05/04/2021
🌈 Rənglərin marketinqdəki təsirini birlikdə öyrənək ✨
Rənglərin formalaşması işığın müxtəlif formada gözün 👀 retina təbəqəsinə çatması ilə ortaya çıxan hadisədir. Günümüzdə rənglər fizika, optika, inşaat, interyer və dekorasiya da daxil olmaqla psixologiya və antropologiya, satış, reklam və marketinqin araşdırma sahələri arasında yer almaqdadır. Rənglər satınalma 💰 başda olmaqla bir çox qərarın verilməsində effektiv rol oynayır. Məhz bu səbəbdən marketinq strategiyalarının məqsədi də rəng psixologiyasını istifadə edərək satın alma qərarlarına təsir göstərməkdir.
Bəzi əsas rənglərin insanlar üzərindəki təsirləri:
🔵 Mavi - Zehni sakitləşdirir, təmizlik kimi dərk olunur. Bu rəng, daha çox yuyucu toz qablaşdırmalarında istifadə olunur. “Samsung”, “Ford”, “Turkcell” mavi ilə loqolarını beynimizə həkk etməyi bacarıblar.
🟢 Yaşıl - Sağlamlıq və təbiəti təmsil edir. Rahatlatmaq üçün istifadə olunur. “Starbucks” loqosundakı yaşıl rəng də rahatlama hissi verir, müştəriləri qəhvə fasiləsi verməyə və stressdən uzaqlaşmağa çağırır.
🔴 Qırmızı - İştah açır və ani qərarlar almağa sövq edir. “Coca-Cola”, “Ferrari”, “Ülker” qırmızı ilə bütünləşmiş brendlərdəndir.
🟠 Narıncı - Sevinci və pozitivliyi artırır. Beynin məntiq mərkəzini aktivləşdirir. “Fanta” “JBL” və “Amazon” narıncı rəngdən uğurla istifadə edir.
🟣 Bənövşəyi - Əsalət və müdrikliyi təmsil edir. Gözəllik məhsullarında tez-tez istifadə olunur. “Varmısın kalpleri yumuşatmaya“ sloqanı ilə hərkəsin humanist yönünü ortaya çıxarmağa çalışan “MİLKA”, reklamlarındakı bənövşəyi rəngli inəklə insanları bir-birinə yaxınlaşdırır.
⚫ Qara - Zəriflik, rəsmilik və zənginliyi təmsil edir. Yüksək keyfiyyətli premium brendlər tərəfindən istifadə olunur. “Apple”, “Loreal”, “Chanel” və “ZARA” kimi brendlər qara rəngdən uğurla istifadə edir.
⚪ Bəyaz - Saflıq və ədalət hissi yaradır. “Mini”, “Tesla”, “The North Face” bəyaz rəngin gücündən ilhamlanan loqolara sahibdirlər.
©️ MarkClub