Binary Studio Academy Azerbaijan

Binary Studio Academy Azerbaijan

Share

Binary Studio Academy - texniki ixtisaslı hər kəs üçün pulsuz intensif proqramlaşdırma kursları təşkil edən akademiyadır. Ödənişsiz Full-stack JS kursu

31/05/2022

Dostlar, salam! 👋

Bu il Akademiyaya qəbul olmaq istəyən və qeydiyyatdan keçənlərin sayı rekord səviyyəsinə çatıb. 🤩 Həmçinin imtahanı ilk gündə vermək istəyənlərin də sayı çox yüksək olub. ⚡️ Bu, bizi çox sevindirsə də, təəssüf ki, həddən artıq yüklənməyə görə platformamızda nasazlıqlar yarandı. 🤯

Buna görə də qəbul imtahanı üçün daha bir əlavə gün təşkil etdik. Testi - 31.05 və ya 1.06. Tarixlərində saat 09:00-dan 21:00-dək keçə bilərsiniz.

Test Binary Studio Academy portalında (https://study.binary-studio.com/auth/login) şəxsi kabinetdəki "Test" bölməsində saat 9:00-dan 21:00-a qədər mövcud olacaq. Sizi gözləyirik!

26/05/2022

Akademiyaya qəbulun ilk mərhələsi olan TESTƏ hazırsınız?? 👀

🗓Testin zamanı
28 və 31 may tarixlərindən birində testi keçə bilərsiniz. Bu iki gündə akademiyanın saytında qeydiyyatdan keçmiş hər kəsin şəxsi hesabında saat 09:00-dan 21:00-dək testi keçmək mümkün olacaq. Əvvəlcədən testi keçmək istədiyiniz gün və ya saat üçün yazılmaq gərək deyil.

⏳Testin müddəti
Testi keçməyə başladığınız andan sizə 30 dəqiqə veriləcək. Həmin müddət ərzində testi tamamlaya bilməsəniz, narahat olmayın, test “balqabağa çevrillməyəcək”.😄 Davam edərək testi tamamlayın, yoxlama zamanı bu, tələb olunan əlavə zaman kimi dəyərləndiriləcək.

⁉️Testə düşən suallarla bağlı
Test 25 qapalı sualdan ibarətdir. Yəni hər bir testdə düzgün cavabı seçməlisiniz. Bəzi suallarda sadəcə 1 düzgün variant var, bəzilərində isə bir neçə. Ona görə hər bir sualın şərtlərini diqqətlə oxuyun.
Testin demosunu buradan keçə bilərsiniz - https://study.binary-studio.com/demo-test/academy-2020
Hazırlıq Marafonunda verilən materialları isə burada oxuya bilərsiniz - https://academy.binary-studio.com/blog/marafon-pidgotovki-do-testu-2022/en

📌Testi keçməyin şərtləri
Testi ancaq vebdən keçə bilərsiniz. Mobil və ya planşetdən testi keçmək mümkün deyil. Testin suallarını mütləq ardıcıl həll etməlisiniz. Bir sualdan digərinə keçib sonra əvvəlki suala qayıtma imkanınız olmayacaq. “Cheating” hallarının qarşısını almaq üçün görülən tədbirlərdən biridir. Bu hallardan söz düşmüşkən başqa bir tədbir isə - testin səhifəsini bağlayıb başqa bir səhifə açmağınıza da icazə verilmir. Sistem bu cür keçidləri və klikləri müəyyən edir və sizə xəbərdarlıq bildirişi göndərir. Testə başlamazdan əvvəl kompüterinizdə fonda olan bütün proqram (xüsusən pop-up bildirişlər göndərən) və alətləri bağlamağınız tövsiyə olunur. Çünki test zamanı hər hansısa mesencerdən dostunuzun sizə göndərdiyi istənilən bir mesaj belə, sistem tərəfindən qayda pozuntusu kimi dəyərləndiriləcək.
Bundan əlavə olaraq ekranın “screenshot” edilməsi də qadağandır və sistem tərəfindən müəyyən edilir.

