01/06/2021
Salam Gənclər 🙋🏻🙋🏻♂️
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
16/04/2021
Salam Gənclər 🙋🏻♂️🙋🏻
Bir Sosial İşçi platformasının təsisçisi, həmçinin də Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya Klub"-nun sedri6 Salan Novruzovun təşkilatçılığı ilə tə17 Aprel – Dünya Hemofiliya Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Tədbirin qonaqları Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov və TƏBİB-in Davamlı Tibbi Təhsil Departamentinin mütəxəssisi Romella Osmanova olub.
14/04/2021
Salam Gənclər 🙋🏻🙋🏻♂️, tez-tez yaranan suallardan biri də məhz, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hansı xidmətlər göstərilir?
Bu sualın cavabın ətraflı izah edib.
Sosial Xidmətlər Agentliyi
02/04/2021
Salam Gənclər 🙋🏻♂️🙋🏻♀️
Bu gün Dünya Autizm Günüdür!
Diqqət etməli və ətrafımızı da maarifləndirməliyik ki, Autizm xəstəlik yox sindromdur.
Autizmli uşaqları daim cəmiyyətə adaptasiya etməli, inkişaflarında maneə yox dəstəkçi olmalıyıq.
Unutmayaq, Autizm xəstəlik yox fərqlilikdir💙💛💚❤️💖
08/03/2021
Bir Sosial İşçi adından bütün qadınları təbrik edirik 🌹
28/02/2021
Gənclər salam🙋🏻♂️🙋🏻♀️
Bu gün sizə Fokus Qrup metodu haqqında məlumat verəcəyik🤓
✅Fokus qrupu müxtəlif mövzularda məlumat toplamaq metodudur. Bu metod müzakirə əsasında formalaşır.Fokus qrupu ümumiyyətlə 6-8 respondentdən ibarət olur və bəzən bu rəqəm dəyişə bilir.
🔰Fokus qrupunun nə qədər uğurlu olacağına kifayət qədər çox sayda amil təsir göstərir:
📌İştirakçıların düzgün seçimi.
📌Bir koordinatorun düzgün seçimi.
📌Rahat mühit.
📌Müzakirə olunan mövzunun aktuallığı.
🤔Bəs moderator kimdir? Düzgün moderator necə olmalıdır?🤔
🔰Moderator bu prosesi idarə edən şəxsdir Fokus qrupunda müzakirə aparmaq məsuliyyətli bir ixtisasdır və bu işi həyata keçirən şəxs əvvəlcə hər bir iştirakçının komplekslərini məhv etməlidir. Müvəffəq olduqdan sonra tematik göstəriciyə uyğun olaraq, söhbət etməlidir xüsusi sxem: mövzu ilə səthi tanışlıqdan başlayaraq bütün cəhətlərinə ən dərin nüfuzdan başlayaraq.
🤔Foks qrup və sosial iş?🤔
Foks qrup metodu sosial işdə də istifadə olunur.
Burada əsasən eyni məsələdən şikayətçi olan bir neçə pasiyent bir dəyirmi masa ətrafında toplanıb məsələnin həll yolun axtarırlar. Biz buna daha çox qərb mədəniyyətində rast gəlirik, hansı ki, asılılığı olan şəxslər açıq müzakirə zamanı öz problemlərin deyir və digər yoldaşları ilə fikir mübadiləsi apararaq həll yolu tapmağa çalışırlar.
Səhifəmizi izləməyi və paylaşmağı unutmayın😉
21/02/2021
Gənclər əfsuslar olsun ki, 20 yaşlı bir gənc valideyn təyziqinə görə öz canına qəsd edib. Mesajlara baxanda artıq anlayacaqsınız ki, vəziyyət nə yerdədir. Diqqət etsək ki, bu kimi halların son zamanlarda artdığını və çox zaman ailə daxili problemlərə görə baş verir. Bu zaman artıq burda nəzarətin güclənməsi və yeni qanunların işlənib hazırlanmasının vacibliyini görərik.
✅Bir Sosial işçi olaraq məndə bir neçə həll yolları və bu kimi hadisələrin minimuma endirilməsi üçün bir neçə təklifim var:
🔰Ən əsas məsələ ölkədə psixoloqlara və sosial işçilərə müraciət məsələsəni qaldırmaq lazımdı çünki bir insan bilsə ki dərdini danışacaq biri , problemlərini həll edən biri var bu cür addım atmaz.
🔰Daha sonra ən əsas Makro səviyyədə ölkə də sosial iş sahəsi yaradılmalı və ən əsas dövlət səviyyəsində olmalıdır. Burda bu kimi sosial problemlər ortaya qoyulmali və çıxış yolları tapılmalıdır.
🔰 "İstanbul Konvensiyası" imzalanmalıdır!
17/02/2021
Salam Gənclər 🙋🏻♂️
Bu gün sizə yenə bir film tövsiyəmiz var🤓
🔰Bu film əslində cəmiyyətimizdə tez-tez rastlaşdığımız " insanlar nə deyər?" sualı ətrafında fırlanır.
Hekayə ⬇️
🔰16 yaşındakı Nisha ailəsi ilə birlikdə Norveçdə yaşayan pakistanlı bir qızdır. Çöldə dostları ilə qərbli bir gənc kimi yaşayan Nisha, evdə isə şərq mədəniyyətinə uyğun bir şəkildə yaşayır. Bir gün babası Nisha-nı sevgilisi ilə əlaqəsini öyrənir və bu Nisha-nın həyatını alt-üst edir. Atası onu tələm-tələsik Pakistandakı qohumlarının yanına göndərir. Daha əvvəl Pakistanda yaşamayan Nisha tamam fərqli bir həyat tərzi ilə qarşılaşır.