Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi

Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

📌Bu səhifə məktəbin rəsmi məlumat səhifəsidir.
📌Səhifə admini: Naibə Hacıyeva

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 19/06/2026

2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş son Pedaqoji Şura iclası keçirildi.

İclası giriş sözü ilə açan məktəbin direktoru Gülnar Qədirova 2025–2026-cı tədris ili ərzində görülmüş işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Tədris prosesinin təşkili, şagird nailiyyətləri, müəllimlərin fəaliyyəti, məktəbdaxili layihələr, keçirilən tədbirlər və monitorinqlərin nəticələri təhlil olunaraq müzakirə edildi.

Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Əmirova çıxış edərək tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr, mövcud çətinliklər və onların həlli yolları barədə məlumat verdi. Eyni zamanda növbəti tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilərək müvafiq tapşırıqlar verildi.

Pedaqoji Şura üzvləri tərəfindən tədris ilinin nəticələri dəyərləndirildi, məktəbin inkişafı və təlim-tərbiyə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

İlin yekununda məktəbin inkişafına, təlim-tərbiyə prosesinin səmərəli təşkilinə verdikləri dəyərli töhfələrə görə pedaqoji kollektivə təşəkkür bildirildi.

Bütün müəllimlərimizə göstərdikləri əzmkar fəaliyyətə görə minnətdarlığımızı ifadə edir, hər birinə xoş istirahət, möhkəm can sağlığı və yeni tədris ilində daha böyük uğurlar arzulayırıq.

https://bakimektebleri.edu.az/230/az/news/read/328701

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin X və XI siniflərində tədris aparacaq müəllimlərin qəbulu üçün qeydiyyat 18/06/2026

Yeni təmayül tədris modelinə qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı başlayıb.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Şagirdlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfH-gbLr4r0Hf5p2IRbbbZqURFZUcSA6A72Gz1qytwUT9_xcQ/viewform?usp=publish-editor

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin X və XI siniflərində tədris aparacaq müəllimlərin qəbulu üçün qeydiyyat Hörmətli müəllimlər! Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI siniflərində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl pedaqoji təcrübəyə malik kadrların seçilməsi məq...

16/06/2026

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş konsert proqramında məktəbimizin pedaqoji kollektivi iştirak etmişdir.

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 13/06/2026

🔔🎓 “Son zəng” tədbiri keçirildi 🎓🔔

Bu gün məktəbimizdə XI sinif şagirdləri üçün yaddaqalan və duyğulu “Son zəng” tədbiri keçirildi.

Tədbirdə məzunlar, müəllimlər, valideynlər, məktəbimizin adını daşıyan şəhid Fuad Mövludovun anası Dilarə Mövludova, bacısı İradə Əliyeva və digər ailə üzvləri, Xəzər Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Vəliyulla Vəli, Xəzər RİH başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirzərauf Axundov iştirak edərək bu əlamətdar günü birlikdə qeyd etdilər.

Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Gülnar Qədirova açaraq məzunları təbrik etdi, onlara gələcək həyat yollarında uğurlar arzuladı.

Məzunlarımızın hazırladıqları çıxışlar, şeirlər və musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. İllərin zəhmətini, məktəb xatirələrini və gələcəyə olan ümidlərini özündə əks etdirən bu gün hər kəs üçün unudulmaz anlarla yadda qaldı.

Məzunlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq.

🎓 Yolunuz açıq, gələcəyiniz işıqlı olsun, əziz məzunlar!

https://bakimektebleri.edu.az/230/az/news/read/328357

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

Təbiətdən incəsənətə satış sərgisi keçirilmişdir

Bu gün məktəbimizdə “Təbiətdən incəsənətə” mövzusunda kiçik satış sərgisi təşkil olundu. Sərgidə şagirdlər öz yaradıcılıq bacarıqlarını nümayiş etdirərək maraqlı əl işlərini təqdim etdilər.

1)Rəsm əsərləri,
2)3D printer üçün filamentdən hazırlanmış müxtəlif fiqurlar və əl işləri,
3)Plastik steklyaruslardan hazırlanmış rəngarəng qolbaqlar ziyarətçilərin böyük marağına səbəb oldu.