📈Keçid balı
Ortalama keçid balı ildən-ilə dəyişir. Həmin il sizinlə birlikdə testi keçənlərin bilik səviyyəsindən asılı olaraq yüksək və ya aşağı ola bilər. Toplaya biləcəyiniz maksimum bal 100-dür. Keçən il keçid balı - 60/70 idi. Minimum keçid balını toplamış hər kəs Akademiyaya qəbulun növbəti mərhələsinə keçid alır.

📢 Nəticələrin elan edilməsi
Nəticələri 3 İyun tarixində şəxsi kabinetinizdə əldə edə bilərsiniz.
Nəticələrin elanından sonra, lazımı balı toplamış hər kəs şəxsi hesabında növbəti mərhələ üçün verilən mühazirə və tapşırığını əldə edəcək. Daha sonra 2 mühazirə daha şəxsi hesaba yerləşdiriləcək.

⚠️Qəti qadağandır
1. Test zamanı Google istifadəsi, səhifəni screeshot etmək, test səhifəsini bağlayıb başqa səhifəyə keçid almaq və devtools istifadə etmək.
2. Testdə verilən suallar tam konfidensialdır, həmin sualları başqaları ilə və ya forumlarda (reddit, stack overflow) bölüşmək olmaz.
3. Akqdemiyanın portalında şəxsin yalnız 1 hesabı ola bilər və həmin şəxs testi bir dəfə keçə bilər. Təkrarlanan hesablar və ya qayda pozuntusu müəyyən edildikdə iştirakçı diskvalifikasiya olunur.

⛔️Nəsə yolunda getməsə nə etməli ?
Testi keçdiyiniz zaman problemlə üzləşsəniz, saat 09:00-dan 21:00-dək dəstək komandamızın çatına elə testi keçdiyiniz səhifədən yaza bilərsiniz. İmkan daxilində probleminizi tez həll etməyə çalışacağıq. Əgər testi 18:00-dan sonra keçsəniz və dəstək komandamızın çatında cavab almasanız, [email protected] e-mail adresinə yazın.

🤓Son hazırlıqlar
Testin demosunu keçin və hazırlıq marafonunun materiallarını təkrarlayın. (Linklər yuxarıda qeyd edilib.) Testə başlamazdan internetinizin stabilliyini yoxlayın və bütün fonda olan proqramların bağlı olmasından əmin olun.

Əgər marafon sualları ilə tanış olub lazımı materialları təkrarlamısınızsa, mütləq testi asanlıqla keçə biləcəksiniz. Və unutmayın ki, bu testdən keçə biləməsəniz belə, hazırlaşaraq gələcək Akademiyaya müraciət edə bilərsiniz.

Hər kəsə uğurlar! 🤗

25/05/2022

📢 Qeydiyyatın bitməsinə 3 gün qaldı

👩🏻‍💻Binary Studionun yay Akademiyasına qəbul olmaq üçün son 3 gün qaldı, dostlar.

Real layihə və komanda təcrübəsi qazanaraq qısa müddətdə JavaScript biliklərini dərinləşdirib Full-stack proqramçı olmaq istəyirsənsə, Akademiyaya qəbul olmaq fürsətini qaçırma. 🔥

Akademiya sizə nə qazandıracaq?
✅Müasir framework və alətlərdən biri olan "JS"i tam mənimsəmək şansı
✅Maraqlı ev tapşırıqları ilə mühazirələrdən əldə olunan nəzəri bazanın praktikada möhkəmləndirilməsi
✅Mentorların nəzarəti altında portfolionuz üçün veb və ya mobil tətbiqlərin hazırlanması
✅İş imkanı və sertifikat

⚡️Tələblər
▫️Intermediate / Pre intermediate səviyyəsində ingilis dili biliyi
▫️İT ixtisaslı olmaq və ya baza biliklərə sahib olmaq
▫️İstək və çalışqanlıq 💪

Qeydiyyat üçün keçid al - https://bit.ly/3KKS7JW

24/05/2022

Hey dostlar 👋
Akademiyamızın tələbələrinin 2021-ci ildə üzərində işlədiyi layihələr haqqında danışmağa davam edirik. ✌️

Bu gün .NET trekinin tələbələrinin üzərində işlədiyi “Perflow” layihəsindən bəhs etmək istəyirik.

