Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə

Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə Bakı Dövlət Universiteti Tarix fakültəsi rəsmi facebook səhifəsi.

http://bsu.edu.az/az/news/bdunun_hmtkilatl_il_arxeoloji_yay_mktbi_davam_edirBakı Dövlət Universiteti (BDU) və AMEA Arxeo...
07/08/2026

http://bsu.edu.az/az/news/bdunun_hmtkilatl_il_arxeoloji_yay_mktbi_davam_edir

Bakı Dövlət Universiteti (BDU) və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı və Şəmkir Arxeoloji Ekspedisiyasının təşəbbüsü ilə “Tarix” ixtisası üzrə təhsil alan tələbələr üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi davam edir.

5-6 avqust tarixlərində yay məktəbində tələbələr mütəxəssislərin rəhbərliyi ilə qazıntı sahəsində aparılan arxeoloji tədqiqatlara birbaşa cəlb olunub. Onlar mədəni təbəqələrin mərhələli şəkildə qazılması və təmizlənməsi, torpağın ələnməsi, aşkar edilən arxeoloji materialların müəyyənləşdirilməsi, toplanması, çeşidlənməsi və ilkin sənədləşdirilməsi işlərində yaxından iştirak edib.

Arxeoloji qazıntılar zamanı tələbələrin iştirakı ilə ərazidə aşkar edilən təndir yerləri, tikili qalıqları torpaq qatından mərhələli şəkildə açılaraq təmizlənir, onların sərhədləri müəyyənləşdirilir, divar və digər memarlıq elementlərinin quruluşu öyrənilib. Qazıntılarda əhəng qarışığından hazırlanan döşəmə qatı da aşkar edilib. Tələbələr eyni zamanda şəhərin memarlıq planlaşdırılması və sosial-iqtisadi həyatı haqqında daha ətraflı məlumatların əldə olunmasına imkan verəcək obyektlərin planlarını hazırlayıb, fotoşəkillərini çəkib, ölçüləri götürüb və müvafiq sahənin sənədlərə daxil edilməsini həyata keçiriblər.

Yay Arxeoloji Məktəbinin nəzəri proqramı çərçivəsində tələbələr üçün “Rəqəmsal arxeologiya: coğrafi informasiya sistemləri (CİS)” mövzusunda mühazirə də keçirilib. Mühazirədə CİS-nin arxeoloji tədqiqatlarda tətbiqi, qazıntı sahələrinin rəqəmsal xəritələndirilməsi, arxeoloji obyekt və tapıntıların koordinatlarla əlaqələndirilməsi, məkan təhlillərinin aparılması və tədqiqat nəticələrinin rəqəmsal məlumat bazalarında saxlanılması barədə məlumat verilib. Həmçinin “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nurlan Həsənov “Qoruğun fəaliyyəti və qarşıda duran perspektivlər”, əməkdaşı Xəyal Səməndərli isə “Qoruğun arxeoloji turizm potensialı” mövzusunda təqdimatla çıxış ediblər.

BDU-nun Tarix fakültəsində yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”Tədris prosesi çərçivəsində tələbələr Afrika qitə...
06/08/2026

BDU-nun Tarix fakültəsində yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

Tədris prosesi çərçivəsində tələbələr Afrika qitəsinin tarixi, siyasi sistemi, iqtisadi inkişafı, beynəlxalq münasibətləri, regional inteqrasiya prosesləri, mədəniyyəti, etnik və dini müxtəlifliyi, geosiyasi əhəmiyyəti, eləcə də qitənin müasir çağırışları və inkişaf perspektivləri barədə kompleks biliklər əldə edəcəklər. Bununla yanaşı, analitik düşünmə, regional təhlil, diplomatik kommunikasiya, beynəlxalq münasibətlərin qiymətləndirilməsi və tədqiqat aparmaq bacarıqları formalaşdırılacaq.

Ətraflı: bsu.edu.az/az/news/bduda_yeni_ixtisas_regionnaslq_afrika_zr

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix el...
19/07/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.

Tarix fakültəsinin rəhbərliyi və kollektivi professor Əmrah Dadaşovun vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəl...
17/07/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib.

Tarix fakültəsinin rəhbərliyi və kollektivi Vaqif Nəbiyevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

BDU-nun şəhid məzunlarından 12-si 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunubPrezident İlham Əliyevin "...
26/06/2026

BDU-nun şəhid məzunlarından 12-si 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında" 25 iyun 2026-cı il tarixli Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin şəhid məzunlarından 12-si 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, təltif olunmuş şəhid məzunlarımızdan 2-si Tarix fakültəsinin məzunudur.

-Yüksəl İlqar oğlu Əlizadə

-Elşən Fuad oğlu Salayev

Şəhid məzunlarımızla fəxr edirik!

26/06/2026
25/06/2026

BDU-nun Tarix fakültəsində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir - VİDEO

http://bsu.edu.az/az/news/bduda_silahl_qvvlr_gn_qeyd_olunub24.06.2026 tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix ...
25/06/2026

http://bsu.edu.az/az/news/bduda_silahl_qvvlr_gn_qeyd_olunub

24.06.2026 tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin uca xatirəsinin yad edilməsi ilə başlamış, daha sonra açılış nitqi ilə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Silahlı Qüvvələr Gününün xalqımızın və dövlətimizin tarixində mühüm yer tutduğunu vurğulamış, müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, onun ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasındakı rolundan bəhs etmişdir.

Daha sonra BDU Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov çıxış edərək Azərbaycan Ordusunun formalaşması, hüquqi əsasları və dövlətçilik ənənələrinin qorunmasındakı əhəmiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Ardınca Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev çıxış edərək Azərbaycan hərb tarixinin şanlı səhifələrindən, ordumuzun tarixi inkişaf mərhələlərindən və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışmışdır.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin I kurs tələbəsi Dilrubə Hidayətli “Ey Vətən” mahnısını ifa etmişdir.

Sonda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş videorolikin nümayişi ilə tədbir yekunlaşmışdır.

Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi “Azərbaycan tarixi (humanitar fakültələr üzrə)” kafedrasının müdiri, dose...
20/06/2026

Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsi “Azərbaycan tarixi (humanitar fakültələr üzrə)” kafedrasının müdiri, dosent Azad Rzayev CBC TV-yə dəvət olunmuş və “Ermənistan qisas almaq fikrindən əl çəkməlidir” mövzusunda fikirlərini izləyicilərlə bölüşmüşdür.

İzləmək üçün link: https://m.youtube.com/watch?v=All3yHNY-vk&pp=iggCQAE%3D&ra=m

🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıql...
18/06/2026

🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi

ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.

🔹 QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.

🔸 BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.

🔹 “QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU Təbiət elmlərində 401–500, Mühəndislik və texnologiyada 501–550 aralığında yer alıb. Dar ixtisaslar üzrə universitet Neft-qaz mühəndisliyi (51–100), Müasir dillər (151–200), Riyaziyyat (251–300), Hüquq (301–350), Kimya mühəndisliyi və Fizika (401–450), Kimya (451–500), Kompüter elmləri (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.

✨ BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir. 👏

▪️ Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfi təmin edib.

Address

Zahid Xəlilov 23
Baku
AZ1148BAKU

Alerts

Be the first to know and let us send you an email when Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Dövlət Universitetinin Tarix fakültəsi - Rəsmi səhifə:

Shortcuts

Share