UNEC Library No3 / UNEC 3 saylı kitabxana

UNEC Library No3 / UNEC 3 saylı kitabxana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC Library No3 / UNEC 3 saylı kitabxana, Murtuza Muxtarov, 194, Bakı, Yasamal r-nu, Baku.

26/12/2023

UNEC-də “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” tədbirlər planının icrası ilə bağlı yekun hesabatı tədbiri keçirilib.

Yekun hesabatı ilə çıxış edən UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində UNEC təhsilalanları, inzibati heyət və müəllimlər arasında informasiya və rəqəmsal mədəniyyətin, mütaliə vərdişlərinin, kitabxana etikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində hibrid formada və sosial media üzərindən müxtəlif istiqamətlər üzrə 101 tədbirin keçirildiyini bildirib. Tədbirlər planı çərçivəsində bir-birindən maraqlı və müxtəlif mövzuları əhatə edən “Heydər Əliyev irsi: 100 müzakirə”lərinin, “Gəlin birgə oxuyaq”, “Əlfəcin”, “Oxu və paylaş”, “Qarabağı tanı, tanıt”, “Asudə vaxt” məkanı və “Yay oxuları” layihələrinin, “Elektron resurslardan istifadə və kitabxana etikası” təlimlərinin, biblioqrafik və elmmetrik araşdırmaların, beynəlxalq konfrans və vörkşopların təşkil edildiyini diqqətə çatdırıb.

Tədbirdə əməkdaşlar üçün elan edilmiş "Oxu və paylaş" sosial media müsabiqəsinin qalibləri, eləcə də UNEC-in ənənəvi və elektron resurslarından istifadəsinə və kitabxananın həyata keçirdiyi layihələrdə fəal iştirakına görə il ərzində fəal istifadəçilər müəyyənləşdirilərək, sertifikatla təltif ediliblər.

Sonda 2023-cü il ərzində “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” tədbirlərini əhatə edən videoçarx nümayiş olunub.

https://www.youtube.com/watch?v=-YlBSs6rVSg

https://news.unec.edu.az/xeber/100-elm/11063-heyder-eliyev-i-li-ne-hesr-edilmish-oxu-medeniyyeti-tedbirler-plani-ugurla-yekunlashib

Photos from Ədalət Muradov's post 17/12/2023
12/12/2023

Əziz kitabsevərlər, Yeni ilə yeni kitablarla daxil olmaq istəyirsiniz? 😉
Təkərli kitab dükanı 12-14 dekabr tarixlərində UNEC-də olacaq! 📚🥰

Məkan: UNEC, Əsas tədris binası

06/12/2023

Əziz oxucular,
Mərkəzimiz tərəfindən göstərilən xidmətlər və təqdim olunan resurslardan daha çox faydalanmaq istəyirsizinsə sizi təlimlərimizə qoşulmağa dəvət edirik.

22/11/2023
Photos from Azərbaycan Dövlət İqtisad Universiteti UNEC's post 22/11/2023
Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Murtuza Muxtarov, 194, Bakı, Yasamal R-nu
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00