14/03/2025
📚 KitabLab layihəsinin ikinci görüşü baş tutdu! 📚
Dəyərli kitabsevərlər, bu gün KitabLab layihəsi çərçivəsində növbəti maraqlı görüşümüzü keçirdik. Qonaqlarımız Parlaq İmzalar Nəşriyyatı (Parlaq İmzalar Nəşriyyatı ) və "Zidd" kitabının müəllifi Orxan Şahba oldu.
Müzakirələr zamanı Orxan Şahbaz həyatımızdakı həm xarici, həm də daxili ziddiyyətləri idarə etməyin yollarından danışdı. Yazıçı mövzuya köklü yanaşaraq düşüncəni yaradan komponentləri, zehin dünyasının necə formalaşdığını ətraflı şəkildə analiz etdi. Müəllifin fikrincə, beyində gedən prosesləri anlamasaq, özümüzlə, düşüncələrimizlə üzləşməsək, heç cür bu ziddiyyət burulğanından çıxa bilməyəcəyik. kitabı məhz bu ziddiyyətli situasiyaların öhdəsindən necə gəlməyi və onlardan inkişafımız üçün necə istifadə etməyi öyrədir.
Tələbələrin kitablara olan marağı və fəal iştirakı bizi çox sevindirdi! 📖✨
Bu görüş kitab həvəskarları üçün yeni biliklər və ilham mənbəyi oldu. Gələcək tədbirlərimizdə daha çox insanı kitab dünyasına yaxınlaşdırmaq üçün çalışacağıq! 💙