05/10/2025
Mənim ilk müəllimim, müəllimlərin müəllimi ATAM. Müəllimlər günü, ilk təbrik etdiyim insan, bir az geciksəm özü zəng vururdu məni təbrik etmək üçün, çox utanırdım, ata sən məni qabaqladın. Deyirdi, nə fərqi var əsas odur bir-birimizi təbrik etdik. Yerişiylə, duruşuyla, geyimiylə, şəxsiyyətiylə insan müəllim olsun gərək deyirdi.
Universiteti yeni bitirmişdim, məktəbdə işə başlamışdım. Bir şagirdim sual verdi, izah etdim razılaşmadı, yox müəllim hazırlıq müəllimim elə deməyib. Mən də düzgün izah etdiyimdən əmin idim. Mən başqa yolla izahnetdim yenə razılaşmadı, sanki qəsdlə edirmiş kimi gəldi, pərt oldum uşaqların içində. Düşündüm ki, şagirdlərim mənə inanmayacaq, güvənməyəcək və s.
Sakit görünsəm də, daxildən də bir EQO baş qaldırıb əsəbi halda Sahilə sən görəcəksən deyidi…
Gəlib atama situasiyanı ətraflı danışdım, mən hər şeyi düz deyirəm o anlamadı, qəsdlə edirdi. Qiymət alanda, dərs soruşanda görəcək. Asıram, kəsirəm, içimdən canavar çəxəb elə bil. Axı mən göydən zəmbillə gəlmişəm, müəllim olmuşam.
Atam heçnə demədən diqqətlə qulaq asdı,sonunda bir sual verdi.
HEÇ UTANMAYACAQSAN?
Çox utanmışdım, atamın üzünə baxa bilmirdim.
Bu sual mənim müəllimlik həyatımın başlanğıc nöqtəsiydi. Bəzən elə bir sitauasiyada sakit qalıram, analiz edirəm, çıxış yolu tapıram, kompromisə gəlirəm, tələbələrim deyir müəllim çox səbirlisiniz. Deyirəm müəllimim güclü olub.
Qəbrin nurla dolsun əziz MÜƏLLİMİM.Sən dünyanın ən gözəl atası və ən gözəl müəllimi idin. Allah sənə rəhmət eləsin.
Yaxşı ki, sənin məktəbini keçmişəm…
Düzdür, sən dərya idin sənin məktəbini oxuyub bitirə bilmədim…
Başda atam olmaqla bütün müəllimlərimi və adı da, özü də, sözü də müəllim olanların peşə bayramını təbrik edirəm.