07/03/2021
Bugünkü mövzumuz samit səslərdir. Gəlin bu haqda daha geniş məlumat sahibi olaq.
🖇️Samitlər maneəli tələffüz olunan səslərdir. Səs tellərinin fəal və qeyri-fəal iştirakına görə samitlər iki yerə bölünür:
Cingiltili b c d g ğ - j q l m n r v y z
Kar p ç t k x ş k' - - - - f x' s
🖇️ Azərbaycan əlifbasında 23 samit hərf, 25 samit səs var.
🖇️ Cingiltili samitlərin tələffüzü zamanı səs telləri fəal iştirak edir. Buna görə də küylə yanaşı avaz da olur.
Kar samitlərin tələffüzündə səs telləri iştirak etmədiyi üçün yalnız küydən ibarət olur.
📍Məlumat:
[l], [m], [n], [r] samitləri sonor samitlər adlanır.
[m], [n] samitlərinin tələffüzündə hava axını burun boşluğundan çıxdığı üçün burun samitləri də adlanır.