08/03/2026
Əziz qadın..
Sənə baxıram və səni görürəm sonra özümü görürəm
Sənin ağrın mənim də canımı yandırır.
Sən məndən bir addım irəli getdiyində, heyranlıqla sənə baxıram.
Bəzən qüsurların ortaya çıxanda isə öz qüsurlarımı xatırlayıram.
Bizi bir-birimizə bağlayan şey haqqında şübhələrimizi dağıtsaq,
bir-birimizi daha çox dəyərləndirib qucaqlayacağıq.
Əgər eqonun, diqqətsizliyin və qəzəbin ağır buludları
qəlblərimizi ayırmağa cəsarət edirsə,
Göyə bax və bizi nəyin yaxınlaşdırdığını xatırla!
Və sonra birlikdə qollarımızı çirmələyək,
bir-birimizi incitməmək üçün…
🫂🩵