07/07/2025
📢 Rəsmi Xəbər. iTTi Baku və Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı
💁♂️ Bu əməkdaşlıq çərçivəsində aşağıdakı sahələr üzrə birgə fəaliyyət planlaşdırılır:
📌 1. Müəllimlərin Peşəkar İnkişafı
Xarici dil müəllimləri üçün illik 84 saatlıq qısamüddətli təlim kursları və bu təlimlərin kreditləşdirilməsi.
📌 2. Endirimli TESOL Sertifikatlaşdırması
ADU tələbələrinə 120 saatlıq beynəlxalq TESOL proqramı xüsusi endirimlə təqdim olunacaq.
📌 3. Tələbələrin Təcrübə Proqramı
Tələbələr real sinif mühitində iTTi Baku-da pedaqoji təcrübə keçəcəklər.
📌 4. Birgə Konfrans, Təlim və Seminarların Təşkili
Hər iki tərəf tərəfindən elmi və metodiki tədbirlər təşkil olunacaq.
👨🏫 Bu əməkdaşlıq, təhsil sahəsində innovativ yanaşmalar və beynəlxalq imkanlar üçün önəmli bir addımdır.