12/09/2023
“Təbiət və Həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar” təliminə qəbul elan olunur
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi “Təbiət və Həyat bilgisi fənləri üzrə təhsil proqramında yeni yanaşmalar” mövzusunda təlimə qəbul elan edir.
Təlimçi: ADPU-nun Ümumi Kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalova
Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Təlim onlayn formada “Zoom” proqramı vasitəsilə keçirilir.
Təlim ödənişlidir.
Son qeydiyyat tarixi: 10.09.2023-cü il
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
https://docs.google.com/.../19dkCt8JSIbu.../edit
12/09/2023
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim–tədris mərkəzi İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI təliminə qəbul elan edir.
“İnklüziv siniflərdə təlim strategiyaları” adlı təlimin əsas istiqamətləri aşağıdakılardır:
İnsan hüquqlarına əsaslanan inklüziv təhsil.
Əlilliyin sosial modeli
İnklüziv sinif təcrübəsinin yaradılması: uşaqyönümlü pedaqoqika
İnklüziv siniflərdə müxtəlif təlim üsulları
Təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması. Bədən dili
İnklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər
İnklüziv siniflərdə qiymətləndirmə metodları
Təlim ödənişli əsaslarla keçiriləçək.
Təlimçi: ADPU-nun baş müəllimi, p.ü.f.d Gülşən Eminova
Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun.
https://docs.google.com/forms/d/1kBD1MZH2hpMdXGFfawxlMgHSdSUyOdaxUPTzG0lVG5M/edit
Əlavə məlumat:[email protected]
29/08/2021
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən “Dərsin effektiv təşkili və auditoriyanın idarəedilməsi” adlı onlayn seminar keçirilib.
12 avqust tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən "Zoom" proqramı vasitəsilə “Dərsin effektiv təşkili və auditoriyanın idarəedilməsi” adlı 3 saatlıq seminar keçirilib.
Dərsin təşkili və sinfin idarəolunması-dərsin quruluşu, tədris alətləri sinfin idarəedilməsi istiqamətlərini əhatə edən seminar beynəlxalq təlimçi Mehparə Əhmədova tərəfindən interaktiv formada müdavimlərə çatdırılıb.
Seminarın sonunda təhsilalanlar tədris prosesinin effektiv idarə olunması və qiymətləndirmə üzrə tələb olunan bilik və bacarıqları əldə ediblər.
Seminar kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunub.
29/07/2021
ADPU, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim–tədris mərkəzi “Dərsin effektiv təşkili və auditoriyanın idarəedilməsi” seminarına qəbul elan edir. Seminarın 12 Avqust keçirilməsi nəzərdə tutulmuşdur.
Seminarın məqsədi təhsilalanları dərsin təşkili və idarəolunması, tədrisin təşkili və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Seminarın sonunda təhsilalanlar tədris prosesinin effektiv idarə olunması və qiymətləndirmə üzrə tələb olunan bilik və bacarıqları əldə edəcəklər.
Seminar aşağıdakıları əhatə edir:
1.Dərsin quruluşu
2.Tədris alətləri
3.Sinfin idarəedilməsi
Beynəlxalq təcrübə
Təlimçi:Mehparə Əhmadova (Təhsil proqramları və kurikulumun hazırlanması üzrə Ekspert) HONQKONQ Universitetinin məzunu (Honqkonq ,ÇXR, ABŞ, Gürcüstan)
Seminar ZOOM proqramı vasitəsilə ödənişli əsaslarla təşkil olunur. Seminarın qiyməti 20 AZN-dır.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linklə daxil olun: https://forms.gle/PEoroP5mjmAnzWiL9
Əlavə məlumat üçün WhatsApp: (+99455) 855-35-14
16/07/2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi təlimçi seçimi elan edir.
Təlimçilər üçün tələblər:
• Təlimçi təcrübəsi;
• İKT bacarıqları;
• Azərbaycan dilində səlis nitq;
• Komandada işləmək və əməkdaşlıq bacarığı;
• Məsuliyyətli, tələbkar və dəqiq.
Təlimçi seçimində uzun müddətli təcrübəsi, nəzəri bilikləri ilə yanaşı tədris etmə bacarığı yüksək olan mütəxəssislərə üstünlük verilir.
Təlimçi təcrübəsi olan şəxslərdən özləri haqqında şəxsi məlumatı (CV) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Sizi komandamızda görməkdən məmnun olarıq!
29/06/2021
ADPU-da Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzinin keçirdiyi II “Məktəbəqədər təhsil kurikulumu” təlimi uğurla başa çatıb
İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən 19-23 iyun 2021-ci il tarixində keçirilən beş günlük “Məktəbəqədər təhsil kurikulumu” təlimi uğurla başa çatıb. Bağlanış mərasimində ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova iştirak etmişdir. Təlimi beynəlxalq təlimçi Svetlana Mustafayeva və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, təlimçi Xalidə Həmidova aparmışdırlar.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova çıxış edərək təlimin əhəmiyyəti, onun təşkil edilməsini şərtləndirən amillər haqqında geniş məlumat vermişdir. Hər kəsə uğurlar arzulamışdır.
