17/05/2026
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün - Azərbaycan xalqının Müstəqillik gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq IX Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş “Azərbaycan musiqisi təsviri sənətdə” adlı sərgilərinin dördüncü hissəsi 14 may 2026-cı il tarixlərində saat 16:00 Xətai Sənət Mərkəzində açıldı.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq I, II, III yerlər, həvəsləndirici mükafat ,diplom və hədiyyələrlə mükafatlandırıldı
Festivalda 10 şagirdimiz iştirak edirdi. 8i qalib seçilib:
Rəsullu Sinan
Yusifli Qumru
Dadaşov Rüstəm
İbrahimzadə Dəniz
Məmmədzadə Ayla
Günay Zeynalova
Babayev Fərid
Cəfərova Aytən
Tədbirdə qalib şagirdlərimiz sertifikatlarla təltif olunublar .Bu münasibətlə təsviri incəsənət müəlimimiz Nuranə Rzazadəni təbrik edir ,şagirdlərimizə gələcəkdə daim yüksək nailiyyətlər qazanmağı arzu edirik.