25/11/2021
Gündəlik dərs planı necə yazılmalıdır?
Gündəlik dərsin planlaşdırılması mərhələləri
- Mövzu;
- Standart;
-Dərsin məqsədi;
- İnteqrasiya;
-İş forması (qruplarla, fərdi, kollektiv və cütlər formasında iş aparıla bilər);
- İş üsulları (klaster, beyin həmləsi, BİBÖ, Ven diaqramı və s.);
- Resurslar
Dərsin metodikası tələb olunan standarta, tədris olunacaq mövzuya uyğun müəyyənləşdirilir. Bunun üçün də əvvəlcədən planlaşdırma aparılır.
Dərs planının başlanğıcında, ilkin olaraq, tarix, fənnin və dərsin tədris olunacağı sinifin adı qeyd olunmalıdır. Ondan sonra isə dərsin mövzusu, standart və dərsin məqsədi yazılmalıdır. Dərs planında dərsin metodu, tipi və istifadə olunacaq resurslar da mütləq plana əlavə edilməlidir.
Dərsin məzmunu müəyyən qaydalara əsasən qurulur. Dərsdə reallaşacaq standarta uyğun təlim məqsədi qoyulur.
Mövzu və standart dərslik və metodik vəsaitlərə əsasən seçilir. Lakin müəllim istədiyi halda, özü də plana standart əlavə edə bilər. Dərsin məqsədi hissəsində isə bu dərs zamanı uşaqlara nəyin öyrədiləcəyi, nəticədə uşaqların nəyi mənimsəməli olduqları qeyd olunmalıdır.
Ardı var..
Aqşin Kazımov
22/11/2021
Dyuinin Təhsil Fəlsəfəsi
Con Dyui (John Dewey)
Con Dyui 1859-cu ildə ABŞ-ın Vermont ştatının Bulington şəhərində anadan olub. 1879-cu ildə Vermont Universitetini bitirmişdir. 1884-cü ildə Con Hopkins Universitetində doktorluq dərəcəsi almışdır. Müxtəlif universitetlərdə akademik tədqiqatlar aparıb. O, daha çox fəlsəfə, psixologiya və pedaqogika sahələrində çalışıb. O, təqaüdə çıxdıqdan sonra çoxşaxəli bir filosof və pedaqoq kimi müxtəlif ölkələrə səyahət etmiş, araşdırmalar aparmışdır.
Dyuinin Təhsil Fəlsəfəsi
Con Dyui həyatı praqmatist şəkildə anlamağa çalışırdı və bunu birbaşa təhsil sistemlərinə tətbiq etməyin yollarını axtarırdı. Praqmatizm isə bir çox fəlsəfi cərəyanların birgə mövcud olduğu qənaətinə gələn sintezdir. Burada məqsəd bütün fəlsəfi cərəyanların bir-birinə zidd olsa belə, həqiqət zərrəsinə malik olduğu reallıqdan çıxış etmək və fəlsəfi cərəyanların əməli dəyərlərini bir araya gətirməkdir.
Dyui isə praqmatizmin ən yaxşı şəkildə təhsil sahəsində tətbiq oluna biləcəyini müdafiə etdi və araşdırmalarını bu istiqamətdə inkişaf etdirdi. Praqmatik anlayışa görə, hər şey real həyata təsirləri ilə dəyər qazanır. Bu ideya təhsilə tətbiq edilərsə, o, fərdlərin real həyatda istifadə edə bildiklərini hiss etdikdə bir biliyi öyrənməyə daha həvəsli olması əsasında qurulur. Dyui bunu alət istehsalı adlandırır. Məsələn; Rəqəmləri öyrənməzdən əvvəl uşaq rəqəmləri hiss etməli və praktikada istifadə edə biləcəyi bir alət kimi onlara ehtiyac duymalıdır.
Məktəbi həyatın özündən ayrı görməyən Dyui həmişə etməklə, yaşayaraq və təcrübə edərək öyrənməyin vacibliyini və davamlılığını vurğulamışdır.
Hazırladı: Edumap.az Təhsil Portalı
21/11/2021
Növbəti “Bələdçi”miz "Landau School"un həmtəsisçisi, "SABAH.lab" Akselerasiya Mərkəzinin İdarə Heyətinin üzvü Rahul Dmellodur.
Bu buraxılışımızda "Təhsildə təşəbbüskarlıq" barədə danışılacaq.
T-Networkun tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan "Bələdçi"ni 22 noyabr saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.
21/11/2021
🌟 "Ətraf mühit və müəllimlər: Ekoloji təhsilin vacibliyi"🌿mövzusunda seminar keçiriləcək.
