Y.Kovalyov adına 229 saylı orta məktəb

Y.Kovalyov adına 229 saylı orta məktəb

Share

Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 34., Baku, Azerbaijan.

26/06/2023

MÜƏLLİMLƏRİMİZİN NÖVBƏTİ UĞURLARI

Məktəbin müəllimləri təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsini uğurla keçiblər. Hər birini təbrik edir, növbəti müsahibə mərhələsində uğurlar arzu edirik. Sizinlə qürur duyuruq.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 26/06/2023

"ŞAHİN"LƏRİMİZ MÜKAFATLANDIRILIB
Məktəbimizin rəhbərliyi, müəllim kollektivi və “Şahin”ləri Nizami Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə keçirilən “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfransda iştirak ediblər.

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı videofilm nümayiş olunub.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant Qədir Daşdəmirov və Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış ediblər.

Konfransın sonunda “Şahin” hərbi-idman oyunun şəhər birincisi və Respublika üçüncüsü olmuş məktəbimizin komandası mükafatlandırılıb.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 26/06/2023

PEDAQOJİ ŞURA KEÇİRİLİB

2022-2023-cü tədris ilinin hesabatı dinlənilən Pedaqoji Şuranın iclası keçirilib. Məktəbin direktoru Vüsalə Məmmədova bu tədris ilində görülən işlər haqqında hesabat verib. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı il ərzində görülən işlər və siniflərin tədris nəticələri barədə danışıblar. Metodbirləşmə rəhbərləri, kitabxana müdiri, hərbi rəhbər hesabatlarında yerinə yetirilən işlərdən bəhs ediblər. Həmçinin iclasda yay tapşırığı alan şagirdlərin də adları qeyd edilib və bununla bağlı rəhbərlik tərəfindən fənn müəllimlərinə tapşırıqlar verilib.

İclasın sonunda məntiqi təfəkkürü yoxlamaq üçün məntiqi yarış keçirilib. müəllimlərə yeni tədris ilinə sağlam bədən və ruhla dincələrək gəlmələri arzu olunub.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 26/06/2023

“ŞAHİN” HƏRBİ-İDMAN OYUNLARININ FİNAL MƏRHƏLƏSİ KEÇİRİLİB

Mingəçevirdə “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.

Yarışdan öncə final mərhələsinin iştirakçıları Mingəçevir şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra torpaqlarımızın işğaldan azad edilməsində canlarından keçmiş şəhidlərimizin məzarını ziyarət ediblər.

Kür Olimpiya Tədris-İdman Mərkəzi ərazisində hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlanıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Elşad Əbilov çıxış edərək komandalara uğurlar arzulayıblar.

Rəsmi mərasimdən sonra iştirakçılar yarış keçirilən zonaya Azərbaycan bayrağı ilə hərbi orkestrin ifası altında təntənəli marşla keçiblər. Xüsusi təyinatlı hərbçilərin nümunəvi çıxışlarından sonra, yarış iştirakçılarının mübarizəsinə start verilib.

Yekun nəticələrə əsasən, məktəbimizin komandası III yeri qazanıb.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 26/06/2023

"SON ZƏNG" TƏDBİRİ KEÇİRİLİB

Məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir öncə məktəbin XI sinif şagirdlərinin səhnəyə dəvət olunması ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət himnini səsləndirilib. Həmçinin, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün ilk söz alan məktəbin direktoru Vüsalə Məmmədova məzun olan şagirdlərə uğurlar arzulayaraq məktəbin fəaliyyətindən və nailiyyətlərindən danışıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva , YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov və digərləri də öz fikirlərini bölüşüblər. XI sinfi başa vurmaları münasibətilə məzunları təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əmin olduqlarını bildiriblər.

Çıxışçılar, həmçinin Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı da danışaraq, Ulu Öndərin uğurlu siyasəti və Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıblar. Həmçinin çıxış edən məzunlar və onların valideynləri dövlətin məktəbə, təhsil işçilərinə yaratdığı şəraitdən, istedadlı şagirdlərə göstərdiyi diqqətdən danışıblar.

