AzTU - Azerbaycan Texniki Universiteti

AzTU - Azerbaycan Texniki Universiteti

Share

Azərbaycan Texniki Universiteti haqqında hər şey bu səhifədə! Bəyənməyi unutmayın!

-Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına zidd hər hansı bir məlumatı yaymaq, ona istinad etmək qəti qadağandır.
-Azərbaycanın (O cümlədən digər dövlətlərin, millətlərin) bayrağı, dili, dini, irqi və digər baxışlarına zidd olan hər hansı məlumatı yaymağa cəhd edən istifadəçi dərhal və heç bir xəbərdarlıq edilmədən səhifə rəhbərliyi tərəfindən uzaqlaşdırılacaqdır.
-Səhifənin (fərqsiz) h

12/03/2023

AzTU-nun professoru vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi Eldar Qocayev uzunsürən xəstəlikdən sonra ötən gecə 79 yaşında vəfat edib.

Eldar Qocayev 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil alıb.

O, 1997-2021-ci illərdə AzTU-nun Fizika kafedrasının müdiri vəzifəsində çalışıb. 2021-ci ilin fevralından AzTU-da yeni yaradılmış Mühəndis fizikası və elektronika kafedrasına rəhbərlik edib.

Səhhəti ilə əlaqədar 2023-cü ildə öz xahişi ilə Mühəndis fizikası və elektronika kafedrasının müdiri vəzifəsindən azad olunub və həmin kafedrada məsləhətçi-professor vəzifəsində çalışıb.

Onun rəhbərliyi ilə 31 fəlsəfə doktoru, 5 elmlər doktoru dissertasiyası müdafiə olunub.

Fizika sahəsində 530-dan çox elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

AzTU-nun rəhbərliyi və kollektivi Eldar Qocayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

24/10/2022

AzTU-nun əməkdaşı vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Ümumi şöbəsinin əməkdaşı Aygün Məmmədova uzunsürən xəstəlikdən sonra 41 yaşında vəfat edib.

Aygün Məmmədova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
2016-cı ildən AzTU-da Ümumi şöbənin kargüzarı vəzifəsində işə başlayıb.
2021-cı ildən isə həmin şöbənin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.

AzTU-nun rəhbərliyi və kollektivi Aygün Məmmədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

14/07/2022

AzTU-da yeni kafedra və institut yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2021/2022-ci tədris ili üzrə sonuncu iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib. Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU-nun İKT yönümlü kafedralarının strukturunun təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb.

AzTU-da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib.

24/06/2022

🇦🇿700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə daxil olan, Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyən, havalar isinəndə ailəsinə dəstək olmaq üçün axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışan, 2016-cı ildə Aprel döyüşlərində 21 yaşında qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz əsgər Müşfiq Orucov...Ruhun şad olsun, Qəhrəman!🇦🇿

11/04/2022

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən vəfat edib.

Qeyd edək ki, Sona Qarazadə universitetin əlaçı tələbələrindən idi.

AzTU-nun rəhbərliyi və kollektivi Sona Qarazadənin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.

Allah rəhmət eləsin!

29/03/2022

AzTU-nun dosenti vəfat edib

Daha ətraflı: http://aztu.edu.az/azp/ #/azp/etc/newsView.do?deptid=0&articleid=20220329211600601707

12/03/2022

Maşınqayırma və robototexnika fakültəsinin məzunu, şəhid Rüfət Mustafayevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Rüfət Mustafayev 1996-cı il martın 12-də Sumqayıt şəhərində anadan olub. 2013-2017-ci illərdə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin maşın mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Rüfət Mustafayev ailənin yeganə övladı olub. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək döyüşlərin ən qaynar nöqtələrində xidmət edib.

Rüfət Mustafayev 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı komandiri polkovnik-leytenant Zaur Cəfərovla birgə minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rüfət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

05/03/2022

"İmtahan “şparqalkaları”nın mövcudluğu və ona tələbin olması mühəndis hazırlığını həyata keçirən universitet üçün ciddi problemin mövcudluğunu göstərən amildir. Əlbəttə ki, bu proses deyil, nəticədir. Təhlillər göstərir ki, bunu yaradan əsas səbəb tədrisin keyfiyyəti və nəticələrinin qiymətləndirilməsi arasında uyğunsuzluğun olmasıdır. Yəni zəif tədris olunan dərs materiallarının yetərsizliyi yüksək qiymət üçün qoyulan tələblərə cavab vermir. Nəticədə tədris prosesində verilən materiallara alternativ təklif, yəni imtahan “şparqalkaları” meydana çıxır. Təbii ki, ciddi vaxt itkisinə və problemlərə yol açan imtahan “şparqalkaları”nın mövcudluğuna və ona qarşı aparılan mübarizəyə münasibətim mənfidir. Tədrisin keyfiyyətinin artırılması və dərs prosesində mühəndis hazırlığı üçün qısa, asan başa düşülən, praktiki istifadə oluna bilən və imtahan suallarını əhatə edən təqdimatların hazırlanmasına qoyulan tələblər və qiymətləndirmə bu mənfi prosesi aradan qaldıra bilər."

- AzTU rektoru Vilayət Vəliyev

08/01/2022

Əziz tələbələr!

İmtahan sessiyası müddətində müraciətlərin qəbulu ilə bağlı (012) 539 12 65 nömrəli "Qaynar xətt" yaradılıb. Hər hansı sualınız olarsa "Qaynar xətt"ə ünvanlaya bilərsiniz.

06/01/2022

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında (bakalavr) 2021/2022–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə yenidən vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı (əvəzçilik) qaydada işə dəvət olunur.
Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən namizədlər 16 yanvar saat 00:00-dək müraciət formasını doldurmalıdırlar.
Müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az/.../azerbaycan-respublikasi-tehsil...) daxil olaraq əldə edə bilərsiniz.

05/01/2022

AzTU-nun rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının başlaması ilə əlaqədar tələbələrə müraciət ünvanlayıb.
Bu barədə rektor şəxsi "facebook" profilində paylaşım edib.

04/01/2022

🗓Yanvarın 5-dən fevralın 2-dək Azərbaycan Texniki Universitetində 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası keçiriləcək❗️

🎓Əziz tələbələr, hər birinizə imtahanlarda uğurlar və müvəffəqiyyətlər arzu edirik❗️

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Azerbaijan Technical University
Baku
AZ1010

Opening Hours

Monday 21:45 - 22:45
Tuesday 21:44 - 22:44
Wednesday 21:43 - 22:43
Thursday 21:45 - 22:45
Friday 21:44 - 22:44
Saturday 21:45 - 22:45