«Perflow - istifadəçilərə öz playlistlərini yaratmağa, həmçinin tematik müsiqi toplularını dinləməyə imkan yaradan platformadır.

Veb- tətbiqin köməyi ilə istifadəçi müsiqini müxtəlif keyfiyyətdə dinləyə bilər, onu dostları ilə bölüşə bilər, həmçinin mahnıları tanımaq funksiyasından da istifadə edə bilər. Bundan əlavə olaraq məlumatları sinxronizasiya edən Shazam-a bənzər mobil tətbiq də mövcuddur.

📌İstifadə olunan texnologiyalar: .NET 5, Entity Framework Core 5.0, MSSQL, Azure Blob Storage, Firebase, Dapper, MediatR Ocelot API Gateway, SignalR, RabbitMQ, ffmpeg, Angular, Semantic UI, SASS.

Qeydiyyat üçün son 4 gün - https://bit.ly/3KKS7JW

23/05/2022

🔥Akademiyamızın gənc, istedadlı və peşəkar mentoru Vladislav Zubko ilə sizi tanış etmək istəyirik.

Vladislav Full-Stack Developerdir və Binary Studio Academy-nin texnini və komanda rəhbəridir.

O, İT sahəsinə daxil olan kimi mentorluğa başlayıb, çünki bunun özünü inkişaf etdirməyin ən sürətli və maraqlı yolu olduğunu düşünür. “HTMLAcademy” və bir neçə digər təlim və mentorluq platformalarının yaradıcısı və eks-rəhbəridir. Əlavə olaraq Vlad “Yeni başlayanlar üçün mentorluq” kursunun banisidir

Vlad bu illər ərzində 0-dan başlayaraq özünü inkişaf etdirən və İT sahəsində ilk işlərini tapan 300-ə yaxın tələbəyə mentorluq edib.

👏🏻Onun ən çox qürur duyduğu layihəsi, hər gün 100k-dan çox insanın istifadə etdiyi Binary Studio Academy-nin saytı və podkastlarıdır. (https://bsa-cast.com/)

Vladislavın ən çox sevdiyi layihəsi isə özü üçün yaratdığı - https://whatislove.dev - dir.❤️
Saytın adı təsadüfən “what is love” deyil. Məsələ burasındadır ki, Vladislavın adını bu cür tələffüz ermək xaricilər üçün daha asandır, o isə bundan narazı deyil.
Bu arada, saytda olan gizli tapmacanı kim tapsa, müəllifdən nəsə qazanacaq 😉

✍🏻Vladın həyat fəlsəfəsini əks etdirən və ən çox sevdiyi sitat - Bir şeyi bütövlükdə mənimsəməyin tək yolu, başqasına həmin şeyi öyrətməkdir.

Nə vaxtsa motivasiyaya ehtiyacınız olsa, mentorumuz sizə ən çox sevdiyi filmi - “Miracle” (2004) izləməyi tövsiyə edir.

Vladislav kimi uğurlu və peşəkar mentorlarımızla işləmək üçün akademiyaya qeydiyyatdan indi keçin.

Qeydiyyat üçün keçid al - https://bit.ly/3KKS7JW

🗓Son müraciət tarixi - 27 may

Безкоштовні онлайн курси з програмування | Binary Studio Academy 19/05/2022

Qeydiyyatdan keçməyə son 1 həftə qaldı 👀

Akademiyaya qəbul olmaq istəyən hər kəs, 27 may tarixinə kimi qeydiyyatdan keçməyə tələsin. 🧑🏻‍💻

Akademiya sizə nə qazandıracaq?
✅Müasir framework və alətlərdən biri olan "JS"i tam mənimsəmək şansı
✅Maraqlı ev tapşırıqları ilə mühazirələrdən əldə olunan nəzəri bazanın praktikada möhkəmləndirilməsi
✅Mentorların nəzarəti altında portfolionuz üçün veb və ya mobil tətbiqlərin hazırlanması

⚡️Tələblər
▫️Intermediate / Pre intermediate səviyyəsində ingilis dili biliyi
▫️İT ixtisaslı olmaq və ya baza biliklərə sahib olmaq
▫️İstək və çalışqanlıq 💪

🧑🏻‍💻İndi qeydiyyatdan keç və artıq payızda İT sahəsində uğurlu karyeraya başla!

