17/12/2024
🌟BFTC MMC olaraq rus dili təlimçisi üzrə təcrübə proqramı elan edir! ⏳
1. Təhsil Tələbləri:
• Rus dili üzrə ali təhsil: Rus dili, ədəbiyyatı, təhsil və ya əlaqəli sahədə bakanlavr təhsili və ya magistr (arzu olunan);
• Rus dili üzrə Sertifikatlar: Rus dili üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlar olması (arzu olunan);
2. Tədris Bacarıqları:
• Rus dilini yüksək səviyyədə bilmək: Təlimçinin rus dilini mükəmməl bilməsi, qrammatika, söz ehtiyatı, tələffüz, yazı və dinləmə bacarıqları daxil olmaqla, əsas elementləri dərindən başa düşməsi vacibdir.
• Pedoqoji bacarıqlar: Pedaqoji yanaşmalar və metodlardan istifadə etməyi bacarmalı.
• Kommunikasiya bacarıqları: Təlimçinin təsirli və aydın şəkildə ünsiyyət qurma bacarığı, asanlıqla əlaqə qurma, ehtiyaclara uyğun dərslər hazırlamaq qabiliyyəti üzrə bacarıqlar;
• Texnologiyadan istifadə bacarıqları: Müasir tədris texnologiyalarından istifadə etmək, onlayn dərslər keçmək və müxtəlif tədris alətlərini (məsələn, interaktiv lövhələr, proqramlar) tətbiq etmək bacarığı.
3. Şəxsi Xüsusiyyətlər:
• Səbr və dözümlülük: Təlimçi səbirli olmalı və fərdi yanaşma bacarığı olmalıdır;
• Yaradıcı düşüncə: Dərsləri maraqlı və cəlbedici etmək üçün yaradıcı yanaşmalar və metodlar tətbiq etmək;
• Təşkilatçılıq bacarıqları: Dərs planlarının hazırlanması, dərslərin vaxtında keçirilməsi və iştirakçıların irəliləyişlərinin izlənməsi üçün güclü təşkilatçılıq bacarıqları;