Sensor İnteqrasiya

Sensor İnteqrasiya

Share

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi

Photos from Sensor İnteqrasiya's post 13/02/2023

Sensor İnteqrasiya layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi VI Qrant müsabiqəsində qalib olan layihələr sırasında 96 nömrəli tam orta məktəbin Sensor İnteqrasiya layihəsi də vardı. Layihə bu tədris ilinin oktyabr ayından həyata keçirilməyə başlayıb. Layihə çərçıvəsində ətrafdan alınan duyğu siqnallarında problemləri olan, öyrənmə çətinliyi, diqqət dağınıqlığı olan şagirdlər 15 terapiya məşğələləri çərçivəsində korreksiya dərslərinə cəlb edilib, terapiyaların aparılması üçün məktəbdə duyğu bütünləmə otağı yaradılıb, layihənin davamlılığını təmin etmək məqsədi ilə metodiki vəsait hazırlanıb və məktəbin 12 ibtidai sinif müəllimi təlimlərə cəlb edilib.
13.02.2023-cü il tarixdə məktəbin akt zalında 4 ay davam edən layihənin bağlanış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə layihə rəhbəri, məktəbin direktoru Mehriban Hacıyeva açıb. O öz çıxışında 4 ay ərzində görülmüş işlərdən və əldə edilmiş müsbət nəticələrdən danışıb. Daha sonra layihənin təlimçisi Toğrul Eyyublu, məktəbin psixoloqu Sevinc Abdullayeva, layihənin keçirilməsində öz fikirləri və əməkdaşlığı ilə yaxından dəstək olmuş müəllim Təranə Möhsünova çıxış ediblər. Məktəbin layihə çərçivəsində təlimlərə cəlb edilmiş ibtidai sinif müəllimləri və övladları terapiya məşğələləri keçmiş valideynlər də tədbirdə öz təəssüratlarını bölüşüblər. Hətta oyun məşğələlərinə böyük həvəslə qatılmış bəzi şagirdlər də layihəni həyata keçirənlərə öz təşəkkürlərini bildiriblər. Sonda məşğələlər zamanı çəkilmiş video materiallar nümayiş etdirilib və xatirə şəkli çəkilib.

Photos from Sensor İnteqrasiya's post 06/01/2023

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olmuş Sensor İnteqrasiya ( Duyğu bütünləmə) layihəmiz çərçivəsində dərc olunmuş buklet və təlim vəsaitimiz!
Təhsilimizə xeyirli-uğurlu olsun!

27/12/2022
Photos from Sensor İnteqrasiya's post 27/12/2022

Qalib layihəmiz çərçivəsində 11,12 və 13-cü terapiya məşğələləri keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində məktəb nominasiyası üzrə qalib olan layihəmiz Sensor İnteqrasiya (Duyğu bütünləmə) layihəsi çərçivəsində 11, 12 və 13-cü terapiya məşğələləri keçirilib. Məşğələlər boyunca şagirdləri müşayət edən valideynlər görülən işlərdən məmnun qalıblar. Həm müəllimlər, həm də valideynlər duyğusal və motor problemi olduğu üçün layihəyə cəlb edilmiş bu şagirdlərdə terapiyalar müddətində hiss ediləcək qədər mühim korreksiya müşahidə olunduğunu vurğulayıblar. Layihə rəhbəri Mehriban Hacıyeva son məşğələlərdə uşaqlarla keçirilən öyrədici aktivitələri onlarla birgə yerinə yetirib və müəllimləri ilə birgə xoş sözlər söyləyərək onları öyrənməyə həvəsləndirib.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Sulh Küç 32
Baku