Daha sonra Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidova çıxış edərək təlimin təşkilinə şərait yaradan hər kəsə öz təşəkkürünü bildirib, müdavimlərə uğurlar arzulayıb. Məktəbəqədər təhsil sahəsində öz bilik və bacarıqlarını artırmaq istəyənlərin sayının çox olduğunu nəzərə alaraq qısa müddətdən sonra daha bir qrup üçün təlimin keçirilməsinə zərurət yarandığını diqqətə çatdırıb.
O da qeyd edilib ki, sözügedən təlim Məktəbəqədər təhsilin məzmunu (yerli və beynəlxalq səviyyədə), məktəbəqədər təhsil strategiyaları (yerli və beynəlxalq səviyyədə), məktəbəqədər təhsil üzrə standartlarla iş, beynəlxalq təcrübə istiqamətlərini əhatə edib. Təlim beynəlxalq təlimçi Svetlana Mustafayeva və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, təlimçi Xalidə Həmidova tərəfindən interaktiv formada müdavimlərə çatdırılıb.
Sonra iştirakçıların təlim haqqında fikirləri, rəy və təklifləri dinlənilib.
11/06/2021
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən “Məktəbəqədər təhsil kurikulumu” adlı onlayn təlim keçirilib
05-09 iyun tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən "Zoom" proqramı vasitəsilə “Məktəbəqədər təhsil kurikulumu” adlı 36 saatlıq təlim keçirilib.
Məktəbəqədər təhsilin məzmunu (yerli və beynəlxalq səviyydə), məktəbəqədər təhsil strategiyaları (yerli və beynəlxalq səviyyədə), məktəbəqədər təhsil üzrə standartlarla iş, beynəlxalq təcrübə istiqamətlərini əhatə edən təlim beynəlxalq təlimçi Svetlana Mustafayeva və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, təlimçi Xalidə Həmidova tərəfindən interaktiv formada müdavimlərə çatdırılıb.
Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara rəsmi sertifikat təqdim olunub.
Xalide Musayeva
11/06/2021
ADPU, Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Təlim –tədris mərkəzi “ Səriştə əsaslı tədris və təlimin təşkili ” təliminə qəbul elan edilir.
Təlimin məqsədi təhsilalanları səriştə əsaslı tədris və təlim, tədrisin təşkili və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Təlimin sonunda təhsilalanlar tədris prosesinin effektiv idarə olunması və qiymətləndirmə üzrə tələb olunan bilik və bacarıqları əldə edəcəklər.
Təlim aşağıdakıları əhatə edir:
Səriştə əsaslı tədris və təlim
Tədrisin məzmunu və təşkili
Qiymətləndirmə prosesinin təşkili
Beynəlxalq təcrübə
Təlimçi: Kərimova Aynur (Səriştə əsaslı Təhsil Standartları və Qiymətləndirmənin hazırlanması üzrə Ekspert ) Otto-von-Guericke Universitetinin məzunu (Magdeburq, Almaniya)
Təlim subbakalavr , bakalavr və magistratura səviyyələrində dərs deyən müəllimlər üçün nəzərdə tutulmuşdur.
Son qeydiyyat 10 iyul 2021 –ci il tarixinədəkdir.
Təlimin 15-20 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.
20 saatlıq onlayn təlim ZOOM proqramı vasitəsilə ödənişli əsaslarla təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun : https://docs.google.com/forms/d/e/1FAIpQLSchJWNwiQ9hpn7SeY6dwOfIqdoSMELPBeOkIS7hpMDJvutlNA/viewform?usp=sf_link
Əlavə məlumat üçün WhatsApp: (+99455) 855-35-14
Xalide Musayeva
07/06/2021
“Məktəbəqədər təhsil kurikulumu” təliminə qəbul elan edilir
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində Təlim –tədris mərkəzi “Məktəbəqədər təhsil kurikulumu” təliminə qəbul elan edir.
Əsas istiqamətləri aşağıdakılardır:
- Məktəbəqədər təhsilin məzmunu (yerli və beynəlxalq səviyydə)
- Məktəbəqədər təhsil strategiyaları (yerli və beynəlxalq səviyyədə)
- Məktəbəqədər təhsil üzrə standartlarla iş
- Beynəlxalq təcrübə
Təlimçilər: Svetlana Mustafayeva və Xalidə Həmidova
05-09 iyun 2021-ci il aralığında keçiriləcək 36 saatlıq onlayn təlim "Zoom" proqramı vasitəsilə ödənişli əsaslarla təşkil olunur. Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara rəsmi sertifikat təqdim olunur.
Təlimdə iştirak edən ADPU, onun filialları və ADPK nümayəndələrinə, eləcə də, eyni müəssisədən iştirakçıların sayı on nəfərdən çox olduqda hər biri üçün ödənişə 15% güzəşt nəzərdə tutulur.
Qeydiyyat və əlavə məlumat: +994558553514 (WhatsApp)
Son tarix: 05 iyun 2021-ci il
Xalide Musayeva