19/06/2026
2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş son Pedaqoji Şura iclası keçirildi.
İclası giriş sözü ilə açan məktəbin direktoru Gülnar Qədirova 2025–2026-cı tədris ili ərzində görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Tədris prosesinin təşkili, şagird nailiyyətləri, müəllimlərin fəaliyyəti, məktəbdaxili layihələr, keçirilən tədbirlər və monitorinqlərin nəticələri təhlil olunaraq müzakirə edildi.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Əmirova çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr, mövcud çətinliklər və onların həlli yolları barədə məlumat verdi. Eyni zamanda növbəti tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilərək müvafiq tapşırıqlar verildi.
Pedaqoji Şura üzvləri tərəfindən tədris ilinin nəticələri dəyərləndirildi, məktəbin inkişafı və təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.
İlin yekununda məktəbin inkişafına, təlim-tərbiyə prosesinin səmərəli təşkilinə verdikləri dəyərli töhfələrə görə pedaqoji kollektivə təşəkkür bildirildi.
Bütün müəllimlərimizə göstərdikləri əzmkar fəaliyyətə görə minnətdarlığımızı ifadə edir, hər birinə xoş istirahət, möhkəm can sağlığı və yeni tədris ilində daha böyük uğurlar arzulayırıq.
https://bakimektebleri.edu.az/230/az/news/read/328701