25/09/2022
1 ay ödənişsiz proqramlaşdırma dərsləri! Dərsə ancaq seçim yolu ilə qatılmaq mümkündür. Ətraflı direktə yazn.
Böyük düşünün! Bu gün "Smart IT School"-a müraciət etsəniz, sabah övladınızın uğurlu karyerası ilə fəxr edəcəksiniz.
25/09/2022
1 ay ödənişsiz proqramlaşdırma dərsləri! Dərsə ancaq seçim yolu ilə qatılmaq mümkündür. Ətraflı direktə yazn.
13/02/2022
Samsung şirkəti öz flaqman smartfonlarının proqram təminatlarının dəstək müddətini 5 ilədək uzadıb. Bundan sonra şirkət flaqman smartfonları üçün 4 əməliyyat sistemi yenilənməsini və 5 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Keçən il şirkət öz smartfonları ilə planşetləri üçün proqram təminatının dəstək müddətini 4 ilədək uzatmışdı. Şirkət öz cihazları üçün 3 əməliyyat sistemi yenilənməsini və 4 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim edəcəyini elan etmişdi. Bu yenilənmə müddəti həm flaqman həm də orta büdcəli cihazlar üçün nəzərdə tutulmuşdu.
İndi isə şirkət flaqman smartfonlarının dəstək müddətini 5 ilədək uzadıb. Bu isə o dməkdir ki, təqdim edilmiş Galaxy S22 smartfonları ilə Galaxy Tab S8 planşetləri Android 16-ya kimi (Android 16 daxil) kimi yenilənəcəklər. Bundan əlavə olaraq 2021-ci ildə təqdim edilmiş Galaxy S21 seriyası (Galaxy S21 FE daxil), Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 flaqman smartfonlarının da dəstək müddəti 5 ilədək uzadılıb. Galaxy S21 FE modelinin ümumiyyətlə ən son əldə edəcəyi Android versiyası Android 16 olacaq. Belə ki, sözügedən smartfon Samsung-un Android 12 əsasında çalışan ilk smartfon modelidir.
29/01/2022
Güzəştlı təklifdən yararlanmaq üçün elə indi müraciət edin! Tel:0502005085
27/01/2022
2019-cu ildə iPhone-nu hack etməklə smartfonun kamerası ilə mikrofonu üzərindəki idarəetməni əldə etmiş Rayan Pickren adlı kibertəhlükəsizlik mütəxəssisi eyni üsulu Mac kompüterində sınayıb. Nəticədə Apple şirkəti gənc mütəxəssisin bu bacarığını qiymətləndirib və onu yüksək məbləğlə mükafatlandırıb. Corciya Texnologiya İnstitutunda kibertəhlükəsizlik sahəsi üzrə aspirant kimi çalışan Rayan Mac kompüterinin kamerası ilə mikrofonu üzərindəki idarəetməni əldə etmək üçün iCloud Sharing servisinin və Safari brauzerinin 15-ci versiyasının boşluqlarından istifadə edib. Gənc mütəxəssisin sınamış olduğu üsul çərçivəsində potensial qurbanın Rayan-ın veb saytındakı xüsusi pəncərəni açmalı olması şərtinə baxmayaraq bu cür üsul təkcə multimedia fayllarının əldə edilməsi imkanını vermir.
İdeyanın əsas məğzi ondan ibarətdir ki, hər hansısa sənəd üzərində birgə iş dəvətini qəbul edəndən sonra sistem bunu yadda saxlayır və daha sonrakı seanslarda əlavə yoxlanış keçirtmədən sənəd faylını istifadəçi üçün açır. Məlum olub ki, ilkin faylı digər bir zərərli fayl ilə əvəzləmək mümkündür. Bunun sayəsində zərərli prosesləri işə salacaq kodları yerləşdirmək olar. Apple şirkəti Rayan tərəfindən aşkar edilmiş boşluqları bu ayın əvvəlində aradan qaldırıb. Həmin boşluqları aşkar etdiyinə görə Apple şirkəti Rayan-a 100.500$ pul mükafatı verib. Qeyd etmək lazımdır ki, 2019-cu ildə o, iPhone-nu hack etdiyi üçün Apple ona 75.000$ pul mükafatı vermişdi.
