Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə

Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə

Share

Bakı Dövlət Universiteti Tarix fakültəsi rəsmi facebook səhifəsi.

Photos from Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə's post 14/05/2026

https://history.bdu.info.az/xeberler/umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-103-cu-ildonumu-ve-sehersalma-ve-memarliq-ili-ne-hesr-olunmus-qala-dovlet-tarix-etnoqrafiya-qoruguna-ekskursiya

09.05.2026 tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi Arxeologiya və Etnoqrafiya kafedrası nəzdində fəaliyyət göstərən “Etnoqrafiya dərnəyi”nin rəhbəri dosent Rəna İbrahimovanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş “Qala” Dövlət Tarix-etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub.

Dərnəyin üzvləri: T-1144,T-1446,T-1148,T-1150(Azərbaycan bölməsi),T-935(Rus bölməsi) qruplarının tələbələri arxeoloji və etnoqrafik eksponatlarla orada yaxından tanış olublar.

14/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin "Tarix müəllimliyi" ixtisası üzrə lll kurs tələbəsi Nərmin Hikmət qızı Kərimova vəfat edib.

Tarix fakültəsi rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Photos from Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə's post 12/05/2026

https://history.bdu.info.az/xeberler/tarix-fakultesinin-i-kurs-telebeleri-heyder-eliyev-muzeyini-ziyaret-edibler

07.05.2026 tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə I kurs tələbələri universitetin Heydər Əliyev Muzeyinə ziyarət ediblər.

Muzeydə keçirilən ekskursiya zamanı tələbələrə ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, eləcə də müxtəlif dövrləri əhatə edən fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

10/05/2026

Heydər Əliyevin 103-cü ildönümü dahi liderin əziz xatirəsinə sonsuz ehtiram və minnətdarlıqla qeyd olunur.

09/05/2026

9 May – Faşizm üzərində Qələbə Günü tariximizin önəmli və şərəfli günlərindən biridir.

08/05/2026

BDU Tarix fakültəsində “Azərbaycan” auditoriyasının rəsmi açılış mərasimindən görüntülər - VİDEO

08/05/2026

Tarix fakültəsində “Azərbaycan” auditoriyası açılıb - VİDEO

08/05/2026

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Azərbaycan tarixi (humanitar fakültələr üzrə)” kafedrasının müdiri, dosent Azad Rzayev СВС TV-yə dəvət olunmuş və «Tramp NATO-nu modernləşdirəcəkmi?» mövzusunda öz fikirlərini izləyicilərlə bölüşmüşdür.

Tam versiya üçün linkə keçid edin:

https://youtu.be/NZ76sMDdGM8?si=EnYNeaLnD2Y3ULX2

Photos from Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə's post 07/05/2026

http://bsu.edu.az/az/news/bduda_tdbir_1923dn_sonsuzlua

05.05.2026 tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "1923 - dən sonsuzluğa" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası dövlət himni ilə açıq elan edilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxış edərək öz nitqində bildirib ki, Ulu Öndər dəyanətli duruşu və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının ürəyində silinməz iz buraxıb. Onun çiçəklənən siyasəti bu gün bəhrə verməkdədir. Nə xoş bizə ki Ulu Öndərin məzunu olduğunu Tarix fakültəsində bu gün fəaliyyət göstərir və onun xatirəsini daim yaşadırıq.

Ardınca Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) təşkilatının sədr müavini ,İdarə heyətinin üzvü, sabiq dövlət qulluqçusu, YAP Veteranı Eyvaz Hünbətov çıxış edərək qeyd edib ki, Ümimmilli lider Heydər Əliyev mənəvi dünyası o qədər zəngin insan idi ki, onunla həmsöhbət olduqda insan sanki başqa bir dünyanın qonağı olurdu. Ulu Öndər cəmiyyətimizə, xalqımıza daim dəyər verən insan idi. Və o Azərbaycan xalqının igid oğlu , ölməz lideri olaraq tarixdə qalacaq. BDU

Tarix fakültəsi dekanı professor İbrahim Zeynalov özünün müəllifi olduğu "Azərbaycanın Milli Dövlətçilik tarixində Heydər Əliyev zirvəsi: Dahi şəxsiyyətin şərəfli ömür yolu" adlı kitabını Türk Ağsaqqalları İctimai Birliyi təşkilatının sədr müavini Eyvaz Hünbətova hədiyyə edib.

Daha sonra Bədii hissəyə keçid edilib. Bədii hissədə Tarix fakültəsinin tələbələri çıxış edib.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və xatirə foto çəkilib.

Photos from Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə's post 05/05/2026

Tarix fakültəsinin I kurs tələbəsi Qarayev Kənan Zaur oğlu Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026” çərçivəsində 42 kilometrlik marafon məsafəsinin 21 kilometrini uğurla qət edərək təşkilatçılar tərəfindən sertifikat və xatirə medalı ilə təltif olunmuşdur.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Zahid Xəlilov 23
Baku
AZ1148BAKU