26/05/2026
26.05.2026-cı il tarixində məktəbimizdə, Müstəqillik Günü münasibətilə şagirdlərlə maarifləndirici tədbir keçirildi. Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlər barədə ətraflı söhbət aparıldı
08/05/2026
Məktəbimizdə 9 May – Qələbə Gününə həsr edilmiş tədbir təşkil olunub. Tədbir zamanı şagirdlər tərəfindən şeirlər söylənilib, vətənpərvərlik ruhunda çıxışlar nümayiş etdirilib və Qələbə Gününün tarixi əhəmiyyəti barədə məlumatlar təqdim edilib. Tədbirin əsas məqsədi şagirdlərdə vətən sevgisi, qəhrəmanlara ehtiram hissi və milli-mənəvi dəyərlərə bağlılığın formalaşdırılması olub.
25/04/2026
24.04.2026-cə il tarixində məktəbimizdə IX sinif şagirdlərinə buraxılış imtahanı üçün nəzərdə tutulmuş buraxılış vərəqləri təqdim olunmuşdur.
Şagirdlərə 26.04.2026 tarixində keçiriləcək imtahanda uğurlar arzulanmış, onlara öz bilik və bacarıqlarını layiqincə nümayiş etdirmələri tövsiyə edilmişdir.
İnanırıq ki, şagirdlərimiz bu mühüm mərhələni uğurla başa vuraraq yüksək nəticələr əldə edəcəklər.
31/03/2026
Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀
Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.
20/03/2026
Novruz bayramı münasibətilə məktəbimizdə 19.03.2026 tarixində keçirilən tədbirdən xoş anlar 🌸
Milli dəyərlərimizi və adət-ənənələrimizi yaşatmaq məqsədilə təşkil olunan Novruz tədbirində şagirdlərimiz fəal iştirak etmiş, bayramın ruhunu öz çıxışları və təqdimatları ilə yüksək səviyyədə nümayiş etdirmişlər.
Şagirdlərimizin sevinc dolu anlarını əks etdirən bu görüntülər hər birimiz üçün qürurvericidir. Onlara uğurlar arzulayır, hər kəsə xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət gətirən Novruz bayramı diləyirik.
Bayramınız mübarək!
18/03/2026
17.03.2026 tarixində məktəbimizdə şagirdlər arasında sağlam həyat tərzinin təbliği məqsədilə narkomaniya və alkoqolun zərərli təsirləri mövzusunda maarifləndirici söhbət təşkil olundu. Tədbir zamanı şagirdlərə bu kimi mənfi vərdişlərin insan sağlamlığına, cəmiyyətə və gələcək həyatlarına vurduğu zərərlər barədə ətraflı məlumat verildi, onlara düzgün seçim etməyin əhəmiyyəti izah olundu.
Gənc nəslin sağlam və təhlükəsiz mühitdə formalaşması istiqamətində bu cür maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.
17/03/2026
Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
07/03/2026
06.03.2026 tarixində məktəbimizdə 11-ci sinif şagirdlərinə buraxılış vərəqləri təqdim olunmuşdur. Şagirdlərimizə qarşıdakı buraxılış imtahanında uğurlar arzulayır, onlara gələcək təhsil və həyat yollarında müvəffəqiyyətlər diləyirik.
06/03/2026
05.03.2026 tarixində 2–7 Mart tarixlərini əhatə edən “İdman Həftəsi” çərçivəsində məktəbimizdə şagirdlərin iştirakı ilə idman yarışları təşkil olunmuşdur.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və komanda ruhunun gücləndirilməsi olmuşdur. Yarış zamanı şagirdlər yüksək fəallıq nümayiş etdirmiş, idman əzmi və mübarizlik ruhu ilə fərqlənmişlər.
Sonda fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən təltif edilmişdir.
Belə tədbirlər şagirdlərimizin fiziki və mənəvi inkişafına müsbət təsir göstərərək onların sağlam və vətənpərvər ruhda böyüməsinə xidmət edir.