Tədbirin əsas məqsədi sadə və ya istifadə olunmuş materialların yaradıcılıq yolu ilə yenidən dəyərləndirilə biləcəyini göstərmək, şagirdlərdə ekoloji düşüncə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək idi.

Hər bir materiala yeni həyat vermək mümkündür. Gəlin təbiəti qoruyaq, yaradıcılığımızla ona dəyər qataq!

🌿♻️🎨

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

🏆 Qürurverici uğur! 🏆

Məktəbimizin 1C sinif şagirdi İsmayılov Mikayıl Yusif oğlu Qazaxıstanda keçirilən Beynəlxalq İdman Gimnastikası Turnirində uğurla çıxış edərək I yerə layiq görülmüşdür. 🥇

Bu əlamətdar nailiyyət münasibətilə şagirdimizi məktəbimizin direktoru Qədirova Gülnar və sinif rəhbəri Əligülova Arzu təbrik etmiş, ona gələcək yarışlarda daha böyük uğurlar, yeni qələbələr və parlaq nailiyyətlər arzulamışlar. 🇦🇿

Mikayıla gələcək idman fəaliyyətində uğurlar diləyir, sevincimizin davamlı olmasını arzu edirik!

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

🌱🏡 “Ağıllı Kənd” layihəsi təqdim olundu!

Kiçik Akademiyanın rəhbəri Zümrüd Əliyevanın təşkilatçılığı ilə “Yaşıl Şəhər Modeli” şagird layihələri çərçivəsində məktəbimizin 7E sinif şagirdləri tərəfindən “Ağıllı Kənd” modeli hazırlanıb.

Şagirdlər öz yaradıcılıqları və innovativ düşüncələri ilə ekoloji cəhətdən təmiz, müasir texnologiyalarla təchiz olunmuş kənd modelini təqdim ediblər. Layihə şagirdlərdə ekoloji maarifləndirmənin artırılmasına, tədqiqatçılıq və komanda işi bacarıqlarının inkişafına xidmət edir.

Şagirdlərimizi və layihənin rəhbəri Zümrüd Əliyevanı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

X sinif şagirdləri ilə maarifləndirici söhbət

09.06.2026-cı il tarixində şagirdlərin narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu zərərlər barədə məlumatlandırılması, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərdən uzaq durmalarına dəstək göstərilməsi məqsədilə X sinif şagirdləri ilə maarifləndirici söhbət aparıldı.
Söhbət zamanı şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır. Sağlam həyat tərzinin üstünlükləri, asudə vaxtın səmərəli təşkili, idman və digər faydalı fəaliyyətlərin əhəmiyyəti vurğulanmışdır.

https://bakimektebleri.edu.az/230/az/news/read/327843

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 08/06/2026

BSQ-lərin keçirilməsi davam edir

Məktəbimizdə 2025–2026-cı tədris ilinin II yarımili üzrə Böyük Summativ Qiymətləndirmələr təsdiq olunmuş qrafikə uyğun davam edir.

Qiymətləndirmələrin şəffaf və obyektiv keçirilməsi təmin olunur, yoxlama prosesi isə komissiya üzvləri tərəfindən davam etdirilir. BSQ-lərin keçirilməsinə məktəbin direktoru Gülnar Qədirova və təlim-tərbiyə işləri üzrə direktor müavini Tünzalə Əmirova tərəfindən mütəmadi nəzarət edilir.

Şagirdlərimizə növbəti qiymətləndirmələrdə uğurlar arzulayırıq!

https://bakimektebleri.edu.az/230/az/news/read/327739

Photos from Fuad Mövludov adına 230 nömrəli tam orta ümumtəhsil məktəbi's post 08/06/2026

Kimya fənnindən il boyu əla nəticələr göstərərək yüksək qiymətlər əldə edən şagirdlərimizin əməyi dəyərləndirildi.

Motivasiya məqsədilə məktəbin direktoru Gülnar Qədirova və kimya müəllimi Nadya Hüseynova tərəfindən həmin şagirdlərə diplomlar təqdim olundu.

Şagirdlərimizi təbrik edir, onlara gələcək təhsillərində daha böyük uğurlar arzulayırıq! 🌟📚

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Xəzər Rayonu, Şüvəlan Şimal DRES Qəsəbəsi, , Bağlar Küçəsi 4 A
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00