04/02/2026
Baku BUS MMC-də Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutu tərəfindən təşkil edilmiş ixtisasartırma kursunun yekunlarına həsr olunmuş tədbir keçirib. Tədbirdə Baku Bus MMC-nin direktoru Hikmət Qədimov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev salamlama nitqi ilə çıxış ediblər. Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov kursun məqsədləri, tədris olunan mövzular, gələcək əməkdaşlıq planları barədə məlumat verib. Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti Qasım Manafov kursun gedişatı , əldə olunan nəticələr haqqında statistik məlumatları təqdim edib. Sonda kursun iştirakçılarına sertifikatlar təqdim olunub.