Bərdə rayon Qarahacılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Baku
  • Bərdə rayon Qarahacılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi

Bərdə rayon Qarahacılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi Xeber Her kese salam

26.05.2026-cı il tarixində məktəbimizdə, Müstəqillik Günü münasibətilə şagirdlərlə maarifləndirici tədbir keçirildi. Təd...
26/05/2026

26.05.2026-cı il tarixində məktəbimizdə, Müstəqillik Günü münasibətilə şagirdlərlə maarifləndirici tədbir keçirildi. Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlər barədə ətraflı söhbət aparıldı

Məktəbimizdə 9 May – Qələbə Gününə həsr edilmiş tədbir təşkil olunub. Tədbir zamanı şagirdlər tərəfindən şeirlər söyləni...
08/05/2026

Məktəbimizdə 9 May – Qələbə Gününə həsr edilmiş tədbir təşkil olunub. Tədbir zamanı şagirdlər tərəfindən şeirlər söylənilib, vətənpərvərlik ruhunda çıxışlar nümayiş etdirilib və Qələbə Gününün tarixi əhəmiyyəti barədə məlumatlar təqdim edilib. Tədbirin əsas məqsədi şagirdlərdə vətən sevgisi, qəhrəmanlara ehtiram hissi və milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması olub.

24.04.2026-cə il tarixində məktəbimizdə IX sinif şagirdlərinə buraxılış imtahanı üçün nəzərdə tutulmuş buraxılış vərəqlə...
25/04/2026

24.04.2026-cə il tarixində məktəbimizdə IX sinif şagirdlərinə buraxılış imtahanı üçün nəzərdə tutulmuş buraxılış vərəqləri təqdim olunmuşdur.
Şagirdlərə 26.04.2026 tarixində keçiriləcək imtahanda uğurlar arzulanmış, onlara öz bilik və bacarıqlarını layiqincə nümayiş etdirmələri tövsiyə edilmişdir.
İnanırıq ki, şagirdlərimiz bu mühüm mərhələni uğurla başa vuraraq yüksək nəticələr əldə edəcəklər.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli...
31/03/2026

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.


Novruz bayramı münasibətilə məktəbimizdə 19.03.2026 tarixində  keçirilən tədbirdən xoş anlar 🌸Milli dəyərlərimizi və adə...
20/03/2026

Novruz bayramı münasibətilə məktəbimizdə 19.03.2026 tarixində keçirilən tədbirdən xoş anlar 🌸
Milli dəyərlərimizi və adət-ənənələrimizi yaşatmaq məqsədilə təşkil olunan Novruz tədbirində şagirdlərimiz fəal iştirak etmiş, bayramın ruhunu öz çıxışları və təqdimatları ilə yüksək səviyyədə nümayiş etdirmişlər.
Şagirdlərimizin sevinc dolu anlarını əks etdirən bu görüntülər hər birimiz üçün qürurvericidir. Onlara uğurlar arzulayır, hər kəsə xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət gətirən Novruz bayramı diləyirik.
Bayramınız mübarək!

17.03.2026 tarixində məktəbimizdə şagirdlər arasında sağlam həyat tərzinin təbliği məqsədilə narkomaniya və alkoqolun zə...
18/03/2026

17.03.2026 tarixində məktəbimizdə şagirdlər arasında sağlam həyat tərzinin təbliği məqsədilə narkomaniya və alkoqolun zərərli təsirləri mövzusunda maarifləndirici söhbət təşkil olundu. Tədbir zamanı şagirdlərə bu kimi mənfi vərdişlərin insan sağlamlığına, cəmiyyətə və gələcək həyatlarına vurduğu zərərlər barədə ətraflı məlumat verildi, onlara düzgün seçim etməyin əhəmiyyəti izah olundu.
Gənc nəslin sağlam və təhlükəsiz mühitdə formalaşması istiqamətində bu cür maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
17/03/2026

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱


06.03.2026 tarixində məktəbimizdə 11-ci sinif şagirdlərinə buraxılış vərəqləri təqdim olunmuşdur. Şagirdlərimizə qarşıda...
07/03/2026

06.03.2026 tarixində məktəbimizdə 11-ci sinif şagirdlərinə buraxılış vərəqləri təqdim olunmuşdur. Şagirdlərimizə qarşıdakı buraxılış imtahanında uğurlar arzulayır, onlara gələcək təhsil və həyat yollarında müvəffəqiyyətlər diləyirik.

05.03.2026 tarixində 2–7 Mart tarixlərini əhatə edən “İdman Həftəsi” çərçivəsində məktəbimizdə şagirdlərin iştirakı ilə ...
06/03/2026

05.03.2026 tarixində 2–7 Mart tarixlərini əhatə edən “İdman Həftəsi” çərçivəsində məktəbimizdə şagirdlərin iştirakı ilə idman yarışları təşkil olunmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və komanda ruhunun gücləndirilməsi olmuşdur. Yarış zamanı şagirdlər yüksək fəallıq nümayiş etdirmiş, idman əzmi və mübarizlik ruhu ilə fərqlənmişlər.

Sonda fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif edilmişdir.

Belə tədbirlər şagirdlərimizin fiziki və mənəvi inkişafına müsbət təsir göstərərək onların sağlam və vətənpərvər ruhda böyüməsinə xidmət edir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə rayon Qarahacılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bərdə rayon Qarahacılı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category