UNEC-Azərbaycan Maliyyə-İqtisad Kolleci

UNEC-Azərbaycan Maliyyə-İqtisad Kolleci UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil almaq istəyən namizədlər üçün qeydiyyat prosesi davam e...
14/08/2026

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil almaq istəyən namizədlər üçün qeydiyyat prosesi davam edir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿Ana dilimiz – milli varlığımızın, mənəvi sərvətimizin və dö...
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür! 🇦🇿

Ana dilimiz – milli varlığımızın, mənəvi sərvətimizin və dövlətçilik tariximizin ən möhkəm təməlidir. Əlifbamızın və dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur.
Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, dilimizə və milli dəyərlərimizə hər zaman sadəqət arzulayırıq!





💙
01/08/2026

💙

29/07/2026

Əlavə təhsil üzrə təhsil haqqının ödənilməsi qaydası ilə bağlı ətraflı məlumat bu videodadır.

Videonu izləyərək ödəniş prosesini addım-addım öyrənə bilərsiniz. Mövzu ilə bağlı suallarınızı şərh bölməsində yaza və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə RSM Azərbaycan MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.Bu əmə...
22/07/2026

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə RSM Azərbaycan MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu əməkdaşlıq memorandumu təhsil və biznes arasında səmərəli tərəfdaşlığın inkişafına xidmət edir.

RSM Azərbaycan audit, vergi, konsaltinq və mühasibatlıq xidmətləri sahəsində fəaliyyət göstərən, beynəlxalq RSM şəbəkəsinin üzvü olan aparıcı peşəkar xidmət şirkətlərindən biridir.

Şirkətin geniş təcrübəsi və beynəlxalq yanaşması tələbələrin peşəkar inkişafına mühüm töhfə verəcək.

Əməkdaşlıq çərçivəsində tələbələrin audit, mühasibatlıq, vergi və konsaltinq sahələrində praktik bilik və bacarıqlarının artırılması, seminar və master-klassların təşkili, istehsalat təcrübəsi imkanlarının yaradılması, beynəlxalq təcrübənin paylaşılması və karyera imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Bu tərəfdaşlıq əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq....
21/07/2026

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. Qələminiz daim həqiqətin səsi olsun! 🇦🇿🖋️

20/07/2026

"AzMİK-də Əlavə Təhsil" rubrikamızda bu gün tələbəmiz Tərlan Mansurovu dinlədik🔉Sizdə yeni biliklər qazanmaq istəyirsinizsə kollecimizdə əlavə təhsil almağa tələsin!📚

18/07/2026

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil proqramları üzrə sənəd qəbulu prosesi davam edir.

Bu proqramlar mövcud ixtisasını təkmilləşdirmək və ya yeni peşə istiqaməti seçmək istəyən şəxslər üçün nəzərdə tutulub.

Cari tədris ili üçün sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:
- Bank işi;
- Maliyyə işi;
- Mühasibat uçotu;
- Vergi işi;
- Sosial iş.

Ətraflı: https://muallim.edu.az/maliyye-iqtisad-kollecinde-elave-tehsil-uzre-qeydiyyat-davam-edir

Address

Yusif Məmmədəliyev 8
Baku
1005

Alerts

Be the first to know and let us send you an email when UNEC-Azərbaycan Maliyyə-İqtisad Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UNEC-Azərbaycan Maliyyə-İqtisad Kolleci:

Share