"Sağlam Düşüncə" Gənclər Təşkilatı 🌱“Azərbaycanda ekoloji təhsilin inkişafı”🌱 layihəsinə start verir.
🇵🇱 Polşada yerləşən ‘’Sustainable Tomorrow Foundation’’ tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda ibtidai və orta məktəblərdə ekoloji təhsilin əsaslarını təqdim etməkdir.
Onlayn sessiya 🗓 23 Noyabr ⏰18:00-da 📍 Zoom vasitəsilə həyata keçiriləcək.
Qeydiyyatdan keçmək üçün ⤵️
https://forms.gle/zTV4J3pMHHkCjiKc7
*
🌿 Ekoloji maarifləndirmə Azərbaycanın “EkoSfera” və "Sağlam Düşüncə" Gənclər Təşkilatının təşkil edəcəyi vebinarla həyata keçiriləcək.💻
🌿 Müəllimlərin seçilmiş ekoloji mövzular üzrə biliklərinin artırılması məqsədilə 2021-ci il 🗓 dekabrın ortalarında Bakı şəhərində seçilmiş bir qrup müəllim üçün (cümə-bazar) 3 günlük təlimin təşkili və daha sonra məktəblərdə 🌱eko-dərslərin keçirilməsi nəzərdə tutulur.
20/11/2021
Siz də bu tipli əl işləri düzəldirsinizmi?
20/11/2021
SOS❗️
İnşaatçılar metrosuna yaxın, rus sektor məktəbəqədər və ibtidai sinif hazırlığı keçən, 10+ il stajı olan müəllim axtarılır.
20/11/2021
Statistika nə deyir desin, hər vəziyyətdə müvəffəqiyyətə gedən bir yol vardır.
Bemard Segeln
Motivasiya bizi nələrisə etməyə təşviq edən gücdür. Elə motivasiya sözünün kökü olan "motiv" sözünün mənası da "təkan" deməkdir. Bu təkan bəzən kifayət qədər güclü olur, bəzənsə tükənir və funksiyasını dayandırır.
Şagirdlərin motivasiyası heç də həmişə yüksək səviyyədə qalmır. Motivasiyanın 4 mərhələsi var:
1. Boşluğu görmək. Şagird hazırda bildiyi materialla yeni öyrənmə materialı arasındakı boşluğu görməlidir. Birinci mərhələdə - tapşırığın verilməsi mərhələsində şagird tapşırıq haqqında məlumatı həzm edir.
2. Məqsədqoyma. Şagird kifayət qədər (mütləq surətdə tam əhatəli məlumatları deyil) məlumat əldə etdikdə ikinci mərhələyə keçir. Bu mərhələ məqsədin qoyulması və planlaşdırmanı əhatə edir, yəni şagird qarşısına qoyduğu məqsədi müəyyən edir və bu məqsədə çatmaq üçün plan hazırlayır (kömək lazım olduqda onu alır).
3. Strategiyalar. Şagirdlərin məqsədləri və planı olduqda onlar niyyətlərinə doğru irəliləmək üçün strategiyalar axtarışına çıxa bilərlər. Üçüncü mərhələ bu strategiyaların işə salınmasını əhatə edir.
4. Boşluğu doldurmaq. Şagird uğur əldə etmək və irəli hərəkət etmək üçün boşluğu kifayət qədər doldurmasını diqqətlə yoxlayır.
Ən çətini birinci mərhələdən ikinciyə keçməkdir.
Öyrənmə motivasiyası adlanan motivasiya növü mükafatdan çox müddətə əsasən formalaşır. Bunu müvəffəqiyyət motivasiyası kimi düşünün, ancaq bu cür motivasiya olan insanlar üçün əsas olan proses və öyrənmə aspektidir.
Bu cür motivasiya hədəfinizi və ya vəzifənizi yerinə yetirmək üçün irəliləyərək motivasiya tapmaqdan ibarətdir. Gedəcəyiniz yer gözəldir, amma bunu etmə səbəbiniz gedəcəyiniz yerə görə deyil. Əldə etdiyiniz hər bir irəliləyiş sizi gücləndirəcəkdir.
Tomas Edison gözəl demişdir: "Bizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedən yol isə yenidən cəhd etməkdən keçir".
20/11/2021
Problem əsaslı öyrənmə, şagirdin/tələbənin öyrənmədə fəal iştirak etdiyi pedaqoji metodlardan biridir. Ən vacib xüsusiyyəti isə, müasir dövrün tələblərindən olan "öyrənməni öyrətməkdir". Müəllim və öyrənənin əsas funksiyaları şəkildə gördüyünüz kimidir.