25/05/2026
23 may tarixində Bakı Musiqi Akademiyasının səhnəsində L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbinin hesabat konserti keçirildi. Konsertdə məktəbin gənc istedadları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini peşəkarlıqla təqdim etdilər. Solo çıxışlar və ansambl nömrələri dinləyicilər tərəfindən maraqla qarşılandı.
Konsertin qürurverici məqamlarından biri şagirdlərdən ibarət kamera orkestrinin heyranedici çıxışı oldu. Orkestrin ifası tamaşaçıların böyük rəğbətini qazandı və gurultulu alqışlarla qarşılandı.
Konsertdə çıxış edən bütün şagirdləri və onların üzərində əməyi olan müəllimləri təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!