03/12/2022
3 Dekabr Beynəlxalq Əlillər günüdür. Bu gün əlilliyi olan insanların ehtiyac ve qayğıları haqqında məlumatlılığın artırılması, hər kəs tərəfindən anlaşılması üçün müəyyən edilən xüsusi bir gündür. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixini Beynəlxalq Əlillər Günü olaraq qəbul etdiyi dövrdən artıq 30 il keçir.
Əlillik anadangəlmə, yaxud sonradan xəstəlik və ya hadisə nəticəsində yaranmış fiziki və ya əqli çatışmazlıqdır.
BMT də əngəlli olan insanın tərifini bu şəkildə verib: “Əlilliyi olan adam şəxsi və ictimai həyatda öz işlərini fiziki və ya ruhi cəhətdən, anadangəlmə və ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə nilməyən insanlardır.
Dünya Səhiyyə Təşkilatı bildirir ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları, mütəxəssislər, əlil insan və ailələrin birgə çalışması sayəsində maneələrin öhdəsindən gəlmək mümkündür.
“Savad Mərkəzi” xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahının, həyat səriştələrinin inkişaf etdirilməsi istiqamətində təhsilverənlərə peşəkar dəstək göstərilməsinə çalışır.
Bu məqsədlə də hazırda ölkəmizdə fəaliyyət göstərən xüsusi təhsil müəssisələrində çalışan müəllimlərə müvafiq sahədə ixtisasartırma təlimlərini həyata kechirir.