26/12/2024
Qazaxıstanın Aktau şəhərində baş verən dəhşətli təyyarə qəzası qəlbimizi dərin hüznlə sarsıtdı. Həlak olanlara Uca Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarına qovuşmalarını arzu edir, ailələrinə və yaxınlarına səbr diləyirik.
Bu acı yalnız onların deyil, hamımızın ürəyində ağır bir yükdür. Allah belə faciələri bir daha bizə, xalqımıza yaşatmasın, inşAllah!
STİMUL Təhsil Mərkəzi
09/11/2024
Bu gün Dövlət Bayrağı Günüdür.
Üç rəngli bayrağınla məsud yaşa Azərbaycan!
Dövlət Bayrağı Gününüz mübarək!
18/10/2024
Bu gün 18 Oktyabr, Müstəqilliyin bərpası günüdür.
Müstəqilliyin əbədi olsun, can Azərbaycan!
27/09/2024
Şəhidlərimizi ehtiramla anırıq!
Qəhrəmanlar can verir,
Yurdu yaşatmaq üçün.
26/06/2024
Bu gün 26 iyun – Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə bütün zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri və matrosları təbrik edirik. Vətən naminə müqəddəs və şərəfli xidmətlərində hər birinə uğurlar arzulayırıq.
Ərazi bütövlüyümüzü bərpa edən silahlı qüvvələrimizlə qürur duyur, qazilərimizə can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirik!
🇦🇿
28/05/2024
106 il əvvəl bu gün, 28 may tarixində ölkəmizin müstəqilliyini əldə etdik!
Müstəqillik Günümüz mübarək! 🇦🇿
09/05/2024
9 may Faşizm üzərində Qələbə Günüdür.
Azərbaycan xalqı böyük əzm və şücaət göstərərək tarixi qələbəyə önəmli töhfələr vermişdir.
Qələbə günü münasibəti ilə veteranlarımızı təbrik edir, Qələbə sevincini xalqımıza yaşadan qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad edirik!
10/04/2024
Bu gün müsəlman dünyası Ramazan Bayramını qeyd edir. Soydaşlarımızı və bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.
Allah etdiyinizi ibadətinizi və dualarınızı, tutduğunuz orucunuzu qəbul etsin, inşAllah!
Ramazan Bayramınız mübarək!
31/03/2024
Bu gün, 31 Mart Azərbaycanlıların Soyqırımı günüdür.
🇦🇿
20/03/2024
Bahar ölkəmizə qədəm qoyur. Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Baharın Azərbaycan torpağına builki gəlişi daha fərqli şəkildə qeyd edilir. Çünki ərazi bütövlüyümüzün bərpası ilə bayramlarımız da daha ürəkdən, təmtərahla qeyd edilməyə başlayıb.
Bütün həmvətənlərimizi, soydaşlarımızı, Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzulayırıq.
12/03/2024
Bu gün Novruzun çərşənbələrindən üçüncüsü yurdumuza qədəm qoyur. Xalq arasında ona Yel çərşənbəsi, Külək çərşənbəsi, Hava çərşənbəsi, Yelli çərşənbə, Küləkoyadan çərşənbə deyirlər.
Yel Çərşənbəniz mübarək!
🇦🇿
11/03/2024
11 ayın sultanı Ramazan ayı xoş gəldi. Evlərimizə bərəkət gətirməsi diləyi ilə hər kəsin Ramazan-ı Şərifləri xeyirli-uğurlu olsun.
Ramazan ayının başlanması bütün müsəlman bacı və qardaşlarımız üçün böyük sevinc və həyəcan mənbəyidir.
Ramazan ayı qəlbinizə rahatlıq, ruhunuza şəfa olsun, dualarınız qəbul olsun, Ramazan ayınız mübarək olsun.