05/05/2026
UNEC-də 2025/2026-cı tədris ilinin Yay semestrinə qeydiyyat başlayıb.
Yay semestrinə qeydiyyat adları siyahıda təqdim edilən fənlər üzrə aparılacaq.
Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaqdır).
Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də müvafiq sənəd təqdim edərək qoşula bilərlər.
Yay semestrinə qeydiyyat iyulun 15-ə dək aparılacaq.
Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.
Fənlərin siyahısı və sənədlər barədə ətraflı: https://news.unec.edu.az/elan/10101-telebelerin-nezerine/14989-unec-de-2025-2026-ci-tedris-ilinin-yay-semestrine-geydiyyat-bashlayir