#баку
24/11/2021
Bir "web” saytı hazırlamaq haqqında danışırıqsa ilk öncə "front-end” və "back-end”anlayışlarını aydınlaşdırmalı və fərqləndirməliyik. "Front-end” – ara üzü saytın istifadəçilər tərəfindən görülən hissəsidir, buraya saytın dizaynı və istifadəçilər tərəfindən görülən istənilən hissəsi daxildir. Bir saytın "Front-end” hissəsinin hazırlanması dizaynerin və "front-end” developerin əməyi sayəsində baş verir. Dizayner, qrafik dizaynlarda saytın xəritəsinə hazırlayır və "front-end” developer sözün həqiqi mənasında həmin dizaynları koda çevirir. Bəs bir dizaynı koda çevirmək üçün "front-end” developerin bilməsi lazım olan biliklər hansılardır? Bir "front-end” developerin heç nəyi bilməsə də öyrənməsi lazım olduğu iki əsas işarələmə dili varsa, bunlar "HTML və CSS”-dir. Bu sahədə işi daha irəli daşıyan "Front-end”çilər isə "HTML, CSS” ilə yanaşı işin içinə "javascript, jQuery” proqramlaşdırma dillərini də qatırlar.
İşin ən ağır və vaxt aparan hissələrindən biri layihənin "Back-end”nin hazırlanmasıdır.”Back-end” saytın alqoritmik ierarxiyasının inşasıdır. Hazır olmuş bir "Front-end” materialında əməliyyatların icrası və funksiyaların çalışması üçün "Back-end” kodlaşdırma lazımdır. Ümumilikdə dünyada kodlaşdırma üçün istafə olunan 20-dən çox proqramlaşdırma dili mövcuddur. Bunlar arasında ən çox istifadə olunanları "Java”, "PHP”,”C #”, ‘’Ruby”, "Phyton”, "Perl”, "javascript”, "C++”, "Swift” proqramlaşdırma dilləridir. Azərbaycanda isə ən çox yayılan proqramlaşdırma dili "PHP”dir və developerlərin əksəriyyəti bu dilə üstünlük verirlər.
Haqqında danışdığımız bütün bu məlumatları 0-dan öyrənmək və bir mütəxəssis kimi yetişmək istəsəniz, bu mövzuda da sizə faydamız dəyə bilər. Azərbaycanda artıq 2 ildir fəaliyyətə başlamış olan SMART IT Məktəbinin yeni proqramı elan olunub.
Kursu bitirdikdə nələri öyrənəcəksiniz:
Veb səhifələri HTML5/CCS3 + javascript texnologiyaları vasitəsi ilə tərtib etməyi
Saytı internetdə yerləşdirməyi
Saytın düzgün işləməsi üçün veb serverin əsas sazlanmasını həyata keçirməyi
PHP/MySQL vasitəsi ilə veb layihələndirmə ilə məşqul olmağı
PHP/MySQL vasitəsi ilə veb tənzimləmək
"Smart it School" proqramlaşdırma məktəbi AZE və RUS bölmələri üçün təlimçi vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
• Saathesabı müqavilə əsasında müəyyən proqram üzrə tədris vermək;
• İmtahan suallarını hazırlamaq;
• Tələbələrin inkişafı üzrə aylıq hesabat hazırlamaq;
• Məktəb heyəti ilə mütəmadi ünsiyyətdə olmaq və tədris üzrə ehtiyacların müəyyən edilməsində iştirak etmək.
Namizədə tələblər:
• Kompüter elmləri və ya digər uyğun sahədə ali təhsil;
• Front-end Web Development üzrə təhsil.
• İxtisaslaşma üzrə biliklər: HTML5, CSS, JavaScript, jQuery, Bootstrap, GitHub, RESTful Services/APIs, Responsive/Mobile Design, Methodology, Code review, Clean Coding;
• Portfolio (üstünlükdür).
____________________________________________
Обязанности:
• Обучать по совместительству на контрактной основе;
• Подготовить экзаменационные вопросы;
• Готовить ежемесячный отчет о развитии студентов;
• Регулярно общаться со школьным персоналом и участвовать в определении учебных потребностей.
Требования к кандидату:
• Высшее образование в области информатики или другой соответствующей области;
•Образование по Front-end Web Development.
• Знание специализации: HTML5, CSS, JavaScript, jQuery, Bootstrap, GitHub, RESTful Services/APIs, Responsive/Mobile Design, Methodology, Code review, Clean Coding;
• Портфолио (преимущество).
Maraqlananlar CV-lərini “[email protected]” elektron ünvanına göndərsinlər.
Əlaqə nömrəsi: 0559715085
10/05/2021
ƏYANİ DƏRSLƏR BAŞLADI!
15 may-a qədər qeydiyyatdan keç və 30% endirim qazan!
Ünvan: Bəxtiyar Vahabzadə küç. 5
(Elmlər metrosu yaxınlığında)
Əlaqə nömrəsi: 0559715085
̧dırma
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |