10/05/2026
Ulu Öndərin həmişəyaşar xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADPU Strateji İnkişaf Mərkəzi, Education Website, Fətəli Xan Xoyski küçəsi 109, Baku.
10/05/2026
Ulu Öndərin həmişəyaşar xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
05/05/2026
✅ ADPU prorektoru Könül Pirverdiyeva nəticələrinə həsr olunan məlumatlandırma sessiyasında iştirak edib.
✅ Qeyd edək ki, tədqiqatın pilot mərhələsi ADPU-nun Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilib.
03/05/2026
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 💚
23/04/2026
📢📢📢 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ADPU-da və səviyyəsində təhsil alan və ya almış şəxslər üçün könüllü əsaslarla “Peşəkar Təcrübə Proqramı”nın III çağırışı elan olunur.
⏳ Peşəkar təcrübə proqramı 3 aylıq (həftə içi günlərdə gündə ən azı 4 saat olmaqla) təşkil olunacaq.
Namizədlərə qoyulan tələblər:
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- Yüksək məsuliyyətlilik, intizam və işə ciddi münasibət;
- Komandada işləmək və peşəkar əməkdaşlıq qurmaq bacarığı;
- Analitik düşünmə, yaradıcı yanaşma və problemhəll etmə bacarığı;
- Təşkilatçılıq, çeviklik və operativ qərarvermə bacarığı;
- Kompüterdən və əsas ofis proqramlarından istifadə bacarığı;
- İngilis dilində sərbəst oxuyub-anlama və ilkin araşdırma aparmaq bacarığı.
⏳Təcrübə saatları könüllünün dərs saatları nəzərə alınmaqla müəyyənləşdirilir.
➡️ Proqrama müraciət etmək üçün aşağıdakı istifadə edərək qeydiyyatdan keçməyiniz xahiş olunur:
📌 📌📌 https://shorturl.at/kNVAZ
📍 Son müraciət tarixi: 30.04.2026
: Peşəkar təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə müvafiq təqdim olunacaq.
21/04/2026
📌 Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə Könül Pirverdiyeva tərəfindən prorektorlar üçün təşkil edilmiş I təlim proqramında iştirak edib.
16/04/2026
Pedaqoji Universitetdə vakansiya - Strateji İnkişaf Mərkəzinin müdiri
İşəgötürən: “Azərbaycan Dövlət Pedaqoji Univerisiteti” Publik Hüquqi Şəxs
Vəzifə: Strateji İnkişaf Mərkəzinin müdiri
İşin təsviri və əsas öhdəliklər:
Vəzifə öhdəlikləri:
• universitetin strateji inkişaf istiqamətləri üzrə fəaliyyətin əlaqələndirilməsi;
• Strateji İnkişaf Planı və digər inkişaf sənədlərinin hazırlanması, monitorinqi və təkmilləşdirilməsi;
• struktur bölmələr üzrə məlumatların təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
• institusional inkişaf, keyfiyyət təminatı və akkreditasiya proseslərinin əlaqələndirilməsi;
• universitetin inkişaf göstəricilərinin izlənilməsi və inkişafla bağlı təkliflərin hazırlanması;
• daxili və xarici əməkdaşlıq çərçivəsində strateji təşəbbüslərin idarə olunması;
• normativ sənədlərin və dövlət siyasəti istiqamətlərinin fəaliyyətə inteqrasiyasının təmin edilməsi;
• Mərkəzin fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və fəaliyyətə nəzarətin həyata keçirilməsi;
• Mərkəzin illik fəaliyyət planı və hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
• magistratura səviyyəsində ali təhsil;
• elmi dərəcə və ya elmi adın olması üstünlük hesab olunur;
• strateji planlaşdırma, keyfiyyət təminatı, institusional inkişaf və ya idarəetmə sahəsində azı 5 il, rəhbər vəzifələrdə çalışdıqda 3 il iş təcrübəsi;
• strateji düşünmə, analitik təhlil, problem həlli və çevik qərarvermə bacarığı;
• liderlik, komanda ilə işləmək və fəaliyyətin əlaqələndirilməsi sahəsində yüksək səriştə;
• müasir idarəetmə alətləri, rəqəmsal platformalar və informasiya texnologiyaları ilə işləmək bacarığı;
• rəsmi sənədlərin, hesabat və təqdimat materiallarının hazırlanması bacarığı;
• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• ingilis dilində sənədlərlə işləmə, işgüzar yazışma və peşəkar ünsiyyət bacarığı.
