17/05/2023
📢💻 Abituriyentlər və subbakalavrlar müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər👇🏻
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
07/06/2022
İmtahanda iştirak etmiş abituriyentlər iş nömrəsini 7727-yə göndərməklə və ya saytımıza daxil olub nəticələri ilə tanış ola bilərlər.
Link: https://eservices.dim.gov.az/2022/netbak/
02/06/2022
Bəs siz neçə bal topladınız?
İmtahan nəticələri ilə https://eservices.dim.gov.az/2022/netmag1/?frm=egov linkində tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 6 iyun 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat 10:00–dan 4 iyun saat 17:00–dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
27/05/2022
27 may saat 15:00-da DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ilə əlaqədar Mərkəzin rəsmi “Telegram” kanalında istifadəçilərin suallarını cavablandıracaq. “Telegram” kanalımıza abunə olub yayım vaxtı öz suallarınızı verə bilərsiniz.
https://t.me/stateexamcenter
25/05/2022
Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib
Aşağıdakı kateqoriyadan olan abituriyentlər mayın 24-dən 31-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:
- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
- Keçən il buraxılış imtahanı (qəbul imtahanı) verən və müsabiqə şərtlərini ödəyən, lakin lakin 5-25 aprel 2022-ci il tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.
Ərizələrin qəbulu 2022-ci il 31 may saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (şəxsi kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Qeyd 1. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.
Qeyd 2. 5-25 aprel 2022-ci il tarixlərində ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.
Bundan əlavə, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən, lakin mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər Azərbaycan dili imtahanına (ikinci cəhd) qeydiyyat da başlayıb.
Qeydiyyat linki şərhdə yerləşdirilib.
23/05/2022
İyunun 6-da 2022-2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti və Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start veriləcək.
Ətraflı: https://bit.ly/3sRg37E
12/05/2022
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 - 27 may 2022-ci il tarixlərində verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Diqqət: Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin, hər hansı 1-i üzrə qeydiyyatdan keçə bilər. O cümlədən, abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər. İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.
Diqqət: Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.
Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər 18-27 may tarixlərində http://eservices.dim.gov.az/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) üzrə birinci imtahandan “məqbul” qiymət aldıqları təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin mayın 23-dək elan olunması nəzərdə tutulur. İmtahan nəticəsi “qeyri məqbul” olan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun 2022-ci il tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanına yazıla bilərlər. Həmin imtahandan “məqbul” qiymət alanlar DİM tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul qiymət almış abituriyentlər üçün açılacaq.
Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci, 11 illik üzrə 4501,4502, 4504, 4505,4506,4507,4701,4702, 4704,4705,4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.
Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq və İslamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.
11/05/2022
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq buraxılış vərəqəsində olan 8 rəqəmli iş nömrəsi (şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44856 nəfərdən 522 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 19 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 may saat 10:00-dan 17 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.