Bayramınız mübarək! 🌸
Novruzun hər evə sevinc, süfrələrə bərəkət, qəlblərə isə xoşbəxtlik gətirməsini arzulayıram. ✨
Qaradağ rayon 350 nömrəli tam orta ümumtəhsil məktəbi
Ünvan Qobupark 2
Novruz bayramı münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirilmişdir.
Tədbir çərçivəsində şagirdlər milli adət-ənənələrimizi əks etdirən çıxışlar etmiş, şeirlər səsləndirmiş və səhnəciklər nümayiş etdirmişlər.
Keçirilən tədbirin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, xalqımızın zəngin mədəni irsinin təbliği olmuşdur.
Novruz bayramınız mübarək!🌸🪻🌷
19/03/2026
Məktəbəhazırlıq qrupunda Novruz bayramı münasibətilə şənlik təşkil edilmişdir.
Tədbir zamanı balaca fidanlar milli adət-ənənələrimizi əks etdirən şeirlər səsləndirmiş, mahnılar ifa etmiş və maraqlı səhnəciklərlə çıxış etmişlər.
Şənlikdə Novruzun əsas atributları – səməni, bayram süfrəsi və milli dekorasiyalar xüsusi yer almış, uşaqlarda bayram ab-havası yaradılmışdır.
Keçirilən tədbirin əsas məqsədi uşaqlara milli-mənəvi dəyərlərimizi aşılamaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və qədim ənənələrimizi sevdirmək olmuşdur.
Sonda uşaqlar bayram münasibətilə təbrik edilmiş, onlara xoş arzular bildirilmişdir.
17/03/2026
Uşaq Birliyi Təşkilatının "Fəallar Dəstəsi" nin təşkilatçılığı ilə milli dəyərlərimizin təbliğinə həsr olunmuş, papaqatdı ənənəsi və rəngarəng bədii çıxışlarla müşayiət olunan Novruz bayramı şənliyi təşkil edildi.
Əziz şagirdlər, hörmətli müəllimlər !
Sizi Uşaq Birliyinin Təşkilatının "Fəallar Dəstəsi" tərəfindən təşkil olunan, milli adət-ənənələrimizi yaşadan və gələcək nəsillərə sevdirən münasibətilə səmimi qəlbdən təbrik edirik.
Bu əziz bayram münasibətilə keçirilən tədbirdə uşaqlarımızın papaqatdı ənənəsini canlandırması, maraqlı və rəngarəng çıxışlarla çıxış etməsi ruhunu daha da canlandırmış, hər kəsə sevinc və xoş əhval bəxş etmişdir.
Qoy bayramı hər birinizin evinə bolluq, bərəkət, sevinc və uğur gətirsin.
Bahar bayramınız mübarək, süfrələriniz daim bol ruzili, ürəkləriniz isə sevgi ilə dolu olsun!
17/03/2026
🌱🍀🌿🏵️🌸🪻💮🌺🌷☀️💫✨
İlaxır çərşənbə münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və bol ruzi-bərəkət arzulayırıq.
Bu əziz günün hər bir ocağa sevinc, hər bir ürəyə ümid və xoşbəxtlik gətirməsini diləyirik.
Tonqallarınız daim gur yansın, arzularınız həyata keçsin.
Bayramınız mübarək!
16/03/2026
16/03/2026
16/03/2026
Məlum olduğu kimi, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://e-gov.az/az/services/read/2516/2 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Keçmiş məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Gəncə, Şəmkir və Lənkəran şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə" adlandırılıb və “keçid” qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır.
14/03/2026
Voleybol idman növü üzrə 2013-2015-ci il oğlanlar arasında "Novruz bayramı" na həsr olunmuş məktəblilərin birinciliyi keçirilmişdir.
Məktəbimizin oğlanlardan ibarət komandası lll yerə layiq görülmüşdür.
Komanda üzvlərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.
14/03/2026
Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsinin qalibləri açıqlanıb.
Məktəbimizin 10 -cu sinif şagirdi Ayan Abdullayeva ölkə turunda iştirak hüququ qazanmışdır.
Onu təbrik edir və uğurlar arzulayırıq.
14/03/2026
“Ən Yaxşı Təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi yekunlaşıb
🔊 Ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi regionlar üzrə uğurla başa çatıb.
✅ Müsabiqənin rayon-şəhər mərhələsində regionlar üzrə ümumilikdə 3182 nəfər qeydiyyatdan keçərək iştirak edib. İştirakçılar öz təqdimat bacarıqlarını nümayiş etdiriblər və onlardan 107 nəfər uğur qazanaraq ölkə mərhələsinə vəsiqə qazanıb.
📌 Qeyd edək ki, müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır. Bununla bağlı ətraflı məlumat iştirakçı şagirdlərə Regional Təhsil İdarələri tərəfindən təqdim olunacaq.
ℹ️ Məlumat üçün bildirək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunur və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.
✨ Ölkə mərhələsinə vəsiqə qazanan bütün şagirdlərə uğurlar arzulayırıq!
13/03/2026
Məktəb psixoloqu Çiçək Cabbarova 11-ci sinif şagirdləri ilə imtahanöncəsi psixoloji dəstək görüşü keçirdi.
11-ci sinif şagirdlərinin imtahanlara daha inamlı və rahat hazırlaşmalarını təmin etmək məqsədilə məktəbin psixoloqu ilə görüş təşkil olundu.
Görüş zamanı imtahanöncəsi stressin azaldılması, motivasiyanın artırılması və düzgün psixoloji hazırlıq mövzusunda şagirdlərlə söhbət aparıldı.
Həmçinin şagirdlərin psixoloji vəziyyətini müəyyən etmək məqsədilə test və sorğular keçirildi.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Qaradağ Rayonu Qobu Park 2
Baku
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |