Technest

Technest “Technest” Təqaüd Proqramın əsas məqsədi İKT sahəsində kadrlar yetişdirməkdir.

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzun hər bir üzvünü təbrik edir, vətənin keşiyind...
26/06/2024

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə müzəffər ordumuzun hər bir üzvünü təbrik edir, vətənin keşiyində qəhrəmancasına dayandıqları üçün onlarla fəxr edirik! 🇦🇿

20/06/2024

🤖🇦🇿 Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib!

🏆8-9 iyun 2024-cü il tarixlərində Bakı İdman Sarayında yeniyetmə və gənclər robot döyüşü, dron, aviamodelizm, innovasiyalar, robot futbolu və məktəbli kateqoriyalarında mübarizə aparıblar.

Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Technest” təqaüd proqramının dəstəyi ilə təşkil olunub. 250-dən çox iştirakçı arasında hər kateqoriya üzrə qaliblər müəyyən edilib və mükafatlandırılıb. 🎉

🚀Qaliblər cari ilin avqust ayında Hindistanın Paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında ölkəmizi təmsil edəcəklər.

Gələcəyin texnologiya liderləri ilə fəxr edirik və onlara uğurlar arzulayırıq! 🚀

Paylaşmaq, bölüşmək sevinci artırır, üzlərdə təbəssüm yaradır. Bölüşmək simvolu olan Qurban bayramında bütün üzlər sevin...
16/06/2024

Paylaşmaq, bölüşmək sevinci artırır, üzlərdə təbəssüm yaradır. Bölüşmək simvolu olan Qurban bayramında bütün üzlər sevincli, qəlblər ümidli olsun!

Tarixdə elə hadisələr olur ki, bu hadisələr tarixin bütün gedişatını dəyişir, onu nizama salır və gələcəyə, işıqlı sabah...
15/06/2024

Tarixdə elə hadisələr olur ki, bu hadisələr tarixin bütün gedişatını dəyişir, onu nizama salır və gələcəyə, işıqlı sabahlara hazırlayır. 31 il əvvəl Ulu Öndər Heydər Əliyevin qayıdışı bizim üçün məhz buna görə əhəmiyyətlidir! Milli Qurtuluş Günü münasibətilə bütün xalqımızı təbrik edir, işıqlı sabahlarımızın daimi olmasını diləyirik!

📣 Dil biliklərini inkişaf etdirmək istəyənlərə möhtəşəm xəbərimiz var!Növbəti   -də bizə qoşularaq ingilis dili üzrə dan...
14/06/2024

📣 Dil biliklərini inkişaf etdirmək istəyənlərə möhtəşəm xəbərimiz var!
Növbəti -də bizə qoşularaq ingilis dili üzrə danışıq qabiliyyətinizi inkişaf etdirə bilərsiniz.

🗓️ 25 iyun, saat 19:30-da keçiriləcək -da əyləncə və inkişaf Sizi gözləyir!

• İngilis dili B1-B2 səviyyələri üzrə mövzu:
and
• Ünvan: ARI Beynəlxalq Təhsil Mərkəzi

🔗 Qeydiyyat üçün link:
https://forms.gle/n17TPFP9GzhUmi5W7

13/06/2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva “Founders Academy” proqramı və onun qarşıdan gələn ikinci dalğası haqqında öz fikirlərini bölüşüb.

“Founders Academy” proqramının ikinci dalğası İRİA-nın təşəbbüsü və “PASHA Holding”in sponsorluğu ilə “Future Education” şirkəti tərəfindən həyata keçirilir.

Proqram müddətincə nəqliyyat və qonaqlama xərcləri “Future Education” tərəfindən qarşılanacaq. Son müraciət tarixi: 16 iyun, 19:00.



Chairperson of the Innovation and Digital Development Agency (IDDA), Inara Valiyeva, has shared her thoughts and insights about the Founders Academy program and its upcoming second cohort.

The second cohort of the Founders Academy program is organized by IDDA and sponsored by PASHA Holding, in collaboration with Future Education.

Transportation and accommodation expenses will be covered by Future Education during the program. The application deadline is June 16, 5 p.m. CET.

Link: https://airtable.com/appA3lXCvDqVoeG1R/pag0fUYooITosQmSy/form

📝Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimləri keçirilir.👨🏻‍🎓Təlimlər İRİA və AİKTSA-nın birgə təşkilatçılığı ilə “T...
12/06/2024

📝Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimləri keçirilir.

👨🏻‍🎓Təlimlər İRİA və AİKTSA-nın birgə təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində baş tutub və müxtəlif media qurumlarından olan 30-dan çox jurnalist cəlb olunub.

👨‍💼İRİA-nın nümayəndələri də təlimdə çıxış edərək ekosistemdə və rəqəmsal mühitdə ən yeni çağırışlar, tendensiyalarla bağlı təqdimat ediblər.

🎯Layihənin əsas məqsədi jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir. 2 ay davam edən əyani və praktiki dərslərin sonunda sertifikat da təqdim olunacaq.

🤗Technest bir çox gəncin həyatına toxunur və onlardan biri də internat tələbəsi olan Zəhra Məmmədovadır. 🛣️Onu Technest-...
11/06/2024

🤗Technest bir çox gəncin həyatına toxunur və onlardan biri də internat tələbəsi olan Zəhra Məmmədovadır.

🛣️Onu Technest-ə aparan yolu səninlə də bölüşmək istədik. Karuseli sola çevir, Zəhranın hekayəsini oxu və sən də öz həyatının qəhrəmanına çevrilə biləcəyinə inan.

🚀 Yeni bir dil kəşf etmək həyata unikal perspektivlər üçün qapılar açır! Qarşıdan gələn   -imiz də dil bacarıqlarınızı ...
10/06/2024

🚀 Yeni bir dil kəşf etmək həyata unikal perspektivlər üçün qapılar açır!
Qarşıdan gələn -imiz də dil bacarıqlarınızı inkişaf etdirmək üçün əla fürsətdir!

🗓️ 14 iyun, saat 19:30-da keçiriləcək -u qaçırmayın! Gəlin birlikdə öyrənək və əylənək!!

• Alman dili A1-A2 səviyyələri üzrə mövzu:
und des Lebens in einer • Ünvan: ARI Beynəlxalq Təhsil Mərkəzi

🔗 Qeydiyyat üçün link:
https://forms.gle/V1sxfk93vaVDVgdj8

Yalnız kibertəhlükəsizlik üzrə təhsil almış və ya çalışmış  tələbələr və məzunlara şad xəbər! 🔥Ümumi 40 nəfərin iştirak ...
31/05/2024

Yalnız kibertəhlükəsizlik üzrə təhsil almış və ya çalışmış tələbələr və məzunlara şad xəbər! 🔥

Ümumi 40 nəfərin iştirak edə biləcəyi bu görüşdə sizi çox şey gözləyir. Təcrübəli mütəxəssisimiz sizə kibertəhlükəsizlik sahəsində bildiyi sirrləri praktiki olaraq açacaq və siz də önünüzdəki kompüterdə bu biliklərə yiyələcəksiniz. 👨‍💻

🔵Bu fürsəti qaçırmamaq istəyən bütün tələbə və məzunları 6 iyun, saat 18:30-da burada gözləyirik. 👇

💾Məkan: Atatürk pr. 89, İRİA 1-ci mərtəbə

🔗 Qeydiyyat üçün link: https://forms.gle/MYv4jpUd47t5w6Lk7

👩‍🎓55 xanım üçün ümid biz olduq!🌞25-26 may tarixlərində Technest Təqaüd Proqramının "Ümid dolu sabahlar" layihəsinin açı...
30/05/2024

👩‍🎓55 xanım üçün ümid biz olduq!

🌞25-26 may tarixlərində Technest Təqaüd Proqramının "Ümid dolu sabahlar" layihəsinin açılış tədbiri baş tutub.

💪Layihənin əsas məqsədi ölkənin regionlarında yaşayan, eləcə də təhsil almaq üçün paytaxta gələn xanımların İKT bacarıqlarını artırmaq, inteqrasiyasını stimullaşdırmaq və karyera qurmaları üçün yumşaq bacarıqları aşılamaqdan ibarətdir.

👩‍🏫Layihədə rəqəmsal marketinq, fundamental IT və qrafik dizayn üzrə kurs nəzərdə tutulub.

30/05/2024

🎮Technest məzunları oyun yaratdılar!

👾 4 Technest məzunu bir araya gələrək oyun startapı yaradıblar və onu Gamesummit-də təqdim edəcəklər.

🪵Mr.Wood adlanan bu oyun bizə də maraqlı gəldi və startap haqqında öz dillərindən eşitmək qərarına gəldik.

📆1-2 iyun tarixlərində keçiriləcək Gamesummit-də iştirak edəcəksənsə, bu stendə yaxınlaşıb dəstək olmağı unutma.

Address

Atatürk Prospekti 89
Baku

Alerts

Be the first to know and let us send you an email when Technest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Technest:

Shortcuts

Share

Category