Əlavə məlumatlar
• İş yerinin ünvanı: ADPU-nun V tədris binası (Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109 A)
• İş qrafiki: Bazar ertəsi - Cümə (09:00-18:00)
• Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün tələb olunan sənədlər:
• Azərbaycan dilində hazırlanmış fotoşəkilli CV
Müraciət üçün CV-ni [email protected] elektron poçt ünvanına göndərərkən imeylin mövzu hissəsində “ADPU SİM müdir” qeyd olunmalıdır.
❗ Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət üçün son tarix: 21 aprel 2026-cı il
15/04/2026
ADPU-da təkmilləşdirilməsi istiqamətində keçirilən onlayn iclasda mövzu ilə bağlı ümumi müzakirələr aparılmışdır.
Eyni zamanda, sorğu üzrə ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış ətraflı təhlillər təqdim olunmuş, nəticələr və təkmilləşdirmə imkanları ilə bağlı mülahizələr bölüşülmüşdür.
📍Ətraflı: https://adpu.edu.az/.../x%C9%99b%C9.../2974-telebesorgusu
13/04/2026
ADPU-da Böyükağa Mikayıllının (Böyükaga Mikayıllı) təlimi: “Müasir təhsildə innovativ modellər və dəyəryönümlü yanaşma”
📍 Ətraflı: https://adpu.edu.az/.../x%C9%99b.../2969-boyukagamikayilli
08/04/2026
Əziz izləyicilərimiz,
Sizi ADPU Strateji İnkişaf Mərkəzi tərəfindən təşkil olunan növbəti dəvət edirik.
Seminar Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru, təhsil tədqiqatçısı Böyükaga Mikayıllının iştirakı ilə keçiriləcək.
📌 Mövzu: “Müasir təhsildə innovativ modellər və dəyər yönümlü yanaşma”
📌 Qeydiyyat üçün link: https://forms.gle/ewGJtBpuEhNWYuXp9
📍 Məkan: ADPU V korpus (F. Xoyski 109 A)
🗓 Tarix: 09 aprel 2026
⏰ Saat: 12:00
06/04/2026
‼️ İkili diplom magistr proqramına müraciət tarixi 30 aprel 2026-cı ilədək
📍The George Washington University
📍Azərbaycan Dövlət Pedaqoji Universiteti
📍ADPU GWU dual degree program
ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom magistr proqrmına qəbul elan edir
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.
Proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.
Namizədlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura səviyyəsinə qəbul imtahanlarında minimal keçid balını toplamaq və beynəlxalq ingilis dili sertifikatı (IELTS minimum 7.0, TOEFL minimum 100 və ya Duolingo minimum 120) təqdim etmək tələb olunur.
İki illik proqramının məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.
Proqrama sənəd qəbulunun son tarixi 30 mart 2026-cı ildir.
Sənədlərini təqdim etmiş namizədlər arasından akademik göstəricilərə əsasən ilk 75 nəfər növbəti mərhələyə buraxılacaq.
Qəbul şərtləri və tələblər və müraciət qaydası barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
https://adpu.edu.az/index.php/az/x%C9%99b%C9%99rl%C9%99r/2864-adpu-cvu
03/04/2026
📌ADPU-nun dair tədbirlər planı layihəsi müzakirə olunub
📌 Ətraflı: https://adpu.edu.az/.../2953-reqemsalla%C5%9Fmatpmezakire