Qeydiyyat üçün keçid al - https://bit.ly/3KKS7JW

Безкоштовні онлайн курси з програмування | Binary Studio Academy Стань впевненим full-stack розробником за 2,5 місяці - навчись створювати складні веб-додатки на JS, .NET, Mobile або QA!

18/05/2022

👋 Salam, dostlar! Akademiyanın əvvəlki illərdən məzunları ilə qısa müsahibəmizi sizinlə bölüşürük.

Akademiyaya necə qəbul oldular, təlimlər necə keçdi və bitirdikdən sonra nələr oldu❓ Bütün bu suallara videoda ukraynalı proqramçılarımız cavab verir.
Onların sırasına sən də qoşulmaq istəyirsənsə, indi qeydiyyatdan keç - https://bit.ly/3KKS7JW

⚠️Qeydiyyatın bitməsinə çox az qaldı.
📅 Son tarix: 27 may

Photos from Binary Studio Academy Azerbaijan's post 16/05/2022

Binary Srudio Academy 2022-nin cədvəlini diqqətinizə təqdim edirik 👀

📌29.06 - Akademiyanın startı
Şirkətlə tanış olun və ilk mühazirələri dinləyin.

📌29.06 - 29.07 - Onlayn mühazirələr
Mühazirələrə qulaq asaraq verilən tapşırıqları yerinə yetirin.

📌05.08 - 16.09 - Layihə
SCRUM metodologiyasını istifadə edərək komanda yoldaşlarınla 0-dan MVP səviyyəsində veb tətbiq hazırlayın.

📌17.09 - DEMO
Layihənizin Demosunu onlayn şəkildə təqdim edin, diplom və iş təklifi imkanı əldə edin.

Xatırladaq ki, qeydiyyat davam edir, dostlar ✌️
Qeydiyyat linki - https://bit.ly/3KKS7JW

Photos from Binary Studio Academy Azerbaijan's post 10/05/2022

Salam dostlar! 👋Ağlınızda Akademiyaya qəbul mərhələsi və tarixlərlə ibağlı suallar varsa, gəlin aydınlaşdıraq. 🤓

Akademiyaya qəbulun ilk addımı qeydiyyatdan keçməkdir. 🏃🏻‍♂️
14.04 - 27.05 - tarixləri arasında qeydiyyatdan keçə bilərsiniz.
Xatırladaq ki, hazırda QEYDİYYAT DAVAM EDİR 📝

🏁Qeydiyyatdan keçdikdən sonra Akademiyaya qəbul üçün sizi 3 mərhələli seçim etapı gözləyir.

1️⃣ - 28.05 və 31.05 tarixlərindən birində İT biliklərinizi yoxlayan testdən keçməlisiniz.

❗️Diqqətinizə çatdırmaq istəyirik ki, əgər İT bilikləriniz bu testsən keçməyə yetərli deyilsə, gələn Akademiyaya hazırlaşa bilərsiniz. Bilməli olduğunuz material və qaynaqlar qeydiyyatı keçdikdən sonra aktivləşən hesabınızda yerləşdirilib. Həmçinin hazırlıq üçün bloqumuzda hər zaman fərqli marafonlar və məlumatlar paylaşılır.

Testi uğurla keçdikdən sonra 2-ci mərhələyə keçid alırsınız. 🤩

2️⃣- 03.06 - 14.06 tarixləri arasında 3 mühazirəni dinləyərək sizə verilən tapşırığı yerinə yetirməlisiniz.

Bu tapşırığı da uğurla yerinə yetirdikdən sonra qalır ən asan addım - Necə möhtəşəm insan olduğunuzu HR-mıza danışmaq. 😄 O isə öz növbəsində sizə Akademiya və komandamızla bağlı məlumatlar verir. Yəni 3️⃣- 29.06-29.07 tarixləri arasında 15 dəqiqəlik qısa müsahibədən keçirsiniz.

