26/04/2022
Sürətli Oxumanın Tarixi
İkinci Dünya müharibəsi zamanı Luftwafe (Almaniya Hava Qüvvələrinin) təyyarələri Londonu gecə-gündüz bombardman edirdilər. İngiltərə səmalarında İngilis və Alman təyyarələri müharibə aparırdı. London ətrafındakı izləmə qüllələrindəki bələdçilər yaxınlaşan düşmən təyyarələrinin emblemlərini görüb öz təyyarələri, yoxsa düşmən təyyarələri olduğunu ayırd etməyə çalışırdılar. Düşmən emblemini görən kimi həyəcan siqnalı verib xalqın vaxtında sığınacaqlara çəkilməsini təmin edirdilər.
Eynilə İngilis pilotlarının da yaxınlaşan düşmən təyyarələrini vaxtında ayırd etməsi həyati əhəmiyyət daşıyırdı.
Ancaq çox halda həm bələdçilər, həm də pilotlar yaxınlaşan təyyarələrin emblemlərini ayırd etməkdə çətinlik çəkirdilər və artıq iş-işdən keçmiş olur, şəhər bomba yağışına tutulurdu. Bunun qarşısını almaq üçün ingilislər Ohio Universitetinin professoru Renshawun kəşfləri ilə indiki adı ilə `Takistoskop` dediyimiz aləti təkmilləşdirdilər. Gözün sürətini artıran sadə bir mexanizmə malik olan bu alət sayəsində çox güman ki, bir çox ingilisin həyatı xilas olub. Obyektivi saniyənin 25%-i, 50%-i və 100%-i sürətlə açılıb bağlanan bu alət vasitəsilə pilot və bələdçilərə təlim keçildi.
İngilis və alman təyyarələrinin böyüdülmüş şəkillərini göstərərək başlayan təlimdə şəkillər get-gedə balacalaşdırıldı; şəklin ortaya çıxıb yox olma müddəti get-gedə qısaldıldı. Bu təlim nəticəsində iştirakçıların idrak etmə sürətləri heyrətamiz səviyyələrə yüksəldi. Təlimdən sonra düşmən təyyarələri daha tez müəyyən edilir, beləliklə, pilotlar düşmən təyyarələrinə daha tez reaksiya verir, bələdçilər isə xalqa daha tez xəbər verə bilirdilər.
Daha sonra bu kəşfdən Amerika Quru və Dəniz Qüvvələri pilotları da istifadə etdilər.
Amerikada təhsil işçiləri bunu eşidən kimi aləti söz seçməyi sürətləndirməkdə istifadə etdilər və beləliklə "Sürətli Oxuma" ortaya çıxdı. Gözün digər orqanlarımız kimi məşq elətdirdikcə daha `effektli` görməyə başladığını sübut etdilər. Beləliklə `tənbəl göz` daha sürətli davranıb gördüyü şəkli (emblemi, rəqəmi, yazını) daha sürətli şəkildə beyinə (həqiqətdə görmə funksiyasını yerinə yetirən mərkəzə) göndərməyə vərdiş etdi.