Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dövlət Dəmir Yolu Liseyinin tarixi 1923-cü ildən başlayır.

Belə ki, bu təhsil ocağı həmin ildən fabrik-zavod məktəbi kimi fəaliyyətə başlamışdır. 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 2 nömrəli Bakı Peşə Məktəbi ilə birləşdirilmiş və onların bazasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.

18/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi 27 avqustda başlayacaq!

🎓 Qəbulun II mərhələsinə 27 avqust tarixindən etibarən start veriləcək və müraciətlər 3 sentyabr tarixinədək davam edəcək.

💻 Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçiriləcək.

📌 Peşə təhsili almaq istəyən namizədləri müraciət tarixlərini diqqətdə saxlamağa dəvət edirik.

🚉 Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olan tələbələrin nəzərinə!📩 Sənəd qəbulunda ya...
15/08/2026

🚉 Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olan tələbələrin nəzərinə!

📩 Sənəd qəbulunda yaranan sıxlığı nəzərə alaraq həftə sonu da fəaliyyət göstəririk! Saat – 09:00–18:00

ℹ️ Son müraciət tarixi 25 avqust.

📣 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb!🚆 Dəmir Yolu və Metropoliten üzrə Bak...
14/08/2026

📣 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb!

🚆 Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olunan şəxslər 25 avqustadək tələb olunan sənədləri təqdim edərək qeydiyyat prosesini tamamlamalıdırlar.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

📌 Müəyyən edilmiş müddət ərzində qeydiyyatdan keçməyən və ya sənədlərini tam təqdim etməyən şəxslərin nəticələri həmin ixtisas üzrə təhsildən imtina kimi qəbul ediləcək.

14/08/2026

📢 14 avqust tarixindən 2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

🕐 Son müraciət tarixi: 18 avqust, saat : 18:00
🔗 Ətraflı : https://vet.edu.gov.az/news/content/1342/inner
🔗 Vakansiya seçimi üçün : portal.edu.az

📣 12 avqust - Beynəlxalq Gənclər Günüdür!
12/08/2026

📣 12 avqust - Beynəlxalq Gənclər Günüdür!

11/08/2026
10/08/2026

📢 11 avqustda peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1340/inner

⏰ Təhsil almaq istəyənlərin nəzərinə: müraciət üçün bu gün son gündür!​Gələcəyini peşəkar təməllər üzərində qurmaq istəy...
10/08/2026

⏰ Təhsil almaq istəyənlərin nəzərinə: müraciət üçün bu gün son gündür!

​Gələcəyini peşəkar təməllər üzərində qurmaq istəyirsənsə, vaxt itirmədən elə indi qeydiyyatdan keç!

​🔹 Müraciət üçün: portal.edu.az

​📥 Suallarınızı rəsmi səhifəmizin mesaj qutusuna yaza bilərsiniz.

📌 2026/2027-ci tədris ili üzrə dual peşə təhsil proqramına müraciət edən namizədlərin müsahibəsi davam edir.🤝 Müsahibə i...
07/08/2026

📌 2026/2027-ci tədris ili üzrə dual peşə təhsil proqramına müraciət edən namizədlərin müsahibəsi davam edir.

🤝 Müsahibə işəgötürən təşkilatlar və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə namizədlərin ixtisasa marağının, səriştə və motivasiyasının qiymətləndirilməsi məqsədilə təşkil olunub.

✨ Bildirək ki, dual təhsil proqramı tələbələrin tədris ili boyunca peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, işəgötürən müəssisələrdə real iş mühitində praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil modelidir.

🚄  Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən növbəti uğur hekayəsi!​WorldSkills Azerbaijan mil...
06/08/2026

🚄 Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən növbəti uğur hekayəsi!

​WorldSkills Azerbaijan milli komandasının Dəmiryol Nəqliyyatı Texnologiyaları bacarığı üzrə istedadlı tələbəmiz Elsəvər Yaqubov "Stadler Azərbaycan" şirkətində işə qəbul olunub.

​Bu uğur Elsəvərin əzminin, peşəkarlığının və WorldSkills hazırlığı zamanı qazandığı bilik və bacarıqların real əmək bazarında öz təsdiqini tapmasının bariz nümunəsidir. Elsəvəri bu mühüm nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona peşə fəaliyyətində yeni uğurlar və davamlı inkişaf arzulayırıq!

​WorldSkills Azerbaijan və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi olaraq inanırıq ki, bacarıqlara qoyulan investisiya gənclərin uğurlu gələcəyinə qoyulan investisiyadır. Bu kimi uğur hekayələri isə peşə təhsilinin və beynəlxalq standartlara uyğun hazırlığın real nəticələrini bir daha nümayiş etdirir.


Address

Təbriz 19
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994125410510

Alerts

Be the first to know and let us send you an email when Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi:

Shortcuts

Share

Category