29/12/2023
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqədə qalib olmuş Məktəb Lisey Kompleksinin təqdim etdiyi "Alo-Azərbaycan Linqvistika Olimpiadası" layihəsinin davamlılığını təmin etmək üçün qeydiyyat prosesi başladı. 7-10-cü sinif şagirdlərinin qatıla biləcəyi olimpiadaya qeydiyyat https://docs.google.com/forms/d/1b6E58ESBrJnrOHVdYMO6-KsruxtJlW2VIDCoD7Iy_8U/edit
linki vasitəsi ilə həyata keçirilir. Olimpiadanın əsasnaməsi, sual nümunələri və video izahlarla http://alo.org.az/az saytı vasitəsi ilə tanış ola bilərsiniz. İlk seçim turu onlayn şəkildə (MS Teams üzərindən) keçiriləcək.
Əlavə məlum üçün [email protected]
ünvanına yaza bilərsiniz.
Home
SiteDescription
14/12/2023
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqədə qalib olmuş Məktəb Lisey Kompleksinin təqdim etdiyi "Alo-Azərbaycan Linqvistika Olimpiadası" layihəsinin davamlılığını təmin etmək üçün qeydiyyat prosesi başladı. 7-10-cü sinif şagirdlərinin qatıla biləcəyi olimpiadaya qeydiyyat https://docs.google.com/forms/d/1b6E58ESBrJnrOHVdYMO6-KsruxtJlW2VIDCoD7Iy_8U/edit
linki vasitəsi ilə həyata keçirilir. Olimpiadanın əsasnaməsi, sual nümunələri və video izahlarla http://alo.org.az/az saytı vasitəsi ilə tanış ola bilərsiniz. İlk seçim turu onlayn şəkildə (MS Teams üzərindən) keçiriləcək. Qeydiyyat üçün son gün 23 dekabr 2023-cü il tarixidir.
Əlavə məlum üçün [email protected]
ünvanına yaza bilərsiniz.
Home
SiteDescription
27/03/2023
PRESS-Reliz - ALO
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkisaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsində ümumi təhsil kateqoriyası üzrə qalib layihələrdən biri olan, layihə rəhbəri Bakı şəhəri Məktəb Lisey Kompleksinin direktoru Esmira Quliyevanın olduğu “ALO- Azərbaycan Linqvistika Olimpiadası” layihəsi çərçivəsində hazırlanmış veb-saytın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Bakı Şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva açıb. Layihənin məqsədi gələcəkdə Azərbaycanın Beynəlxalq Linqvistika Olimpiadası- İLO-da iştirakını təmin etmək və olimpiadada ölkəmizi təmsil edəcək potensiallı şagirdləri müəyyən etməkdir.
Bunun üçün ilkin olaraq ölkəmizdə İLO-nun (BLO-nun) milli turunun - Azərbaycan Linqvistik Olimpiadasını (ALO) təşkil ediləcək. Artıq olimpiadaya qeydiyyata start verilib. Olimpiadada 7-11 –ci sinif şagirdləri iştirak edə bilər.Olimpiada üç mərhələdə keçiriləcək:
- birinci mərhələ – seçim turu onlayn şəkildə; ikinci mərhələ - yarımfinal turu və üçüncü – final turu əyani şəkildə keçiriləcək. İlk mərhələ milli seçim turu 01 aprel 2023-cü il tarixində, yarımfinal və final tur əyani şəkildə 08 aprel 2023-cü il və 09 aprel 2023-cü il tarixlərində keçiriləcək. Qaliblər hər iki mərhələdə əldə olunan nəticələrin cəminə görə müəyyən olunacaq. Olimpiada barəsində rəsmi məlumat və qeydiyyat linki http://alo.org.az ünvanında yerləşdirilib.
Təqdimat mərasimində BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Xanım Qurbanova, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, məktəb direktorları iştirak edib.
Home
SiteDescription
27/03/2023
https://azedu.az/az/news/65351-azerbaycan-linqvistika-olimpiadasi-kecirilecek
Azərbaycan Linqvistika Olimpiadası keçiriləcək
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan ALO-Azərbaycan Linqvistika Olimpiadasına dair hazırlanmış veb-saytın təqdimat mərasimi keçirilib. AzEdu.az xəbər verir ki, təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və ...
27/03/2023
https://azertag.az/xeber/Azerbaycan_Linqvistika_Olimpiadasi_kechirilecek-2536853
Azərbaycan Linqvistika Olimpiadası keçiriləcək
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan ALO - Azərbaycan Linqvistika Olimpiadasına dair hazırlanmış veb-saytın təqdimat mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat veril...
14/02/2023
Son illərdə Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verirlər. Şagirdlərin göstərdiyi nəticələr öz şəxsi imkanlarının genişlənməsi ilə bərabər, ölkəmizin beynəlxalq elmi səviyyədə tanınması və özünəməxsus yer tutmasına imkan yaradır. Biz mükəmməl bir komanda olaraq bir ilkə imza atmaq əzmindəyik: Beynəlxalq Linqvistika Olimpiadasının Milli Turunun keçirilməsi. Layihənin idarəedici komandası bu məsuliyyətli mərhələni qüsursuz, şəffaf keçirmək üçün tam gücü ilə çalışır. Artıq zəngin bir test bankımız var. Uğurlu olacağına əminik!
11/01/2023
Yaxın günlərdə Məktəb Lisey Kompleksində Azərbaycan təhsili üçün uğurlu bir layihənin təqdimatı olacaq: ALO-Azərbaycan Linqvistika Olimpiadası. Layihə çərçivəsində Beynəlxalq Linqvistika Olimpiadasının milli turu keçiriləcək. Olimpiadanın milli turunun ilk mərhələsi onlayn olacaq. Sonrakı mərhələlər əyani şəkildə təşkil olunacaq. Linqvistika Olimpiadasının ilk dəfə keçirildiyini nəzərə alaraq məlumat xarakterli video dərslərin ilk nümunələrini təqdim edirik. Qeyd edək ki, layihə çərçivəsində hazırlanacaq saytın üzərində son tamamlama işləri gedir.
https://youtu.be/o3YOlHMfrlg
https://www.youtube.com/watch?v=M8nn1shBP8w
Linqvistika haqqında məlumat
Linqvistik tapşırıqlar haqqında məlumat
11/01/2023
Linqvistika haqqında məlumat
Linqvistik tapşırıqlar haqqında məlumat
28/11/2022
Dil cəmiyyətdə ən mühüm ünsiyyət vasitəsidir və təfəkkür və şüurla sıx bağlıdır. Dilçilik (linqvistika) insanı və insan cəmiyyətini öyrənən humanitar elmi fənlər sırasına mərkəzi elmlərdən biri kimi daxil edilir. Dilçilərin yalnız dilləri öyrənməklə məşğul olmaları yanlış fikirdir. Əslində dilçilik (linqvistika) insan dilini (onun xassələri, quruluşu, funksiyaları və inkişafı), eləcə də dünyanın müxtəlif dillərini onun ayrı-ayrı nümayəndələri kimi öyrənir.