Son zəng tədbirində məktəbin XI sinif şagirdləri müxtəlif rəqs nümunələri, ədəbi kompozisiyalar nümayiş etdirib, ürək sözlərini deyiblər.

Sonda isə XI üçün son zəng çalınıb, onlar müəllimlərlə sağollaşıb və məktəb həyatı ilə vidalaşıblar.

https://www.facebook.com/100064040982749/posts/664393825705311/?mibextid=rS40aB7S9Ucbxw6v

https://edu.gov.az/az/news-and-updates/20051-1

https://missiya.az/az/son_xeber/44967-229-nomreli-tam-orta-mektebde-son-zeng-tedbiri-kecirildi.html

https://www.facebook.com/bakuedu.gov.az/videos/1006593063685071/?mibextid=rS40aB7S9Ucbxw6v

https://www.facebook.com/100002447298044/posts/6218255054932676/?mibextid=rS40aB7S9Ucbxw6v

https://youtube.com/watch?v=YEg0J2PQYtk&feature=share

https://www.youtube.com/watch?v=b6sC0Evq7bg

https://www.facebook.com/100046108912004/posts/827062885507334/?mibextid=rS40aB7S9Ucbxw6v

https://fb.watch/l9D13noGzI/?mibextid=2Rb1fB







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 08/04/2023

AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Məktəb kollektivi və şagirdlər həyətyanı sahədə yeni ağac, güllər əkiblər. Məktəbin həyətində məzun şəhidlərimizin xatirəsinə həsr olunmuş abidə kompleksinin önündə əkilmiş güllərə xüsusi qulluq ediblər. Bu aksiyada şagirdlər çox böyük həvəslə iştirak ediblər.






Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 08/04/2023

KƏNDİRLƏ MÜBARİZƏ İDMAN NÖVÜ ÜZRƏ YARIŞDA QALİB OLDUQ

Milli Olimpiya Komitəsi, Elm və Təhsil Nazirliyi və Kəndirlə mübarizə idman cəmiyyətinin birlikdə təşkilatçılığı ilə “6 Aprel Fiziki aktivlik Günü” ilə əlaqədar OCEP məktəbləri arasında Kəndirlə mübarizə idman növü üzrə final oyunu keçirilib. Məktəbimizin oğlanlardan ibarət komandası final mərhələsində qalibiyyət qazanaraq, kubok və diplomla mükafatlandırılıblar. .

Qeyd edək ki, final mərhələsində 6 oğlan komandası və 6 qız komandası iştirak edib.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 08/04/2023

MƏKTƏB DİREKTORLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan İdarə müdiri həyata keçirilən islahatların təhsildə tətbiq olunan optimallaşmanın davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə danışıb.

M.Vəliyeva BŞTİ-də optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparıldığını, dəyişikliyin əsas məqsədinin idarənin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin edilməsindən ibarət olduğunu xatırladıb.

Qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyətindən bəhs edən İdarə müdiri ümumi təhsil məktəblərinin idarəetməsinin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb, müvafiq tapşırıqlar verib.

M.Vəliyeva direktorlara fəaliyyətdə nəticəyönümlülüyü əsas götürməyi tövsiyə edib, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Məmmədov kadr təminatı, işə qəbul, məktəb idarəetməsinin təkmilləşdirilməsi və kommunikasiya mövzularında fikirlərini bildirib.

Görüşdə BŞTİ-nin Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun müdiri Kamran Əliyev Hüquqi məsələlərin tənzimlənməsi, sənəd dövriyyəsi və vətəndaş məmnunluğunun təmin olunması, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev tədris prosesinin idarəolunması, pedaqoji sənədlərin işlənilməsi, təmayülləşmə, milli və beynəlxalq qiymətləndirmə, layihələr, davamiyyət, şagird davranış qaydaları, olimpiada və müsabiqələr, Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov məktəblərin təmiri, təhlükəsizlik, istilik və digər məsələlərə toxunublar.

Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov şagird-məzun sistemi, elektron yerdəyişmə və məktəbə qəbul, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə monitorinqlər, buraxılış imtahanlarının təhlilləri və reytinqlər, sorğuların təşkili və emalı, məktəb hesabatları, xüsusi halların idarəolunası və araşdırılması kimi məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, məktəb saytlarına nəzarət, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər məsələlərlə bağlı qarşıda duran vəzifələr, Maliyyə-mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva isə maliyyə tənzimlənməsi barədə danışıb.











Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 25/03/2023

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KEÇİRİLƏN ÜMUMRAYON ŞƏNLİKDƏ İŞTİRAK ETDİK

Milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyimizi əks etdirən el bayramıdır.

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramının qeyd olunması, bununla bağlı təntənəli tədbirlərin keçirilməsi xüsusi önəm daşıyır.

Ölkəmizin hər bir guşəsində olduğu kimi, Nizami rayonunda da sakinlərin böyük əhval-ruhiyyəsi ilə silsilə bayram tədbirləri keçirilir.

17 mart 2023-cü il tarixində Heydər bağı – park bulvarda növbəti bayram tədbiri – “Heydər Əliyev: Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı ümumrayon şənliyi keçirilib və məktəbimizn şagirdləri də bu şənlikdə iştirak ediblər.

Bayram şənliyində qonaqlar, rayonun idarə, müəssisə və təşkilatlarının, təlim-tərbiyə müəssisələrinin kollektivləri, rayon gəncləri, qazilər və şəhid ailələri, sakinlər iştirak ediblər.

İlk öncə Dədə Qorqud rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, öz xeyir-duasını verib və atlı dəstəsinin müşayiəti ilə bayram tonqalını yandırıb, milli geyimli qızlar və oğlanlar yallı gediblər.

Tədbirdə Novruz bayramının ən əsas mərasimləri sayılan Su, Od, Yel, Torpaq çərşənbələrini əks etdirən kompozisiyalar, milli folklor nümunələri, Novruz xonçaları, səmənilər, müxtəlif şirniyyat nümunələri nümayiş edilib, iştirakçılar bayrama həsr olunmuş dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, kəndirbaz və idmançılar isə müxtəlif nömrələrlə tədbirdə xoş ovqat yaradıblar.

Bayram şənliyi geniş konsert proqramı ilə sona çatıb.






Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 25/03/2023

ŞƏHİD NİCAT ƏHMƏDOVUN AİLƏSİ ZİYARƏT EDİLİB

Novruz bayramı ərəfəsində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə məktəbin rəhbərliyi məzun şəhidimiz Nicat Əhmədovun ailəsini ziyarət edib. Bu dünyanı qeyri-ixtiyari yaşayan, özləri üçün yox, Vətən üçün ömür sürən anaları ziyarət etmək hər birimizin borcudur. Onların varlığı fədakarlığın ən yüksək örnəyidir, vətənpərvərliyin zirvəsidir. Bu gözəl anaların qarşısında yalnız təşəkkür, minnətdarlıq, heyranlıq duyğusu yaşayan bizlərin heç nədən şikayət etməyə ixtiyarı yoxdur.






Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 25/03/2023

FUTBOL YARIŞI KEÇİRİLİB

OCEP layihəsi çərçivəsində qızlar arasında Azərbaycan-Slovakiya dostluğunu təcəssüm etdirən mini futbol yarışı keçirilib. Yarış V-VI sinfin qızları arasında keçirilib. Qızların böyük həvəslə iştirak etdiyi yarışda sonda dostluq qalib gəlib.







Photos from Y.Kovalyov adına 229 saylı orta məktəb's post 25/03/2023

SAZLI-SÖZLÜ NOVRUZUM

Kitabxana müdiri Aynur Xəlilova və kitabxanaçı İradə Ağayevanın təşkilatçılığı ilə kitabxanada “Sazlı-sözlü Novruzum” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramı haqqında ətraflı məlumat verib, bayrama aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

Bayram şənliyində şagirdlərin ifasında “Halvacı”, “Səmənilər”, “Lalələr”, “Üzümçülər” rəqsləri, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb.







Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nəsimi Küçəsi 34
Baku