14/08/2024
Abituriyenlərə seçim üçün yardımçı olmaq istəyən süni intellekt hardan bilsin ki,
- Fatmanın azrusu konkret ixtisas yox - ADNSU -da oxuduğu üçün hər gün 28 MALL -da kofe içib çəkil palyaşa bilməkdi
- Sumqayıtda yaşayan Həsənin SDU -da arzusunda olduğu ixtisasa düşmə şansı ola-ola o Bakıda heç dəxlisi olmayan bir ixtisasa da razıdı ki, təki, Bİləcəridən bu tərəfə keçsin ... Bakı havası udmaq istəyir
- Nisənin anası dirəşib ki, ən dəxlisiz ixtisas olsada təki UNEC olsun, Soruşsan heç mənasını da bilmir. NƏ qədər düzəliş etsən də ki, onun adı İqtisad Universitetidi, UNEC deeməkdə davam edəcək. Çünki, azrusu sabah evə gələn elçilərə ağız dolusu pafosla qızım UNEC-i bitirib - deməkdir.
- Abdulla kişi konkret universitet adı çəkib başqalarını bəyənmir. Ən son bezib etiraf edir ki, bizim əmioğlu orda vəzifədədi, dedi uşağı gətir oxutmağı mənlikdi,
- İki qızı da zəif bal toplayan atanın tək dərdi - uşağın hara girməsi yox, heç olmazsa birini pulsuz oxutmaqdı.
- Xırdalanın probkasından qorxan Ayşə xala, uşağın qış vaxtı gecə gedib gəlməsinin çətinliyini düşünüb BMU- nu bəyənmir.
- Qaçqınkom ancaq Dövlət Universitetində təhsil alanların təhsil haqqını ödədiyi üçün,qaçqın və məcburi köçkünlərin uşaqlarının çoxu ATMU -nu seçir
- Vaxtilə özü ABU -da əyri yollarla tələbə kimi qeydiyyata düşən Məmməd indi özəl universitetin adı gəldikdə canına qaşınma düşür.........
Bax bu məqmada robot EROOR! verdi ..... :)