27/05/2025
🌷 Bu yaxınlarda bir neçə qrupda tələbələrə imla yazdırdım. Diqqətimi cəlb edən ən çox yol verilən səhv haqqında bu gün danışmaq istəyirəm.
🌷 Çünki bir çox yazılarda məhz bu səhvə yol verildiyinin şahidi olmuşam. Ona görə, buna xüsusi diqqət ayırmaq istəyirəm. Söhbət qəti-gələcək zamanın birinci şəxs təki və cəmindən gedir.
🌷 Bildiyiniz kimi , orfoqrafiyanın üç prinsipi var: tarixi ənənəvi, fonetik və morfoloji. Bu halda məhz morfoloji istifadə olunur, yəni sözün kök və şəkilçilərə uyğun yazılışı. Məsələn: oxu+acaq+am olacaq.
🌷Yəni iki sait arasında bitişdirici samit oxu-ya-caq+ sait olarsa "q" yalnız və yalnız "ğ"-ya çevrilə bilər. Ona görə də oxu-ya-ca-ğam, cəmdə isə oxu-ya-ca-ğıq olacaq, oxu-ya-caq+ıq. "I" nın təsiri ilə "q" yalnız və yalnız "ğ" ya çevrilə bilər.
🌷 Oxuyacam, oxuyacayıq, oxuyacayam kimi variantlar yanlışdır. Eləcə də görəcəm, fikirləşəcəm, biləcəm kimi variantlar yanlışdır. Eləcə də görəcəyəm, görəcəyik, fikirləşəcəyəm, fikirləşəcəyik, biləcəyəm, biləcəyik. Bu sözlərin yazılışında hal-hazırda fonetik prinsipə riayət edir camaatın çoxu.
🌷 Bu böyük bir yanlışdır. Belə getsə morfoloji prinsiplər unudulacaq və dildə daha böyük yanlışlara yol veriləcək. Gəlin dilimizi sevək və doğru istifadə edək. Xüsusilə yazımıza diqqət edək.
Smm by: .digital.agency