyal qurur və öz hekayəsini yazır 🌸
8 Mart — qadınların gücünü xatırladan gündür.

07/03/2026

🌸 Bu dəfə 8 Martı bir az fərqli qeyd etdik.
Əməkdaşlarımız öz əlləri ilə vazalar boyadılar — hər biri fərqli rəngdə, fərqli zövqlə.

Bütün güclü, ilhamverici qadınların bayramı mübarək!
Qadınlar dünyanı daha rəngli edir. ✨

24/02/2026

Alman dilini öyrənmisən və indi onu real həyatda rahat tətbiq etməyin vaxtıdır 🇩🇪🙂

Bu yay Heidelbergdə 2 həftə ərzində:

• Alman müəllimlərlə intensiv dərslər və gündəlik praktika ✨
• Ştutqart və Strasburga səyahət ✈️
• Sonda sertifikat 📜
• Viza, yerləşməAlman dilini öyrənmisiniz — indi onu real həyatda rahat danışmağın vaxtıdır 🇩🇪🙂

Bu yayınızı həm faydalı, həm də unudulmaz etmək istəyirsinizsə — bizə yazın 💌🙂
📞 +994 70 514 56 56

Address

Mətbuat Prospekti 25 (Elmlər Metrosu Yaxınlığı)
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+994705144949

Alerts

Be the first to know and let us send you an email when UniDream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UniDream:

Shortcuts

Share