07/09/2022
DAAD üçün müraciət etməyə hazırsız?
✅ DAAD Təqaüdü sizin Almaniyadakı magistr təhsilinizi maliyyələşdirir.
Təqaüdə müraciət etmək istəyən tələbələrin bəziləri elə bilir ki, müraciət üçün alman dili tələb edilir, lakin bu belə deyil. DAAD təqaüdü vasitəsilə ingiliscə də təhsil ala bilərsiniz və dil tələbi sizin seçdiyiniz universitetdə alacağınız təhsilin dilindən asılıdır, dövlət universitetlərində hər iki dildə təhsil ödənişsizdir.
Təqaüdü qazanmağın ən böyük üstünlüklərindən biri də budur ki, viza müraciəti zamanı sizdən bank hesabına 11.000 avro depozit qoymaq TƏLƏB OLUNMUR.
Təqaüd sizə nə vəd edir?
1) Aylıq 861 avro stipend.
2) Almaniyaya ilk gediş bileti
3) Sığorta xərcləri (sağlamlıq, qəza və fərdi sığortalar)
4) Study allowance - Birdəfəlik dəftər-kitab pulu
Alman maşını, alman texnikası, alman futbolu olaraq bütün dünyanın gündəmində qalmağı bacaran almanların elə təhsilləri də markadır. Amma, çalışın DAAD üçün müraciətinizi də alman dəqiqliyi ilə etdirin
Ətraflı məlumat üçünsə rəydə ➕ yaza bilərsiniz.