Bununla da Akademiyamızın sıralarıma qoşularaq həyatınızın ən səmərəli, intensiv və maraqlı dönəminə qədəm qoyursunuz 🥳

Sonda isə sizi sertifikat və iş imkanı gözləyir. ✨

Hələ qeydiyyatdan keçməmisənsə, link 🔗 https://bit.ly/3KKS7JW

Photos from Binary Studio Academy Azerbaijan's post 07/05/2022

Binary Studio Academy 2022-yə necə qoşula bilərsən ❓

1. 📝Qeydiyyatdan keçərək 3 hissəli seçim mərhələsinə qoşul

2. 🧑🏻‍💻Seçim mərhələsinin birinci hissəsində verilən testdən keç

3. ✅İkinci hissəsində 3 mühazirə sonrası verilən tapşırığı yerinə yetir

4. 🤞Üçüncü hissəsində qısa müsahibədən keç və...

AKADEMİYAMIZIN SIRALARINA QOŞUL! 🎉

Qeydiyyat linki 🔗 https://bit.ly/3KKS7JW

04/05/2022

👋Dostlar, Binary Academy 2021 layihələri haqqında danışmağa davam edirik!

Bu gün biz Akademiya tələbələrinin ötən il üzərində işlədikləri .NET layihələrindən birini sizinlə paylaşırıq.

❕Scout işə qəbulu sürətləndirmək, HR proseslərini avtomatlaşdırmaq, işçi məlumatlarını mərkəzləşdirmək, məzuniyyətləri idarə etmək, işçilərin məşğulluğunu izləmək və onların fəaliyyətini qiymətləndirmək üçün ağıllı HR platformasıdır.

Xidmətin bir xüsusiyyəti də CV-nin təhlili üçün “Machine Learning”li sistemin istifadəsidir. 👀 Məsələn, namizəd öz CV-ni pdf faylında göndərir, sistem onun adını, bacarıqlarını, təcrübəsini, hobbilərini avtomatik olaraq tanıyır və onları cədvəldə sistemli şəkildə çeşidləyir.

📁Texnologiyalar toplusu: http://ASP.NET Core, Entity Framework Core, MSSQL, Elasticsearch, Dapper, SQL, MongoDB, CQRS, Docker, AWS, Amazon S3, Amazon Comprehend, Amazon Texttract, JWT, SMTP, Vault by Hashicorp, TS , Angular, Angular Material, CCSS, MediatR, GitHub Actions.

Photos from Binary Studio Academy Azerbaijan's post 03/05/2022

İT sahəsində karyera qurmaq istəyən hər kəsin akademiyaya qəbulunu asanlaşdırmaq məqsədilə 💫AKADEMİYAYA HAZIRLIQ MARAFONUNU başladırıq. 🏁

❓Marafonda nə edəcəyik?

- Keçən testlərdən nümunələri aydınlaşdıracağıq
- Yeni testlərə hazırlaşacağıq : JS, .NET, Mobile və QA üzrə

❓Marafonun formatı necə olacaq?

Hər həftə bloqda 2 sualı sizinlə bölüşəcəyik. Suallardan 1-i seçim mərhələsində verilən testdə qarşınıza çıxan sualın bənzəri olacaq. Həmin sualın düzgün cavabı ətraflı şəkildə izah olunacaq.

❕Əlavə olaraq akademiyaya qəbulun 2-ci mərhələsinə hazırlaşmağınız üçün "Weekly Challenge" edəcəyik. 3 mühazirəni dinlədikdən sonra sizə tapşırıq veriləcək.

👉Tapşırıqlar bir qayda olaraq çərşənbə günləri veriləcək və cavabı 1 həftə sonra ətraflı şəkildə video formatda yerləşdiriləcək.

❓Bu marafon kimə faydalı olacaq?

Akademiyaya qəbula daha yaxşı hazırlaşmaq istəyən və keçən ilki tapşırıqlar üzrə nümunələrə baxaraq təcrübəli proqramçıların onları necə həll etdiyi öyrənmək istəyən hər kəsə!

🏃🏻‍♂️İlk tapşırıqları yerinə yetirmək üçün saytdakı bloqumuza daxil olun!

🔗Bloqa daxil olmaq üçün - https://bit.ly/39ALSeb

🔗Binary Studio Academy 2022-ə qeydiyyatdan keçmək üçün - https://bit.ly/3KKS7JW

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Baku
Baku